Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vitraj
Vitraj — (fr. vitrage, lat. vitrum- şüşə sözündən)- şüşədən və s. şəffaf materiallardan düzəldilən ornametli və ya süjetli dekorativ kompozisiya. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Bəni Həsəndə (MƏR) və Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanmışdır. Roma və Ravennadakı erkən xristian bazilikalarının pəncərə çərçivələrində şüşə alebastr və selenitdən hazırlanmış xüsusi kütlə ilə əvəz edilirdi; alebastr və selenit parlaq işığı keçirmədiyindən binanın interyerində əmələ gələn yarımqaranlıqda işıq zolaqlarından orijinal dekorativ effekt yaranırdı. X-XII əsrlərdə Fransada roman məbədlərində və Almaniyada dini mövzuda, sujetli vitrajlar düzəldilirdi.
Vitxan
Vitxan (vyet. Vị Thanh) — Vyetnamın cənubunda vilay't tabeliyində olan şəhər, Xauzyan vilayətinin inzibati mərkəzi (2004-cü ildən). Bu, Kantxo şəhərindən təxminən 60 km, Hanoydan 1,930 km və Hoşimin şəhərindən 211 km məsafədə yerləşir. == Əhalisi == 2009-cu ildə əhalinin sayı 41,713 nəfər idi. Sahəsi təxminən 118 km2-dir.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur. == Tarixi == İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir. == Fiziki xassələri == Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s. Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.
Berilium nitrat
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur. == Fiziki xassələri == Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur. == Alınması == Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar: B e O + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + H 2 O {\displaystyle {\mathsf {BeO+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+H_{2}O}}} B e ( O H ) 2 + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Be(OH)_{2}+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+2H_{2}O}}} B e S O 4 + B a ( N O 3 ) 2 ⟶ B e ( N O 3 ) 2 + B a S O 4 {\displaystyle {\mathsf {BeSO_{4}+Ba(NO_{3})_{2}\longrightarrow \ Be(NO_{3})_{2}+BaSO_{4}}}} == Kimyəvi xassələri == Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır: B e ( N O 3 ) 2 + N a 2 S + 2 H 2 O ⟶ B e ( O H ) 2 + H 2 S + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}S+2H_{2}O\longrightarrow Be(OH)_{2}+H_{2}S+2NaNO_{3}}}} B e ( N O 3 ) 2 + N a 2 C O 3 + H 2 O ⟶ B e ( O H ) 2 + C O 2 + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}CO_{3}+H_{2}O\longrightarrow \ Be(OH)_{2}+CO_{2}+2NaNO_{3}}}} Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır: B e ( N O 3 ) 2 + H 2 O ⟷ B e ( O H ) N O 3 + H N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+H_{2}O\longleftrightarrow Be(OH)NO_{3}+HNO_{3}}}} 1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır: 2 B e ( N O 3 ) 2 ⟶ 2 B e O + 4 N O 2 + O 2 {\displaystyle {\mathsf {2Be(NO_{3})_{2}\longrightarrow \ 2BeO+4NO_{2}+O_{2}}}} == Tətbiqi == Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər. == İstinadlar == Неорганическая химия.
Cucurbita vittata
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzudur. == Təbiətdə tapılması == Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. == Fiziki xassələri == Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. == Alınması == Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Keyt Vitali
Keyt Vitali (ing. Keith Vitali) — ABŞ döyüş ustası və aktyorudur. == Həyatı == Keyt Vitali 1971-ci ildə "Cənubi Kaliforniya Universiteti"ni bitirmişdir. Keyt 1978-1980-cı illər ərzində "ABŞ Milli Karate Çempionatı"nda 3 il birinci yeri tutmuş və 1 dəfə dünya çempionu olmuşdur. 1981-ci ildən etibarən Keyt "Qara kəmər memorialı"nda dövrün ən yaxşı 10 kikboksçusundan biri kimi təqdim edilir. Keyt Vitali bir çox Karate kitablarının müəllifidir. Onun ilk kitabı "Karateyə başlayarkən" (ing. Beginning Karate) adlanır.
