Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
PC Gamer
PC Gamer — video oyunlara həsr olunmuş, populyar beynəlxalq jurnaldır. 1993-cü ildən Böyük Britaniya, 1994-cü ildən ABŞ, 2002-ci ildən isə Rusiyada buraxılır. PC Gamer-in regional nəşrləri həm də Avstraliya, İspaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Ukrayna, Malaziya və İsrail kimi ölkələrdə çıxır.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. == Tarixi == "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir.2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. == Qəbul == "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Qacer (Bükan)
Qacer (fars. قاجر‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 417 nəfər yaşayır (65 ailə).
Qael Monfils
Qael Monfils (1 sentyabr 1986 Paris, Fransa) Fransız tennisçi. Monfilsin karierindəki ilk ATP təklər finalı 2005-ci ildə Polşada Sopotda Alman Florian Meyerə qarşı oldu. Monfils iki ay sonra isə yenə finala çıxdı. Ancaq bu səfər işlər onun üçün yaxşı getmədi və məğlub oldu. İndi 3 çempionluğu vardır. Roland Garrosda David Ferreri mağluğp edərək 2001-ci ildən bəri yarı-finala çıxan ilk Fransız tennisçi olmağı bacarmışdır.
Qarer adaları
Barer adaları — Laptevlər dənizində yerləşən Pyotr adaları tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Cənub adasında şimal-şərqdə yerləşir. Adalar uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənir. Materikin şelf hissəsində qumdan ibarət adalardır. Adalar Vasili Vasilyeviç Pronçişeviç tərəfindən 1736-cı ildə kəşf edilmişdir.
Qauer yarımadası
Qauer yarımadası(ing. Gower Peninsula, vall Penrhyn Gŵyr) — Böyük Britaniya, Uels, Qlamorqan qraflığında yerləşən yarımada. Böyük britaniyada ilk Görkəmli təbii gözəllik ərazisi adını almış bölgədir (1956). == Coğrafiyası == Yarımada 22 x 8 km ölçülərə malikdir. Sahəsi 180 km², ən hündür nöqtəsi — 193 metrdir. Şimaldan LAher çayının estuarisi, cənubdan Bristol körfəzi ilə əhatələnir. Burada olan 4 çimərlik mavi bayraq almışdır. Üstəlik 5 çimərlik isə digər mükafatlara layiq görülüb. Yarımadada əhali 21 kənddə və 10-larla kommunada yaşayır. == Tarixi == Yarımadada əhali hələ qəıdim zamanlardan yaşayır.
Qavr (rayon)
Qavr (fr. Le Havre) — Fransanın Normandiya regionun rayonlarından biri. Departamenti — Dənizkənarı Sena. Prefektura — Blua. Rayon əhalisi 2014-cı ildə 396 174 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 324 nəf / km². Rayon ərazisi — 1221 km².
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. == Tarixi == "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir."Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. == Mükafatlar == "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Kadenak-Qar
Kadenak-Qar (fr. Capdenac-Gare, oks. Capdenac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12052. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4553 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2631 nəfər (15-64 yaş arasında) arasında 1879 nəfər iqtisadi fəal, 752 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə 67.5%) olmuşdur.
Qar (departament)
Gar (fr. Gard) — Fransanın cənubundakı Oksitaniya bölgəsinin departamentlərindən biri. Adını öz ərazisindən keçən Qar çayından götürmüşdür. Sıra nömrəsi — 30. İnzibati mərkəzi — Nim. Əhalisi — 726.285 nəfər (departamentlər arasında 33-cü yer, məlumatlar 2010-cu il). == Coğrafiyası == Sahəsi — 5853 km². Departamentə 3 rayon, 46 kanton və 353 kommun daxildir. == Tarixi == Orta əsrlərdə ərazi romalılar tərəfindən məskunlaşmışdı. Hətta buradan Via Domitsia yolu da keçirdi.
Qar (dəqiqləşdirmə)
Qar
Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...." == Məzmunu == Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.
Qar adamı
Qar adamı, yeti, saskvoç və ya biqfut (ing. big - böyük, foot - ayaq) — Yerin müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən , əfsanəvi varlıqdır. Bir çoxları onu gördüklərini desələr də , amma hələ onun mövcudluğunun tam təsdiqi tapılmayıb. Fikirlər var ki, bu müqəddəs(bəzi yerlərdə elə sayılır) hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu Homo troglodytes (mağara adamı) kimi təyin etmişdir. == Xarici görünüşü == Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əllləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır.
Qar adası
Qar adası (ərəb. جزيرة قارو‎) — Küveytə məxsus olan 9 adadan ən kiçiyi. Adanın sahəsi 3.5 ha, uzunluğu 275 m, eni isə 175 m təşkil edir. Sahildən 37,5 km, Umm-əl-Maradim adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991).
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. == Görünüşü == Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. == Yayılması == Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. == Xüsusiyyətləri == Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qar bemeriyası
Qar bemeriyası (lat. Boehmeria nivea) - bemera cinsinə aid bitki növü.
Qar bəbiri
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. == Ölçüləri == 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferinə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. == Formalaşması == Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Qar koramazı
Qar koramazı — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki Qara qoyunu sağaraq elə həmin an onun südünə köhnə, qurd düşməmiş qar əlavə edib qarışdıraraq alınan məhsulu sərinləşdirici içki kimi istifadə edərdilər. Yaylaqlara çıxmış bütün elatların çoxu tarixən bu üsuldan istifadə etmişdir. Qatıq əvəzinə qar qatılması səbəbindəndə bu içkiyə qar koramazı deyərlər. Çobanlar isə qar koramazını əsasən örüşdə edir və qabı qarda basdırarlar. Südlə qarın qarışığı bir xeyli bərkiyərək dondurma halına düşdükdən sonra istifadə edilərdi.Bunu adətən günün isti vaxtlarında edərdilər. Müasir dondurmadan da dadlı olan bu süd məhsuluna şəkər qatılmırdı. Az-az hallarda zövqə uyğun müəyyən qədər bal əlavə edilir. Qar koramazını ən çox çobanlar və ya yayı yaylaqda keçirən ailələr hazırlayırdılar. Qara qoyun südü ilə qarın qarışığı əslində türk dünyasında çox-çox qədimdən istifadə edilən təmiz və sərinləşdirici içkidir.
Qar kraliçası
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kürəciyi
Qar kürəciyi — əsasən şüşədən düzəldilmiş və çox vaxt landşaft modeli ilə birlikdə bir növ kiçildilmiş səhnəni əhatə edən şəffaf kürə. Həmçinin kürəciyin içini su əhatə edir. Suyun vasitəsilə kürəni tərpədəndə ağ zərrəciklər qar lopası kimi yağır.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. == Tarixi == İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. == Xüsusiyyətləri == Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır.Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir.Tutacaqlar düz və ya əyri ola bilər. Əyri kürəyə nisbətən düz kürək itələmə bucağını dəyişməyi asanlaşdırır və qar daha rahat tullanır. Uzun tutacaqlar istifadəçiyə qarı tullamaq üçün öz çəkisini istifadə etməyə kömək edir, qısa tutacaqlar isə qarı tullamağı asanlaşdırır.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.