HERSOQ

I
сущ. герцог:
1. высший дворянский титул в Западной Европе
2. лицо, носящее, носившее этот титул
II
прил. герцогский. Hersoq titulu герцогский титул
HERSOGİNYA
HERSOQLUQ
OBASTAN VİKİ
Hersoq
Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir. Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı.
III Maksimilyan (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
Verner Hersoq
Verner Hersoq Stipetiç (alm. Werner Herzog Stipetić‎; 5 sentyabr 1942[…], Münxen) — Almaniya kinorejissoru, ssenaristi və aktyoru. O, qırxdan çox film (əsasən sənədli filmlər) çəkmiş, bir çox operaya quruluş vermiş, onlarla kitab çap etdirmişdir. Bəzi kino tənqidçiləri onu şərti olaraq yeni Almaniya kinosu hərəkatının bir hissəsi kimi təsnif edirlər. Verner Hersoq üç dəfə evlənmişdir. Onun "Stroşek" filmində baş rolu oynayan aktrisa Eva Mattesdən bir qızı var. Hal-hazırda Lena Hersoq ilə evlidir. Кронин П. Знакомьтесь — Вернер Херцог. / Пер. с англ.
II Ferdinand (hersoq)
II Ferdinand (d. 14 iyun 1529 — ö. 24 yanvar 1595) — Avstriya hersoqu. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci oğludur. 1557-ci ildə ilk evliliyi Filipina Uelserlə baş tutdu və bu evlilikdən yalnız ikisi yetkinlik yaşına çatan 4 övladı dünyaya gəldi. Xanımının vəfatının ardından 1582-ci ildə öz bacısı qızı Anna Yuliana ilə evləndi və bu evlilikdən də yalnız ikisi yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica.
II Karl (hersoq)
II Karl Fransisk (alm. Karl II. Franz von Innerösterreich‎) (3 iyun 1540, Vyana – 10 iyul 1590, Qras) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. Priebatsch, Felix (1908), "Wladislaw II.", Allgemeine Deutsche Biographie (ADB) (in German), vol. 54, Leipzig: Duncker & Humblot, pp. 688–696 Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed.
Qadın Hersoq (personaj)
Qadın Hersoq - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
VII Albert (hersoq)
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
III Maksimilian (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
Aşağı Bavariya hersoqluğu
Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern‎) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq. 1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII Henrix və II Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyü və Yuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı. 1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, Vilhelm və I Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi. Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bavariya-İnqolştadt hersoqluğu
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi. Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Bosniya və Hersoqovina 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovinanı Osloda keçiriləcək 2010 Avroviziya Mahnı Müsabiqəsində Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. Vukajin Brajic "Munja I Grom" ("İldırım və şimşək") mahnısını ifa edəcək.
Bosniya və Hersoqovina şəhərlərinin siyahısı
Bosniya və Hersoqovina şəhərləri.
Burqundiya hersoqluğu
Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq II Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır. German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923–936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir. 1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu.
Burqundiyalı Mariya (Savoyya hersoqinası)
Burqundiyalı Mariya (it. Maria di Borgogna) (sentyabr 1386, Dijon – 8 oktyabr 1422, Tonon-le-Ben[d]) — İlk Savoyya hersoqu və antipapa VIII Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Burqundiya hersoqu Cəsur Filipp, anası isə Flandriya qrafinyası Marqaritadır. Hələ 7 yaşında ikən 10 yaşlı Savoyya qrafı VIII Amadeusla nigahlandı. Cütlüyün toy mərasimi isə 1401-ci ilin mayında baş tutdu. Ərinin 1416-cı ildə hersoqluğa yüksəlməsiylə o da qrafinyalıqdan hersoqinalığa yüksəldi. Suckale, Robert; Crossley, Paul (2005). Prague: The Crown of Bohemia, 1347-1437. Metropolitan Museum of Art. p.
Böyük Toskana hersoqluğu
Böyük Toskana hersoqluğu (it. Granducato di Toscana, lat. Magnus Ducatus Etrurıae) — 1569-1859-cu illərdə bəzi aralıqlarda Mərkəzi İtaliyada mövcud olan dövlətdir. Bu dövlət 1569-cu ildə Florensiya hersoqluğunun yerinə qurulmuşdur. Toskana hersoqluğunun paytaxtı Florensiya şəhəridir. Qurulduğu dövrdə hersoqluğu Mediçilər idarə edirdilər. Böyük Toskana hersoqluğu qurulmamışdan əvvəl həmin ərazidə hökm sürən Florensiya Respublikası (1115-1532) və Florensiya hersoqluğu (1532-1569) ilə müqayisədə tarixdə daha az tanınır. Böyük Toskana hersoqluğunun ən qüvvətli dövrü Medicilər dövründə olmuşdur. İlk böyük hersoq olan I Kozimo Medici və xələfləri dövründə Florensiya iqtisadi və hərbi cəhətdən mühüm uğurlar əldə etmişdi. Bu inkişaf II Ferdinandinonun dövrünə qədər davam etmişdi.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555–1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
Filipp (Pfals-Noyburq hersoqu)
Davakar Filip (alm. Philipp der Streitbare‎) (12 noyabr 1503, Heydelberq – 4 iyul 1548, Heydelberq) — Vittelsbax sülaləsindən, 1505–1541-ci illərdə Pfals-Noyburq hersoqu olmuş alman zadəgan. O, 12 noyabr 1503-cü ildə, Heydelberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Özündən böyük Otto Henri adlı bir qardaşı da vardı. Atasını itirəndə Filippin hələ 1 yaşı vardı, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibənin başlanmasına səbəb İmperiya qanunları və Bavariya-Münhen hersoqları ilə imzaladığı miras müqaviləsi ilə ziddiyyət təşkil edən babası Georqun torpaqlarını qızı Elizabetə vəsiyyət etməsinə cəhdi idi. Elizabet və Rupert 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.