LitSat-1
LitSat-1 — Litvanın ilk iki peykindən biridir. Wallops adasında Orta Atlantika Regional Kosmos Mərkəzində 0B platformasından uçan Antares 120 fırlatma anbarı üzərindəki 28 Flock-1 CubeSats ilə birlikdə ikinci Cygnus kosmik gəmisindən buraxılmışdır. Launch 2013-cü ilin dekabr ayına planlaşdırılıb, lakin daha sonra 9 yanvar 2014-cü il tarixinə təxirə salınıb. Peyk 28 Fevral 2014 tarixində NanoRacks Cubesat Deployer vasitəsilə Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi .Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi. Litvanın üç sözü "Lietuva myli laisvę" (Litva azadlığı sevir) kosmosdan yayımlanacaq. Lituanica SAT-1 və LitSat-1 peyklərinin buraxılması Litvada canlı yayımlandı. 6 mart 2014-cü ildə Kaunas Texnologiya Universitetinin (KTU) peyk radio stansiyası ilk dəfə LitSat-1 ilə iki yollu ünsiyyət qurdu.
Myripristis vittata
Myripristis vittata (lat. Myripristis vittata) — myripristis cinsinə aid heyvan növü. == Mənbə == Froese, Rainer, and Daniel Pauly, eds. (2008). "Myripristis vittata" FishBase saytında. December 2008 version.
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Pachyptila vittata
Enlidimdik balina quşu (lat. Pachyptila vittata) — Fırtınaquşular fəsiləsinə aid dəniz quşu. == Görünüşü == Bədəninin uzunluğu 29 sm, çəkisi 150–225 q arasında dəyişir. Qanadlarının uzunluğu 18,1–22,5 sm, onlar arasında məsafə isə 57–66 sm-dir. Quşlar əsasən boz rəngdə olur. Qanadlarında M şəkilli tünd ləkə vardır. Bədənin aşağı hissəsi qəhvəyi-ağ rəngə malikdir. Dimdiyi olduğuqa enlidir. Onun quruluşu planktonların asan şəkildə ovlanmasına hesablanmış kimidir. Quş ayaqları ilə suya toxunduqları anda həm də dimdikləri sudan qidanı götürürlər.
Qallium nitrat
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. == Həyatı == Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. == Yaradıcılığı == Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Sterna vittata
Antarktik susüpürəni (lat. Sterna vittata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Vitali Astaxin
Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.
Vitali Balasanyan
Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Şurasının deputatı, tanınmaməş dövlətin general-mayoru. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə qondarma DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımında iştirak etmişdir. == Təhsili == Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. Yezidi kürdüdür. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir. == Hərbi karyerası == Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir.
Vitali Borisov
Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan milli minifutbol komandası və Azərbaycan çimərlik milli futbol komandasının, eləcə də Araz-Naxçıvan MFK-nın hücumçusu. == Klub karyerası == Vitali Borisov minifutbolçu karyerasının böyük hissəsini Azərbaycan minifutbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu minifutbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir. 2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli minifutbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir. 2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir. == Nailiyyətləri == === Klublarda === ==== Çempionat ==== 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı. 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının gümüş mükafatçısı.
Vitali Ginzburq
Vitali Lazareviç Ginzburq (rus. Виталий Лазаревич Гинзбург- (4 oktyabr 1916 -8 noyabr 2009) illəri arasında yaşamış rus nəzəri fizik və astrofizikdir. 2003-cü ildə II tip super keçiricilik mövzusunda tapdığı kəşflərlə Fizika üzrə Nobel mükafatını qazanan Ginzburq ürək çatışmazlığından vəfat etmiş, Moskvada, Rusiyada Novodeviçye Məzarlığındada dəfn edilmişdir. == Bioqrafiyası == Su mühəndisi Lazar Efimoviç Ginzburq (d. 1863, ö. 1942), ilə fizik Avgusta Veniaminovna Vil'dauer-Ginzburq (d. 1866, 1920 ö) cütünün ilk uşağı olaraq 1916-cı ildə Rusiyada anadan olmuşdur. 1937-ci ildə evləndiyi ilk həyat yoldaşı Olqa Zamşa Ginzburq dan 1946-cı ildə ayrılmışdır. İlk həyat yoldaşından yenə bir fizik olan İrina Ginzburq Dorman adında bir qızı var. 1946-cı ildə ikinci həyat yoldaşı Nina Ermakova Ginzburq ilə evlənmişdir.
