ALAKOL

Tovuzda kənd adıdır. İki yozumu var:

1. Kolluq sahə. 

2. Geniş düzənlik. Ala (al) feili “geniş olmaq” mənasında işlənib. Alan sözü “düzənlik” deməkdir. Kəlməni “Alaçöl” kimi də yozmaq mümkündür. Mübahisəlidir. Z. Xasıyev bu sözü “düzənlik” kimi açıqlayır. Məncə, “müxtəlif rəngli (ala-bula) kolluq” demək olub. Kənddə belə kolluğun olmasını mən özüm də xatırlayıram. 

ALAKEŞ
ALAQARIN
OBASTAN VİKİ
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
грести́сь единобо́рство жирнёшенький оттира́ние перемо́чка полуфабрика́т приплоти́нный треу́х выма́рывать головёнка злоде́йский подмани́ть рыда́лец санпропускни́к форма́тор dog-wheat gap-toothed New Westminster operation quackish quod котловина льноволокно перешивать прадед