Filipp Lüdviq (Pfals-Neyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Finlandiya böyük hersoqluğu
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.
Fransisk (Savoyya hersoqu)
Fransisk (it. Francesco Giacinto di Savoia) (14 sentyabr 1632, Turin – 4 oktyabr 1638, Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatının ardından, hələ 5 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq cəmi bir il sonra qızdırmalı xəstəlik səbəbilə öldüyü qeyd edilir. Ölümündən sonra taxta 4 yaşlı kiçik qardaşı Çarlz Emanuel çıxdı və anası naibəliyə davam etdi. Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Merlini, Carlo (1938).
Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt, Yuxarı Bavariya) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
Hersoqovina sancağı
Herseqovina sancağı (türk. Hersek Sancağı, bosn. , serb. , xorv. Hercegovački sandžak) — müasir Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya və Serbiya ərazisində mövcud olan Osmanlı İmperiyasının sancağı. Tarixi bölgənin adı "Köhnə Hersoqovina". 1470-ci ildə fəth edilmiş Serbiya torpaqlarında yaradılmışdır. Elə həmin dövrdə Hersoqovina sancağına Brda və Primorye kimi çernoqoriya torpaqları da daxil oldu, həmin vaxt Köhnə Çernoqoriya Skadar sancağının tərkininə daxil olmuş oldu. Sancağın inzibati mərkəzi əvvəlcə şərqi Hersoqovinada, Foča və Pljevlja bölgələrində yerləşirdi. 1580-ci ildən — sancak Bosniya əyalətinin bir hissəsi olaraq mövcudluğunu qorudu, 1833-cü ildə isə Bosniya Herseqovinada Hersoqovina əyaləti adlı muxtariyyət meydana gəldi. .
III Viktor Amadeus (Savoyya hersoqu)
III Viktor Amadeus (it. Vittorio Amedeo III di Savoia) (26 iyun 1726[…], Turin, Sardiniya krallığı – 16 oktyabr 1796[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Hesseli Poliksenadır. Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
II Viktor Amadeus (Savoyya hersoqu)
II Viktor Amadeus (it. Vittorio Amedeo II di Savoia) (14 may 1666[…], Turin – 31 oktyabr 1732[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə Savoyyalı Mariya Jannadır. Atasının ani vəfatının ardından, hələ 9 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi oldu. Fransa kralı XIV Lüdovik bölgədəki fransız təsirini gücləndirmək məqsədilə kiçik hersoqun gələcəkdəki evliliyini planlaşdırmaq niyyətində idi. Ancaq yetkinlik yaşına çatan Viktor Amadeus fransız təsirindən çıxdı və 1684-cü ildə yazdığı əmrlə Fransa yönümlü anasını dövlət idarəsindən tamamilə uzaqlaşdırdı. İspaniya səltənəti uğrunda gedən taxt mübarizəsinə qoşulan Viktor Amadeus 1713-cü ildə Siciliya krallığını ələ keçirdi ancaq çox keçmədən bu ünvanını Sardiniya kralı olaraq dəyişməli oldu. Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press.
II Çarlz (Savoyya hersoqu)
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489, Turin – 16 aprel 1496 və ya 1496, Monkalyeri, Pyemont) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi. Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed.
II Çarlz Emanuel (Savoyya hersoqu)
II Çarlz Emanuel (it. Carlo Emanuele II di Savoia) (20 iyun 1634[…], Turin – 12 iyun 1675[…], Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatı və azyaşlı qardaşı Fransiskin cəmi 1 illik qısa səltənətinin ardından, hələ 4 yaşında ikən Savoyya hersoqu oldu. Eynilə qardaşı kimi, azyaşlı olması səbəbilə 1648-ci ilədək səltənət anası Kristina tərəfindən idarə edildi. Hətta bu tarixdən sonra da anası 1663-cü ildəki ölümünədək səltənətdə söz sahibi olmuş, Çarlz Emanuel eyş-işrət dolu həyat yaşamışdır. Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Oresko, Robert (2004).

Значение слова в других словарях