Vitali Vulf
Vitali Yakov Vulf (23 may 1930, Bakı — 13 mart 2011, Moskva)— Rusiya sənətşünası, teatrşünas, film tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi. Rusiya Federasının əməkdar xadimi(1998). "Mənim gümüş kürəm" proqramının müəllifi və aparıcısı olmuşdur..
Vitali Yeliseyev
Vitali Yeliseyev (rus. Виталий Елисеев; 26 fevral 1950, Kirovabad, Azərbaycan SSR, SSRİ) — sovet avarçəkəni, Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu. SSRİ əməkdar idman ustası (1977). == Karyerası == Vitali 1980-ci il Moskva Olimpiadasında dörd nəfərlik sükansız qayıqla yürüşdə gümüş medal qazanıb. 1977-ci ildə Amsterdamda və 1981-ci ildə Münhendə keçirilən dünya çempionatlarında qazandığı qələbələrə görə, ikiqat dünya çempionudur. Hazırda məşqçi işləyir.
Vitali Çurkin
Vitali Çurkin (tam adı: Vitali İvanoviç Çurkin, rus. Виталий Иванович Чуркин; 21 fevral 1952, Moskva – 20 fevral 2017, Manhetten, Nyu-York ştatı) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. == Həyatı == 21 fevral 1952-ci ildə Moskva şəhərində anadan olmuşdur. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlamışdır. 1992-ci ildə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini işləmişdir. 1994–1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Rusiyanın Kanadada səfiri, 2006-cı ildən ömrünün sonunə qədər isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 20 fevral 2017-ci ildə təxminən saat 17:30-da Nyu-York şəhərində səfirlikdə iş başında olarkən infarkt nəticəsində vəfat etmişdir.
Vitali Şerbo
Vitali Venediktoviç Şerbo (belar. Віталь Венядзіктавіч Шчэрба; doğ. 13 yanvar 1972-ci il, Minsk, Belorus SSR, SSRI) — Sovet və Belarus gimnastı, 1992-ci ildə altı dəfə Olimpiya çempionu (tarixdə tək oyunlarda 6 qızıl mükafat qazanan yeganə üzgüçü olmayan idmançı), bütün dövrlərin ən yaxşı gimnastlarından biri (bütün 8 kateqoriyada - fərdi və komanda çempionatlarında dünya çempionu olmuş yeganə kişi idmançı, eləcə də bütün 6 alətdə). SSRİ-nin əməkdar idman ustası (1991), Belarus Respublikasının əməkdar idman ustası (1994). Vitalinin ilk məşqçisi Leonid Vydritskidir. "Əmək ehtiyatları" idman cəmiyyətində çıxış edirdi. == Bioqrafiyası == Şerbo 1992-ci ildə Barselona Olimpiadasında əfsanəyə çevrildi. O altı qızıl medal qazandı. Tarixdə yalnız iki nəfər bir olimpiadada 6-dan çox qızıl medal qazana bilmişdir - 1972-ci ildə Münhendə 7 qızıl medal qazanan amerikalı üzgüçü Mark Spitz və Pekin-2008-də 8 qızıl medal qazanan Maykl Felps. Gimnastika yarışlarının keçirildiyi Palau San Jordidə Vitali komandanın tərəfdaşları ilə (İqor Korobchinsky, Grigory Misyutin, Valeri Belenkiy, Alexey Voropaev və Rüstəm Şaripov) Çin və Yaponiya milli komandalarını məğlub edərək komanda çempionluğunu qazandı.
Vitali Şevçenko
Vitali Şevçenko (ukr. Віта́лій Шевче́нко; doğ. 2 oktyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet futbolçusu, Rusiya futbol məşqçisi. hücumçu mövqeyində çıxış edib. == Həyatı == === Klub karyerası === Vitali Şevçenko 2 oktyabr 1951-ci ildə Bakı şəhərində futbolçu ailəsində anadan olub. Onun atası Viktor Şevçenko 1946-1953-cü illər aralığında Bakının "Neftyanik" komandasında forma geyinib. Vitali futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayıb. 1968-ci ildə — 17 yaşında olarkən "Neftçi"yə gəlib. Neftçinin əsas komandasındakı debütü "Ararat Yerevan"la oyunda baş tutub. Şevçenkonun 82-ci dəqiqədə meydana çıxdığı görüş, "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.