Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Taharka
Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. ‏ תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi. Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Qaqarlar
Qaqarlar (lat. Gaviidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Ağarak
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Mağara
Mağara və ya Köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Dünyanın bir çox mağaralarında qədim mədəniyyətlər və sivilizasiyalar haqqında dəyərli məlumatlar verən mağara rəsmləri və qayaüstü incəsənətin digər növləri tapılıb. Mağaralarda kristallar, qiymətli daşlar və filizlər kimi qiymətli mineral yataqları ola bilir. Mağaralar qış yuxusuna gedən heyvanlar üçün əlverişli yerdir. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu).
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q. Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.
Quqark
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Qadara
Qadara (ivr. ‏גדרה‏‎, gad´a-ra və ya ‏גדר‏‎, ga-der; q.yun. τὰ Γάδαρα; ərəb. أم قيس‎, Umm-Qeys) — Şərqi Fələstində qədim istehkam şəhəri. İndiki dövrdə xarabalıqları İordaniyadakı Umm-Qeys (Mukes) təpəsində yerləşir. == Tarixi == E.ə. III əsrdə burada Selevkilərin hakimiyyəti altında yunanlar və ellinləşmiş yerli sakinlər məskunlaşıblar. Polibiyə görə, Qadara Pereyanın ən möhkəmləndirilmiş şəhəri idi. E.ə. 218-ci ildə III Antiox şəhərin qarşısında düşərgə qurmuşdu, çünki o, İordan çayının şərqində Ptolemey hakimiyyətinin son qalalarından birini tutmaq niyyətində idi.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaqra
Qaqra (gürc. გაგრა, abx. Гагра, rus. Га́гра) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər. Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır. Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir. Gürcü alimlərinə əsasən, "Qaqra" adı svan dilində qoz mənasını verən "Qakra" sözündən gəlir. Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir. Professor V. Kcarçiyaya əsasən, "Qaqra" abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).
Kazarka cinsi
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Pyer Qamarra
Pyer Qamarra (fr. Pierre Gamarra; 10 iyul 1919[…], Tuluza – 20 may 2009[…], Arjantöy) — fransız yazıçı, şair, ədəbiyyatşünas, ədəbi tənqidçi, Fransa Kommunist Partiyasının üzvü. Müharibə və faşizm əleyhinə, sülh və sosializm uğrunda mübarizə Qamarra yaradıcılığının əsas mövzusudur: "Lənət eskizi" (1944), "Arras qalasının nəğməsi" (1951) şeir kitabları; "Yoxsulluq övladları" (1950), "Müəllim" (1955), "Simonun arvadı" (1961), "Pireney rapsodiyası" (1963), "Tuluza sirləri" (1967), "Qızıl və qan" (1971) romanları və s., "72 günəşli gün" (1975) romanı Paris kommunasına həsr olunmuşdur. Pyer Qamarra 10 iyul 1919-cu ildə Tuluzada anadan olmuşdur. 1938-ci ildən 1940-cı illərdə Fransanın cənubunda müəllim işləmişdir. Alman işğalı zamanı o, Tuluzada müxtəlif Müqavimət qruplarına qoşulmuş, gizli nəşrlərin yazılması və yayılması ilə məşğul olmuşdur. Bu, onun jurnalist karyerasına, daha sonra isə, daha dəqiq desək, həm yazıçı, həm də ədəbi jurnalist kimi karyerasına ciddi təsir göstərmişdir. Tuluza azad edildikdən sonra bu şəhərdə La Renaissance kitab mağazasının yaradılmasında iştirak etdi. O, 1944-cü ildə Fransa Kommunist Partiyasına qoşularaq müqavimət hərəkatında fəal iştirakını davam etdirdi. 1945-1950-ci illərdə Tuluzada "El Patriota du Southwest" jurnalının jurnalisti olmuşdur.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qazarkı-Qomər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.