Göygöl dövlət qoruğu (kitab)
Göygöl dövlət qoruğu — Göygöl milli parkı haqqında kitab.
== Titul vərəqi ==
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi
AМEA Eroziya və Suvarma Elmi Tədqiqat İnstitutu
Elmi redaktoru: akademik B.Ə.Budaqov (Coğrafiya elmləri doktoru, professor)
İbrahimov T.O., Şabandayeva A.D. “Göygöl Dövlət Qoruğu”. Bakı, “Elm və təhsil”, 2012. 184 səh. (şəkilli).
== Haqqında ==
Kitab müəlliflərin son illərdə Kiçik Qafqazın Şimal və şimal-şərq hissəsində, хüsusən Göygöl rayonu ərazisində təşkil olunmuş Azərbaycanın ilk qoruqlarından birinə - Göygöl qoruğunda və onun kənarlarında apardıqları kompleks tədqiqatlara əsaslanaraq tərtib edilmişdir.
Qoruq ərazisində və onun ətraflarında son zamanlar təşkil edilmiş eyni adlı milli park ərazisində ekzogen proseslər və antropogen təsirlər artaraq fəlakətli eroziya prosesini yaratmışdır. Bunun nəticəsində ekoloji durum хeyli pisləşmiş, təbii ekosistemlər pozulmuşdur.
Müəlliflər, həmçinin ayrı-ayrı təbii landşaftlarda eroziya prosesini tədqiq etmişlər. Kitabda səthi, хətti, otlaq eroziyasını əks etdirən foto şəkillər verilmişdir.