Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Disput
Disput (lat. disputare – ayırd etmək, mübahisə etmək): auditoriyada gedən elmi mübahisədir; elmi dərəcə almaq üçün açıq dissertasiya müdafiəsidir; məktəbdə yuxarı sinif şagirdləri ilə sinifdənkənar aparılan əsas iş formalarından biridir; ictimai, siyasi əhəmiyyət daşıyan hər hansı bir məsələnin müəyyən təşkilat və ya müəssisədə keçirilən müzakirə formalarından biridir; elmi, ədəbi və s. mövzuya dair açıq mübahisədir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nisbət
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks etdirir (A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı. Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijor Digər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1007 nəfərdir. == Toponimiyası == Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Vişləq
Vişləq-i Ülya (Xoy)
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir. Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Çipset
Çipset — kompüter dünyasında bir prosessorun arxitekturasını təşkil edən müxtəlif mikrosxemlərin birləşdirildiyi cihaz kimi tanınır. İnformasiya axınına nəzarət edir. Çipsetlər iki dənədir. Şimal Çipset (Northbridge) və Cənub Çipset (Southbridge). Şimal çipsetə ağır işləyən qurğular qoşulur: Ram, Cpu, VideoKart. Cənub çipsetə isə : portlar, slotlar, rom və.s.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
Keyt Vinslet
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[…], Ridinq, Birləşmiş Krallıq) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı. 22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir. == Həyatı == Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb. Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Nisbət Mehdiyeva
Mehdiyeva Nisbət Canməmməd qızı(1 yanvar 1937, Şamaxı – 9 sentyabr 2024, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1991), professor (1994). == Həyatı == Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994), professor (1994-2024) vəzifələrində çalışmışdır. "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir. 9 sentyabr 2024-cü ildə vəfat etmişdir. == Əsərləri == Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti).
Nisbət Sədrayeva
Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin, 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Haqqında == Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub. 2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb.
Qismət (riyaziyyat)
Qismət - Bölmənin üçüncü komponenti. Ədədi ədədə böldükdə alınan ədəd bu ədədlərin qisməti adlanır.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Qismət Alıyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Qismət Heydərov
Qismət Həməşəyev
Qismət Məmmədzadə
Qismət Qardaşxanov
Qismət Qasımov
Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. == Məzmunu == Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
Qismət Əliyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Qızıl nisbət
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.