QURSAQ

is.
1. Gövşəyən heyvanların və quşların birinci mədəsi.
// Ümumiyyətlə, mədə.
□ Qursağı boş – ac.
2. İçinə sucuq və s. doldurmaq üçün nazik, quru bağırsaq.
// Dəf, baraban və s. üzünə çəkilən nazik dəri.
◊ Qursağı daralmaq1) yeməməkdən arıqlamaq, üzülmək.
Aclıqdan uşağın qursağı daralar, fikri ilə anası ona yanaşaraq: – Oğlum, … qalx, qalx, yeməyini ye, – deyərdi. A.Şaiq;

2) məc. ürəyi sıxılmaq, canı sıxılmaq.

Синонимы

  • QURSAQ QURSAQ (quşlarda və heyvanlarda mədə), QONSƏ, MƏDƏ (bax), PƏTƏNƏK

Этимология

  • QURSAQ Bəzi mənbələrdə cumru, cumrusaq kimi verilib. Mənası “yumru” deməkdir. Mədə ərəb sözüdür. Bizdə onun yerinə qursaq işlədilib
QURS
QURSAQCIQ
OBASTAN VİKİ
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.

Значение слова в других словарях