Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hersoq
Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir. Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı.
Gerson Omubo
Voytsex Qerson
Voytsex Qerson (pol. Wojciech Gerson; 1 iyul 1831[…], Varşava – 25 fevral 1901[…], Varşava) — polşalı rəssam-realist, yazıçı, pedaqoq. Voytsex Qerson Polşa üsyanı zamanı Varşavada anadan olmuşdur. 1844-cü ildə İncəsənət Məktəbinə daxil oldu və 1850-ci ildə fərqlənmə diplomu ilə məzun oldu. 1853-cü ildə Qerson Sankt-Peterburq İncəsənət Akademiyasında təqaüd alıb və iki il Aleksey Markovdan tarixi əsər öyrənir. Akademiyanı gümüş medal ilə bitirmiş və 1855-ci ildə Varşavaya dönmüşdür. 1856-cı ildə Parisə yola düşdü və Leon Konye ilə birgə təhsil almışdır. 1858-ci ildə rəssam Varşavaya qayıtdı və tədris fəaliyyəti ilə məğul oldu. İncəsənət professoru (1872–1896). Əsərlərinin əsas mövzusu dağ mənzərələri, şəhər eskizləri, tarixi rəsmlərdir.
Verner Hersoq
Verner Hersoq Stipetiç (alm. Werner Herzog Stipetić‎; 5 sentyabr 1942[…], Münxen) — Almaniya kinorejissoru, ssenaristi və aktyoru. O, qırxdan çox film (əsasən sənədli filmlər) çəkmiş, bir çox operaya quruluş vermiş, onlarla kitab çap etdirmişdir. Bəzi kino tənqidçiləri onu şərti olaraq yeni Almaniya kinosu hərəkatının bir hissəsi kimi təsnif edirlər. Verner Hersoq üç dəfə evlənmişdir. Onun "Stroşek" filmində baş rolu oynayan aktrisa Eva Mattesdən bir qızı var. Hal-hazırda Lena Hersoq ilə evlidir. Кронин П. Знакомьтесь — Вернер Херцог. / Пер. с англ.
III Maksimilyan (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. == Mənbə == Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
II Ferdinand (hersoq)
II Ferdinand (d. 14 iyun 1529 — ö. 24 yanvar 1595) — Avstriya hersoqu. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci oğludur. 1557-ci ildə ilk evliliyi Filipina Uelserlə baş tutdu və bu evlilikdən yalnız ikisi yetkinlik yaşına çatan 4 övladı dünyaya gəldi. Xanımının vəfatının ardından 1582-ci ildə öz bacısı qızı Anna Yuliana ilə evləndi və bu evlilikdən də yalnız ikisi yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica.
II Karl (hersoq)
II Karl Fransisk (alm. Karl II. Franz von Innerösterreich‎) (3 iyun 1540, Vyana – 10 iyul 1590, Qrats) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Priebatsch, Felix (1908), "Wladislaw II.", Allgemeine Deutsche Biographie (ADB) (in German), vol. 54, Leipzig: Duncker & Humblot, pp. 688–696 Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed.
Qadın Hersoq (personaj)
Qadın Hersoq - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
VII Albert (hersoq)
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
III Maksimilian (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. == Mənbə == Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
Hersoq Avqust Kitabxanası
Hersoq Avqust Kitabxanası (alm. Herzog August Bibliothek‎) — Almaniyanın Aşağı Saksoniya əyalətində yerləşən məşhur bir tədqiqat kitabxanasıdır. Kitabxana, Avropanın ən qədim və ən zəngin tarixi kolleksiyalarından birinə malikdir və xüsusilə nadir əlyazmalar, inkunabula (1501-ci ildən əvvəl çap olunmuş kitablar) və erkən çap əsərləri ilə tanınır. Kitabxana, 1572-ci ildə Volfenbüttel şəhərində Hersoq Henrik tərəfindən təsis edilmişdir, lakin adını onun oğlu Hersoq Avqust almışdır. Hersoq Avqust Kitabxanası "Avropanın ən zəngin kitabxanası" kimi tanınmışdır. == Əsas xüsusiyyətləri == === Tarixi və kolleksiyası === Kitabxana, XVII əsrdə Hersoq Avqustun şəxsi səyləri sayəsində Avropanın ən əhəmiyyətli kitabxanalarından birinə çevrildi. Onun dövründə toplanmış çoxsaylı əlyazmalar və kitablar kitabxananın əsas kolleksiyasını təşkil edir. Kolleksiya, xüsusilə orta əsr və erkən yeni dövr Avropa tarixi, dini, fəlsəfəsi və ədəbiyyatı ilə bağlı nadir və qiymətli əsərlərdən ibarətdir. Avqust, XVII əsrin əvvəllərində öz dövrünün ən böyük və ən əhəmiyyətli kitab kolleksiyalarından birini yaratmışdır. Volfenbütteldə yerləşən kitabxanası dövrünün ən zəngin kitabxanalarından biri idi və bu kitabxana "Avropanın yeddinci möcüzəsi" kimi tanınırdı.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Qorşaq
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Xerson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Qərəq
Qərəq — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rəsmdən bəhs etmişdir. Məlumata görə, Qərəq oyununda 6–8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-"qərəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. Novruz bayramı ensklopediyası.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Georq Gerinq
Georq Gerinq (alm. Georg Gehring‎; 14 noyabr 1903, Frankental[d], Bavariya – 31 oktyabr 1943, Şetsin, Prussiya[d] və ya Lüdviqshafen) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı. 1903-cü ildə Frankental şəhərində anadan olmuşdur. 1926-cı ildə Avropa çempionatında qızıl medal qazandı. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarının bürünc medalını qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930 və 1931-ci illərdə Avropa Çempionatlarında bürünc mükafatları qazandı. 1932-ci ildə Los-Anceles Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 4-cü yeri tuta bildi. 1936-cı ildə Berlin Olimpiya Oyunlarında sərbəst güləş növündə çıxış etdi, amma orada yalnız 7-ci oldu.
Gernot Rampler
Gernot Rampler (21 fevral 1994) — Avstriyalı atıcı. Gernot Rampler Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gernot Rampler birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.4 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Herson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Klarens hersoqu
Klarens hersoqu (ing. Duke of Clarence) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir. Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi. Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı. Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi.
Lankaster hersoqu
Lankaster hersoqu (ing. Duke of Lancaster) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, V Henrinin 1413-cü ildə taxta çıxması nəticəsində səltənətlə birləşmişdir. Daha sonra müstəqil şəkildə təsis edilməsə də, bu ünvan Lankaşir qraflığının hakimi olan Birləşmiş krallığın monarxı üçün istifadə edilməyə davam etmişdir. == Tarixi == XIV-XV əsrlərdə Lankaster hersoqu ünvanı 3 dəfə təsis edildi. İlk dəfə 6 mart 1351-ci ildə İngiltərə kralı III Henrinin nəticəsi və 4. Lankaster qrafı Qrosmontlu Henriyə təsis edildi. Ancaq o, 1361-ci ildə oğul övladı olmadan vəfat etdi və ünvan ləğv edildi. Ünvan ikinci dəfə 13 noyabr 1362-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Con üçün təsis edildi. Belə ki, o, Qrosmontlu Henrinin qızı və varisi olan Lankasterli Blanşla evlənərək onun bütün mülk və əmlaklarına sahibləndi.
Nival qurşaq