Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq,guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.Çəmənlik demək olar ki, ani çəmənlik verir və ilin istənilən vaxtında əksər mülayim bölgələrdə edilə bilər, lakin daha bahalı və quraqlığa daha həssasdır.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı.İran kəndləriQazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Andre Qanon
Mete Qazoz
Mete Gazoz (türk. Mete Gazoz; 8 iyun 1999, İstanbul) — Türkiyə oxatma idmançısı, Olimpiya çempionu, iki Olimpiya Oyununun (2016, 2020) və Dünya Kubokunun finalının iştirakçısı. == Tərcümeyi-hal == Mete Qazoz 8 iyun 1999-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Bağçalıevlərdə yerləşən İxlas Kollec Liseyində təhsil almışdır. === Karyerası === Qazoz 2010-cu ildə oxatma idmanında özünü sınamağa başladı. Beynəlxalq debütü 2013-cü ildə baş tutdu. Mete Qazoz 2013-cü ildə Çinin Usi şəhərində keçirilən Dünya Çempionatında gənclərdən ibarət komanda turnirində gümüş medal qazandı. 2014-cü ildə Nankində keçirilən Yeniyetmələr Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 2015-ci ildə Bakıda baş tutan Avropa Oyunlarında Türkiyə yığmasının tərkibində yarışmışdır. Kopenhagendə keçirilən 2015 Dünya Oxatma Çempionatında da iştirak etmişdir.
Qabon Respublikası
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qabon bayrağı
Qabon bayrağı — Qabonun Dövlət bayrağı
Qabon mətbəxi
Qabon mətbəxi - Mərkəzi Afrikanın qərb sahillərində suveren dövlət olan Qabon ilə bağlı kulinariya ənənələri, təcrübə, qida və yeməklərdir. Qabon mətbəxinə fransız mətbəxinin böyük təsiri olmuşdur , və böyük şəhərlərdə müxtəlif fransız xörəkləri bişirilir. Kənd yerlərində - provinsiya ərazilərində adətən manioka, düyü və yams kimi qida məhsulları çox istifadə olunur.Ət yeməkləri - toyuq, balıq, eləcə də antilop, çöl donuzu (vəhşi qaban) və meymun ətlərindən hazırlanır. Souslar tez-tez istifadə edilir, acı qırmızı bibər pastası ilə hazırlanan souslar daha geniş yayılıb. Meyvələrə banan, papayya, guava, mango, ananas, kokos, avokado və araxis daxildir. Balqabaq, pomidor, qarğıdalı və badımcan da istifadə olunur. == Ənənəvi xörəklər və yeməklər == Atanqa (Atanga) - meyvədir, qaynadılır və istifadə edilir, çox vaxt çörəyin üstünə yaxmaq üçün istifadə edilir. Bəzən atanqanı "taxta yağ" da adlandırırlar." Beinye qızardılmış peçenye (geniş yayılıb) Broşets - şişə çəkilmiş ət, bir növ kabab Qurudulmuş ət - xüsusilə kənd yerlərində.
Qayon qəsri
Qayon qəsri (fr. Château de Gaillon) — Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. Renessans üslubunda Fransada tikilən ilk saray. Fransa inqilabından sonra qəsr penitensiar müəssisə kimi demək olar ki, tamamilə rekonstruksiya edilib. Obyekt Fransanın milli tarixi abidəsi kimi təsnif edilib. == Tarixi == === Qala yay iqamətgahı oldu === 1192-ci ildə Fransanın kralı II Filip Avqust ilə İngiltərənin kralı və Normandiya hersoqu Torpaqsız İohan arasında sülh müqaviləsinin şərtlərinə görə Qayon tarixi Normand Veksen vilayəti, o cümlədən də bir sıra möhəkmələndirilmiş şəhərlərlə, misal üçün Evryo ilə yanaşı fransız kralının hakimiyyəti altına düşdü. Torpaqsız İohann taxtda əsir qardaşı Şirürəkli Riçardı əvəz etdi. Şirürəkli Riçard 1194-cü ildə azad edilmişdir. Riçard Normandiya torpaqlarına qayıdandan sonra Fretevalda Kapetinqlər üzərində qələbə ilə bəzi mülklərini geri qaytara bildi, lakin Qayon və Vernonu azad edə bilmədi. Bu səbəbdən də o öz mövqeyini möhkəmləndirərək Andeli kəndində, Sena çayının digər sahilində Şato-Qayar qəsrinin tikilməsinə dair göstəriş verdi.
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı.İran kəndləriQazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri - rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. == Tarixi == === İlkin tarix === Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. === Formalaşma === 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.
Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazan çarlığı
Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur. == Tarixi == 1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu.
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان‎) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərəj Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan ,Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. == Etimologiyası == Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam Qazan adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir.
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.
Azon zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.