Alagöz (Camışlı, Böyük Camışlı və Kiçik Camışlı) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı[1]
kənd | |
Alagöz | |
---|---|
40°40′53″ şm. e. 44°17′25″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Alagöz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.000 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 469 nəfər (2011) |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.
Toponim camışlı türk tayfa adı[2] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.01.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.
İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adı[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.