Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günnüt
Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir. == Toponimikası == Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar.Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər. == Əhalisi == 1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub. 2009-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən kəndin əhalisi 0 nəfərdir.
Güznüt
Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır. == Tarixi == Güznüt kəndi çox qədim tarixə malikdir, lakin buraya kütləvi erməni köçürülmələri zamanı bədxah qonşularımız tərəfindən buradakı maddi mədəniyyət nümunələri dağıdılmışdır. Ermənilərin buradan tamamilə çıxarılması isə 1918-ci ilin aprel-may aylarına təsadüf edir. Bunun əsas səbəbi isə kəndin o vaxtkı başçısının erməni olması, 1918-ci il Andranikin hücumları zamanı onu qonşu Nehrəm kəndini işğal etməsinə qızışdırmağı idi. 1986–1992-ci illərdə kənd ağsaqqalları və kəndin məşhur memarı Mirzəmməd Ələsgər oğlu Nağıyev (1928–1993) və Cabbar Salman oğlu Quliyev (1935–1992) tərəfindən kəndin yeganə ibadət yeri olan məscid tikilmişdir. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir.
Qunut
Qunut - əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Ceratophyllum gibbum
Suyabatmış buynuzyarpaq (lat. Ceratophyllum demersum) — buynuzyarpaq cinsinə aid bitki növü. == Sinonim == Ceratophyllum aquaticum H.C.Watson Ceratophyllum asperum Lam. [Illegitimate] Ceratophyllum cornutum Rich. Ceratophyllum cornutum Rich. ex S.F. Gray Ceratophyllum demersum var. demersum Ceratophyllum demersum var. inflatum R.E.Fr. Ceratophyllum demersum var. oxyacanthum (Cham.) K.Schum.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Mayın 22-də Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi öldürülüb.
Proprioseius gibbus
Proprioseius gibbus (lat. Proprioseius gibbus) — phytoseiidae fəsiləsinin proprioseius cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseius gibbus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Giant Bomb
"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir. == Tarixi == 28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir. İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur. Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır.
Yuuko Gibu
Yuko Gibu (儀武 ゆう子, Gibu Yūko, d. 28 yanvar 1981) — Yaponiya səs aktrisası. Okinava prefekturasında anadan olmuşdur. == Filmoqrafiya == === Anime === 2005Chibi Vampire – Fukumi Naito Izumo: Takeki Tsurugi no Senki – Takeru (gənc) Koi Koi Seven – Akivo Suzuka2006Fairy Musketeers – Çie Kasimasi: Girl Meets Girl – Mari Megaman Star Force – Kizamaro Saişoin Pumpkin Scissors – Peter Yoshinaga-san'chi no Gargoyle – Kikuiçimonci2008Net Ghost PiPoPa – Bat, Takumi Kuze2009Beyblade: Metal Fusion – Koci Yamada Charger Girl Ju-den Chan – Rinko Sweet Blue Flowers – Akira Okudaira Tamagotchi! – Çamametçi Umi Monogatari: Anata ga Ite Kureta Koto – Suzuki2010B Gata H Kei – Miss Akai Giant Killing – Kota Tanuma Katanagatari – O Haira Legend of the Legendary Heroes – İluna Laşveyl Maid Sama! – Qon MM! – Yumi Mamiya Tamayura – Maon Sakurada The World God Only Knows – Mobuko İkarino2011C – Control – The Money and Soul of Possibility – Bell Hyouge Mono – Ryuko Akizuki Ojarumaru – Hitomi Sekai-ichi Hatsukoi 2 – İsakanın anası Suite Precure – Vaon Nişiyima Wandering Son – Tamaki Sato2012Accel World – Mana İtosu Code:Breaker – Momici Love, Election and Chocolate – Nozomi Edaqava Medaka Box Abnormal – Şoko Kamimine Robotics;Notes – Hayakava So, I Can't Play H! – Satomi Kaqa2013Bakuman. 3 – Ririka Kitami Encouragement of Climb – Hikari Onozuka Tamayura: More Aggressive – Maon Sakurada2014Encouragement of Climb: Second Season – Hikari Onozuka Girl Friend Beta – Chizuru Onodera Majin Bone – Momotaro, Miss Keiko Wizard Barristers – Keyci2015Go! Princess PreCure – Moe Haruno, Yuki Aihara (gənc) Yurikuma Arashi – Kumakaron2016Ao no Kanata no Four Rhythm - Minori Hosaka === OVA-lar === Iriya no Sora, UFO no Natsu (2005) – Eri Sakisaka Tamayura (2010) – Maon Sakurada One Off (2012) – Maro Zetsumetsu Kigu Shōjo Amazing Twins (2014) – Kasuka Moçizumi === Filmlər === Shin Kyūseishu Densetsu Hokuto no Ken: Yuria-den (2007) – Kenşio (gənc) Pattenrai!!
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.