Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Görəvan xalçaları
Görəvan xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Goravan
Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan, Qafqazın 5 verstlik xəritəsində Goravan kimi qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə , urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.
Qənəvat
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Mərkəzi baxşında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,693 nəfər və 1,887 ailədən ibarət idi.
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. == Tarix == Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Goravan səhrası
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir. Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır. == İqlimi == Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir.
Karolina Qoçeva
Karolina Qaçeva (28 aprel 1980 - Bitola, Makedoniya Respublikası) — Makedoniyalı müğənni. 2002, 2007-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı olub. 1995-ci ildə ölkəsini Me Sakas adlı mahnı ilə təmsil edib və müsabiqədən ayrılıb. 2002-ci ildə Od Nas Zavisli mahnısı ilə Makedoniya Respublikasını təmsil edib və 19-cu yerə layiq görülüb. 2007-ci ildə tərcüməsi Mənim Dünyam mənasına gələn Mojot Svet mahnısı ilə müsabiqəyə qatılıb finala çıxa bilmişdir. Lakin finalda 73 balla 14-cü yerə layiq görülmüşdür.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. == Ümumi baxış == Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir.1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur. == Cildlər == Ümumilikdə 9272 səhifə, 67.077 məqalə, 1.059.000 sətir mətn nəşr olunmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Mihay Horvat
Mihay Horvat (mac. Mihaly Horvath) — Macarıstan siyasi və dini xadimi, tarixçi, Macarıstanda 1848-1849-cu illər inqilabının fəal iştirakçısı. Təhsil və Din Naziri (1849). == Bioqrafiya == Seqeddəki gimnaziyanı bitirmiş, sonra dini təhsil almışdır. 1844-47-ci illərdə Terezianumda macar dilindən dərs demişdir. 1848-ci ildən yepiskop olur. 1849-cu ilin yanvarında Vesprem qraflığından Debrecen şəhərindəki Macarıstan Dövlət Məclisinin deputatı seçilir. 1849-cu ilin may ayından Bertalan Semere inqilabi hökumətinin üzvü idi və burada Ruhani İşlər və Təhsil Naziri vəzifəsində çalışır. Macarıstan inqilabının məğlubiyyətindən sonra ölkədən mühacirət edir. İsveçrə, Fransa, Belçika və başqa ölkələrdə yaşayır.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. == Qısa məlumat == === Ümumi görünüş === Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsada sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur. Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıq və cökədən hazırlanırlar. Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir.