Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vin Çun
Vin Çun və ya Vinq Çunq (Çin dili: 詠春, Ving Tsun, ya da Wing Tsung (WT), palladiya: Yunçun — Əbədi yaz fəsli) — çin döyüş sənətidir. == Tarixi == Bu stil 1700–1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi. Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir? Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.
Mun Çae Von
Moon Chae Won (1986, 13 Noyabr) Cənubi Koreya aktrisası.
Von Lu Ven
Vonq Lu Venq (12 mart 1950) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Vonq Lu Venq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub.
Von Yunq-cun
Von Yunq-cun (8 yanvar 1998) — Cənubi Koreyalı üzgüçü. Von Yunq-cun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Von Yunq-cun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 55.05 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yun Ven Ma
Yun Ven Ma — karyerasını İqtisadçıda davam etdirən çinli blokçu. Voleyboldan başqa Formula-1 ilə də maraqlanır. == Karyerası == Karyerasına 2000-ci ildə "Şanxay Volleyball"ın B komandasında başlamışdı. 2003-cü ildə A komanda da oynamaq hüququ qazanmışdı. 2005-ci ildə Dünya Qran Prisində bürünc, Asiya və Okeaniya çempionatında qızıl qazanmışdı. 2008 Pekin Olmipiadasında da qızıl qazanan voleybolçu turnirdəki çıxışı ilə dəyərini birə-beş artırmışdı. 2012-cü ildə Asiya kubokunda, 2013-cü ildə isə Dünya Qran Prisində gümüş medal qazanır. 2013-cü ildə İqtisadçıya transfer olunaraq Azərbaycan Superliqasında oynayan ilk çinli olmuşdu.
Vu Ven-Çia
Vu Ven-Çia (24 oktyabr 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Vu Ven-Çia Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Vu Ven-Çia Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Lin Pey-vun
Lin Pey-vun (25 noyabr 1999) — Çin Taybeyini təmsil edən üzgüçü. Lin Pey-vun Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lin Pey-vun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.41 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ça Un-vu
Lee Dong-min (kor. 이동민; 30 mart 1997), peşəkar olaraq Cha Eun-woo (kor. 차은우) kimi tanınan Cənubi Koreyalı müğənni, aktyor və "Fantagio" şirkətinin adı altında modeldir. Cənubi Koreyanın Astro oğlan qrupunun üzvüdür. == Erkən həyat == Ça Unvu 30 mart 1997-ci ildə Kyonqido vilayətinin Qunpo şəhərində anadan olub. Ça Suri Orta Məktəbində, sonra Suri Liseyində oxuyub. 2016-cı ildə Hanlim Multi İncəsənət məktəbini bitirib. O, hazırda "Sungkyunkwvn" Universitetində ifaçılıq sənəti ixtisası üzrə təhsil alır. == Karyera == === 2013–2015: Karyera başlanğıcı === Ça "My Brilliant Life" filmində kiçik rolla aktyor kimi debüt etdi. 2015-ci ilin avqustunda Ça, Astro-nun digər üzvləri ilə birlikdə "To Be Continued" veb-dramasında iştirak etdi.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Gün
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Lün
Լ, լ (Adı: lün, erm. լյուն) — erməni əlifbasının 12-ci hərfi. Transkripsiya "l". Tələffüzü "L". Rəqəm işarəsi "30".Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. == VIN (İdentifikasiya nömrələri) strukturu == VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə == Xarici keçidlər == ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine == VİN-in skan edilməsi == Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
VPN
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPNRemote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Van
Van(türk. Van, erm. Վան, kürd. Wan) — Van ilinin mərkəzi, Türkiyədə şəhər. == Tarixi == “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır.
Ven
Ven (kanton)
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Sun
Sun — Azərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur. == Məhsullar == Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır. Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru.Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.