Goravan

Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2][3]

kənd
Goravan
39°54′00″ şm. e. 44°44′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Mərkəzin hündürlüyü 925 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.340 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Goravan xəritədə
Goravan
Goravan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan[4], Qafqazın 5 verstlik xəritəsində Goravan kimi[5] qeyd edilmişdir.

Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə [6], urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün[7][8] fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi[9] qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir[10]. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilib Goravan adlandırılmışdır. Türk dillərində kora (Azərbaycan dilindəki qura) "qışlaqda gecələr mal-qaranı salmaq üçün tikinti" və avan "kənd" sözlərindən ibarətdir. Kora və kura eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Gorovan toponimi "mal-qara saxlanılan yer" mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.[11]

Kənddə 1831-ci ildə 9 tatar ailəsi, 35 kişi, 24 qadın, cəmi 59 nəfər[12], 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cü ildə 634 nəfər, 1914-cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdır[13]. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, Türkiyənin Muş, Şadax, Van bölgələrindən (1918-ci ildən sonra) köçürülən ermənilər Goravanda yerləşdirilmişdir. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni[13], 1939-cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana (Dağlıq Qarabağa, sonra isə Xanlara[14]) köçürülmüşdür. İndi kənddə yalnız ermənilər məskunlaşıb.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.61
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.551
  7. 332, s.68
  8. 258, s.75
  9. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.61
  10. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.920
  11. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝораван // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  12. "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-22.
  13. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155
  14. 99, s.396–397