Şorəli

Şorəliİrəvan xanlığının Göycə mahalında kənd adı.

Şorəli

Toponimiyası[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının [1] adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Константин Багрянородный. Оп управлении империей. М., 1989.
  2. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti