Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göynük
Göynük (əvvəlki adı: Köynük) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kənd inzibati ərazi dairəsi tərkibindəki Köynük kəndi Göynük kəndi adlandırılmış, Göynük kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Nəhəcir kəndi mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndi Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Göynük kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Göynük kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
Aşağı Göynük
Aşağı Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Göynük Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. "Aşağıda olan Göynük kəndi" deməkdir. Kəndin tarixi 200 il bundan əvvəldən daha qədimdir. Məlumatlara gorə kəndin əsasını Baş Göynük kəndindən gələnlər qoymuşdur. Daha sonralar buraya başqa yerlərdən əhali gəlmiş və qaynayıb qarışmışdır. Kəndə ən son gələnlər isə 100 il bundan əvvəldən başlayaraq ləzgilər olmuşdur. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şose yolundan 2 km aralı, Alazan-Həftəran vadisindədir.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Göynük (Bolu)
Göynük (türk. Göynük) — Bolu ilinin ilçəsi.
Göynük qalası
Göynük qalası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda arxeoloji abidə. == Haqqında == Qala Culfa rayonunun Göynük kəndindən şərqdə, hündür təpənin üzərində arxeoloji abidə. Abidə S. H. Aşurov tərəfindən qeydə alınmışdır. Təpənin yuxarı hissəsi dördkünc formalı divarla əhatə olunmuşdur. Divarlar yanlarda iri qaya parçalarından hörülmüşdür. Qalanın içərisində dördkünc formalı binanın qalıqları vardır. AMEA Naxçıvan bölməsinin arxeoloji ekspedisiyasının apardığı araşdırmalar zamanı xeyli yerüstü material toplanmışdır. Başlıca olaraq gil qabların parçalarından ibarət olan yerüstü materiallar arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı keramika nümunələri də vardır. Aşkar olunmuş arxeoloji materiallara əsasən Göynük qalasını e.ə. 3–1 minilliklərə aid edilir.
Göynük rayonu
Göynük rayonu — 1930·1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin tərkibində inzibati ərazi. == Haqqında == Göynük rayonu Cəfərabad rayonu və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir. == Qeydlər == == Mənbə == İnzibati-ərazi vahidləri. Səh.: 4.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Göynük (dəqiqləşdirmə)
Göynük
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. == Bioqrafiya == Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Aşağı Göynük bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Göynük bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göynük üsyanı (1807)
== Haqqında == XIX yüzilliyin əvvəllərində xalq azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri Şəkinin Baş Göynük kəndində yazılmışdı. Baş Göynük Şəki xanlığının ən böyük mahallarından biri idi. 1824-cü il siyahıya alınmasına görə burada 3433 nəfər əhali yaşayırdı. Şimali Qafqaza gedən dağ cığırları bu kəndin ərazisindən keçirdi. Ona görə də başlanan üsyan işğalçıları vahiməyə salmış, onları dərhal ciddi tədbirlər görməyə məcbur etmişdi. Şəkidə yerləşdirilmiş Kabardin — muşketyor polkunun mayoru Qrekovun Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviçə göndərdiyi 48 №-li raportda bu üsyan haqqında maraqlı məlumat var. == Üsyanın səbəbləri == Xoylu Cəfərqulu xanın Şəkiyə hakim təyin edilməsi yerli əhalinin narazılığını daha da artırdı. Cəfərqulu xan Rusiyanın müstəmləkəçilik siyasətini can-başla həyata keçirir, bu məqsədlə xalqı çapıb talamaqla kifayətlənmir, eyni zamanda onu təhqir edir və alçaldırdı. Cəfərqulu xanın Şəkiyə xan təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı.1807-ci il yanvarın 5-də Şəki əhalisi bu təyinata etiraz əlaməti olaraq bir neçə Rusiya əsgərini öldürdü. Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviç general-mayor Nebolsinə əhalini tərksilah etməyi, ən cüzi narazılıqları ciddi cəzalandırmağı tapşırdı.