Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azad çaydır.
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Alagöz
Yaşayış məntəqələri ErmənistandaAlagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal.İrandaAlagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) —DigərAlagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur.
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Aragöl
Arakel — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Kənddə bir məktəb var. == Coğrafiyası və iqlimi == Arakel kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 710 m hündürlükdə yerləşir. == Əhalisi == 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 176 nəfər, 2002-ci ildə 450 nəfər, 2006-cı ildə 201 ailədə 726 nəfər Borçali türkü.
Göygöl
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Qaragöl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qlazqo
Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır. VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi. Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır. == Tarix == === Etimologiya === Romalılar Britaniyanı fəth edən dövrdə, Qlazqo olan qəsəbə Kethyurs (ing. Cathures) adlanırdı.
GATÖL
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Qoqol
Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь; 20 mart (1 aprel) 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası — 21 fevral (4 mart) 1852, Moskva) — rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi, publisisti. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir. == Həyatı == Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 19-da Malorusiyanın Poltava quberniyasında, Soroçi qəsəbəsində anadan olmuşdur. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından olub xoş xasiyyət, eyş-işrət sevən bir şəxs imiş ki, vaxtının çoxunu kefdə keçirirmiş. Anası isə sadədil bir qadın imiş ki, hər sözə inanarmış, çox vaxt ibadətə məşğul olarmış və bəzi vaxtları da səbəbsiz kədərlənər, darıxarmış. Qoqolun təbiət və məzacında valideynin bu müxtəlif cəhət və əxlaqı müşahidə olunurdu. Belə ki, Qoqol gah şad və xürrəm olub, insanları şirin söhbətləri ilə valeh edərmiş, gah da adamlardan qaçıb, bir bucağa sonsuz qəmə mübtəlaolub xəyal aləminə dalarmış. Qoqol on üç yaşına kimi atasının mülkündə dinc və rahat yaşayıb, kənd əhlinin dolanacağı ilə tanış olmuşdur. Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ənənə və adətlərini, əxlaq və adablarını mütəmadi müşahidə edib, sonralar gördüklərini bütünlüklə məharətlə yazıb, özünün həqiqətyazan bir ədibi-kamil olduğunu aşkar etmişdir.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. == Terminin tarixi == 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. == Quqol ədəd kimi == Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdurQuqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Alagöz (Abaran)
Alagöz (Camışlı, Böyük Camışlı və Kiçik Camışlı) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı == Tarixi == === Camışlı === İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. === Böyük Camışlı === 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Sayınqala)
Alagöz (fars. الاگوز‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 75 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (54 ailə).
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Urmiya)
Alagöz — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin qəsəbəətrafı kəndistanında, Nəqədə qəsəbəsindən 9,5 km şimal-qərbdədir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Alagöz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Almagöl (İğdır)
Almagöl — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. Öncə Suveren kəndinə bağlı bir oba olan Almagöl, 1990-cı illərin sonlarında kənd statusu almışdır. == Coğrafiyası == İğdırdan 15 km uzaqlıqdadır.
Ağsu (Göygöl)
Ağsu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.