Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Qorelı adası
Qorelı adası (ing. Gareloi Island, aleut. Анаҥусиҳ) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Ada 67,2 km² sahəyə malikdir. Delarov adaları qrupunun ən böyük adasıdır. Onun uzunluğu 9,7 km, eni 8 km rəşkil edir. Maksimal hündürlüyü 1573 metrdir. Ada vulkanik mənşəllidir və eyni adlı vulkanın bir hissəsini təşkil edir. Diametri 1120 metrdir.
Gödəkli
Gödəkli (Xaçmaz) —
Göyəlli
Göyəlli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adının əsli Gavahlıdır. Yaşayış məntəqəsi vaxtilə Qazax rayonunun Qazaxbəyli kəndindən gəlmiş Allahyar, Alı və Tanrıverdi adlı üç qardaşın ailələri tərəfindən salınmışdır. Kənddəki nəsillərdən biri indi də allahyarlı adlanır. Kənd gavalı ağaclarının çox olduğu ərazidə salındığı üçün belə adlandırılmışdır. XX əsrdə Zəngilan rayonu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Kənd orta dağlıq qurşaqda yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1444 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gözəlli
Gözəlli (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Gözəlli (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Qorelsk
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. Aşıq Şahsuvar — aşıq Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qorodki
Qorodki (rus. Городки; isv. Poppi) — qədim Rusiya xalq idman növü. Qorodki Kareliya, Finlandiya, İsveç, İnqriya, Litva və Estoniyada yayılmışdır. Oyun bir az boulinq, bir az da at nalı oyununa oxşayır. Oyunda əsas məqsəd müxtəlif dizaynlarla qoyulmuş keqlları dəyənəklə yıxmaqdır. Keqllar qorodki (azərb. "şəhərcik"‎), keqlların yerləşdirildiyi zona isə qorod (azərb. "şəhər"‎) adlanır. Skandinaviya və Baltik dillərində oyuna kurnimäng, kriuhka, köllöi, keili və miestučiai kimi adlar verilir.
Qərəkli
Qərəkli (Urmiya) —
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir.
Şorəlli
Şorəlli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qoçəli
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Aşağı Gödəkli
Aşağı Gödəkli və ya Barquşat (erm. Բարգուշատ) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilmişdir. Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Cryptobia borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Gödəkli (Məlikan)
Gödəkli (fars. گدكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (285 ailə).
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gödəkli (Sayınqala)
Gödəkli (fars. گدكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (48 ailə).
Gödəkli (Xaçmaz)
Gödəkli (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aleksandrovka kəndi Ködəkli kəndi adlandırılmışdır.
Gödəkli (Üçkilsə)
Gödəkli — Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918-ci ildə dağdılmışdır.
Gödəkli bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gözəlli (Pərsabad)
Gözəlli (fars. گوزلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (50 ailə).