Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yanuş Korçak
Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di. Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.
Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. Valmontone, İtaliya Lida şəhəri, Belarus Respublikası AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 575 nəfər təşkil edir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Qorşaq
Vornak
Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
Şorçay
Şorçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Şahbuzçayın sağ qoludur. Uzunluğu 7 km-dir. 2700 m hündürlükdən başlanır.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qoçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Bığır (Göyçay)
Bığır kəndi — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir. Bığır İnzibati Ərazi Vahidinin mərkəzidir. Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş. 1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi. Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır.
Cəyirli (Göyçay)
Cəyirli — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Cəyirli yaşayış məntəqəsinin Şamaxı rayonun Cəyirli kəndindən ayrılıb gəlmiş ailələr burada saldığı üçün kənd belə adlandırılmışdır. Cəyirli – qəadim türk mənşəli tayfadır. Oykonim “cəyirli” türkdilli tayfasının adını özündə əks etdirir. Rayon mərkəzindən cənubda, Göyçay çayı sahilində, Göyçay – Ucar avtomobil yolu üzərində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1258 (2009) nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır.
Forbak (rayon)
Forbak (fr. Forbach) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Forbak. Rayon əhalisi 2006-cı ildə 171 779 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 306 nəf / km². Rayon sahəsi — 561 km².
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Paris) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Garcan (Ərdəbil)
Garcan (fars. گرجان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 936 nəfər yaşayır (233 ailə).
Gerçək rejim
Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var). Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi. Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi. Gerçək zamanlı proqramlaşdırma (en.
Gövcar (Urmiya)
Qılınclı (fars. گوجار‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 910 nəfər yaşayır (156 ailə).
Göyçay (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Göyçay — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati mərkəzi. Göyçay rayonu — Azərbaycan Respublikasında rayon. Göyçay qəzası — Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi. Göyçay — İrəvan əyalətinin Göyçə mahalında, indiki Kəvər (Kamo) rayonu ərazisində kənd. Digər Göyçay (çay) — Kürün sol qolu. Göyçay — Kəlbəcər rayonu ərazisində dağ. Göyçay savaşı — Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak - bolşevik qüvvələrindən təmizləmə əməliyyatı sırasında keçirdiyi savaşlardan biri.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Göyçay (şəhər)
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. Valmontone, İtaliya Lida şəhəri, Belarus Respublikası AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
Göyçay SES
"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası. "Göyçay" Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur. Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir. "Göyçay" SES kiçik su elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır. Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.