QƏR

QƏ’R

ə. 1) dib, dərinlik; 2) m. cam, parç.

QƏNTƏRƏ
QƏRABƏ
OBASTAN VİKİ
Emin Qəribov
Emin Nadiroviç Qəribov (rus. ́Эми́н Нади́рович Гари́бов; 8 sentyabr 1990, Moskva) — Azərbaycan əsilli Rusiya gimnastı. İdman Gimnastikası üzrə Rusiya komandasının kapitanı. Rusiyanın əməkdar idman ustası. == Həyatı == 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.
Epir və Qərbi Makedoniya
Epir və Qərbi Makedoniya (yun. Αποκεντρωμένη Διοίκηση Ηπείρου — Δυτικής Μακεδονίας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Epir və Qərbi Makedoniya periferiyaları daxildir. Əhalisi 620.545 nəfər. Sahəsi 18.654,623. Sıxlığı— 33,26 nəfər. İnzibati mərkəzi — Yanina şəhəridir. Hazırda Baş katibin vəzifəsini icra edir Vasilios Mixelakis (Βασίλειος Μιχελάκης). Desentralizasiya idarəsi 2011-ci ildə genişmiqyaslı inzibati islahatlar və «Kallikratis» proqramı çərçivəsində yaradılmışdar (Qanun 3852/2010). İdarə və maliyyəni istifadə edərək, mərkəzləşdirilmiş idarəetmə şəhərsalma, ətraf mühit və enerji siyasəti, meşə təsərrüfatı, miqrasiya və vətəndaşlıq sahələrində idarə olunur. Bundan əlavə, mərkəzləşdirilməmiş administrasiyalar birinci və ikinci səviyyəli inzibati vahidlərə nəzarət edirlər: icmalar (dima) və ətraf mühit, bu halda Epirus və Qərb Makedoniyada iki cəbhədə 30 icma.
Fərhad Qəribov
Fərhad Qəribov (20 iyun 1952, Muradxan, Kürdəmir rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır. 1986-cı ildən "Azərneft" Birliyinin "Azərneftlayihətikinti" Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi vəzifələrində işləmişdir. 2002–2004-cü illərdə "Debüt" Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə "Azəri-Holdinq" maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir. === Ailəsi === Evlidir.
Fəxri Qəribzadə
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Gilan Qərb şəhristanı
Gilan Qərb şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gilan Qərb şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,671 nəfər və 13,452 ailədən ibarət idi.
Güllücə (Xanəndəbil-i Qərbi)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (52 ailə).
Güllələnmiş qərənfillər (film, 2012)
Haitinin Qərb departamenti
Qərb departamenti (fr. Département de l'Ouest, h.kreol Lwès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahə — 4 982,6 km², əhalisi — 3 664 620 nəfər (şəhər daxilində - 2 791 058 nəfər, kənd yerlərində - 873 562 nəfər, 2009-cu ildən). İnzibati mərkəzi — Port-o-Prens. == Coğrafiyası == Departament ölkənin mərkəzi hissəsində yerləşir. Şimalda, Artibonit departamenti və Mərkəzi , Cənub-Şərq departamenti ilə, qərbdə Nip departamenti ilə sərhəddir və şərqdə Dominikan Respublikası ilə sərhəddə olan Qonav dəfnənin suları ilə yuyulur. Departament həmçinin Qonav adasını da əhatə edir. Departamentin şərq hissəsində ölkənin ən böyük Somatr gölü mövcuddur. == Tarixi == 12 yanvar 2010-cu ildə departament son iki əsrdə Haitidə baş verən ən güclü 7.0 zəlzələ baş vermişdir. Leoqan şəhəri ən çox zərər çəkmiş, binaların 80-90% -i məhv edilmişdir.
Haitinin Şimal-Qərb departamenti
Haitinin Şimal-Qərb departamenti (fr. Le Département du Nord-Ouest) — Haiti Respublikasının 10 departamentindən biri. Ölkənin şimalında yerləşən və Tortuqa adası ilə Haitinin ən şimal hissəsidir. Sahəsi — 2176 km², əhalisi — 662 777 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Por-de-Pe.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Heydərabad (Güney-i Qərbi dehistanı)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (157 ailə).
Hüseyn Qəribzadə
Həyat, sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013–2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur. Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir.
Həyat nə qəribəsən (film, 2022)
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Həyat sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013–2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur. Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Kərim Qəriboğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda anadan olub. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur. Qərib Kərimoğlu 9 oktyabr 1926-cı ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.
Madonna qərənfillə
Madonna qərənfillə (it. Madonna dei Garofani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi tablo. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna qərənfillə" əsəri hal-hazırda Böyük Britaniyada, London milli qalereyasında saxlanılır. == Əsərin təsviri == Miniatür rəsm əsərində müqəddəs Məryəm və körpə İsa təsvir edilib. Kompozisiya etibarilə əsər Leonardo Da Vinçinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur. Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Mahmudabad (Qərbi Azərbaycan)
Mahmudabad və ya Mahmudabadcıq (yerli xalqın tələffüzündə Mahmudava) (fars. محمودآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanının Məhəmmədyar bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,817 nəfər və 1,507 ailədən ibarət idi.
Milli Azadlıq Qərargahı
Milli Azadlıq Qərargahı və ya qısaca MAQ — SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat. 1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı. Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, Akademik Xudu Məmmədov seçilmişdir. 1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.
Milli komitələrin ləğvi haqqında qərarlar (AXC)
Milli komitələrin ləğvi haqqında qərarlar — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin özündən əvvəlki yerli hakimiyyət orqanlarının ləğv olunmasına dair qərarları (1918, iyun-iyul). Fevral inqilabı (1917) bütün müsəlmanların, eyni zamanda, azərbaycanlıların siyasi fəallığını artırdı. Yerlərdə Müsəlman Milli Komitələri yaradıldı. Bakıda, Gəncədə, İrəvanda və başqa şəhərlərdə yaradılmış milli komitələrin qarşısına qoyduğu əsas məqsədlərdən biri müsəlmanların yerli özünü idarə orqanlarında və Rusiyanın gələcək Müəssislər Məclisində proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra buna ehtiyac qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra milli komitələrin yerlərdə hakimiyyət orqanları kimi fəaliyyətinə xitam vermək məqsədilə hökumət qərarları qəbul edildi. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Gəncə (Yelizavetpol) milli komitəsinin sərəncamında olan ən zəruri mallar və bütün ərzaq ehtiyatı Ərzaq Nazirliyinin sərəncamına keçdi. 1918-ci il iyulun 7-də verilmiş qərara görə daxili işlər, maliyyə və ərzaq nazirlərinə Gəncə müsəlman milli komitəsinin əmlakının aydmlaşdırılması və qəbul edilməsi üçün ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Elə həmin gün verilmiş digər qərara əsasən, daxili işlər nazirinə Azərbaycan Xalq Cümhuriyyəti ərazisindəki bütün milli komitələrin ləğv olunması və onların əmlakının dövlətin serəncamına keçirilməsi tapşırılırdı. Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Milli Komitələri Азербаиджанская Демократическая Республика (1918-1920).
Mirabad (Qərbi Azərbaycan)
Mirabad (fars. ميرآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Vəzinə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,502 nəfər və 820 ailədən ibarət idi.
Musa Qəribli
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.