Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Keran
Lampronlu Keran (bilinmir – 28 iyul 1285) — Lampron ailəsinin doğumla üzvü və nikahla Ermənistan kraliçası. O, Lampron şahzadəsi Hetumun naməlum arvadından olan qızı idi, ehtimal ki, frank mənşəlidir. Onun üç məlum bacısı var idi: Marianna, Aliks (sonradan Baliana d'İbelinanın arvadı oldu, Kipr senesşalı) və Mixaelqla lordu Raymond. == Həyatı == 15 yanvar 1262/14 yanvar 1263-cü il tarixindən öncə Keran 1270-ci ildə atasının taxtdan əl çəkməsindən sonra kral olmuş Kral I Hetumun böyük oğlu və varisi Ermənistan şahzadəsi Levon ilə evləndi. Doğum adı Anna idi, ad sonradan qısaldılaraq Keran və ya Geran olaraq adlandırıldı. Müasirləri tərəfindən Kraliça Keran haqqında çoxlu təriflər söylənilib. Oğlu Hetum “onun gözəl ruha və gözəl bədənə sahib olduğunu” iddia etdi. Salnaməçi və katib Avetis onu “bəla və sevinc içində ərinin yaxşı dostu” kimi təsvir etdi. Keran son oğlunun doğulmasından sonra rahibə oldu və Teofaniya adını alaraq Trazarq monastırına getdi. Çox güman ki, ona bacısı Marianna da qoşulub.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Goran qəsəbəsi və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. == Əhalisi == 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Goran (Xudabəndə)
Goran (fars. گوران‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (68 ailə).
Goran dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri. == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı. Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Gəray Gəraybəyli
Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim. == Həyatı və fəaliyyəti == Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır. Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
Gəray Mantaşov
Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü. == Həyatı == Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib. Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.
Gəray Məmmədov
Gəray Soltanov
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Gəraş şəhristanı
Gəraş şəhristanı — İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gəraş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39 348 nəfər və 8 734 ailədən ibarət idi.