"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası.[1]
Göyçay SES | |
---|---|
"Göyçay" Su Elektrik Stansiyası | |
Ümumi məlumatlar | |
Çay | Göyçay |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 2010 |
İstismara verilib | 2015 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 20 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon | |
Yer | Cənubi Qafqaz |
"Göyçay" Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına[2] əsasən inşa olunmuşdur.[1] SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.[1]
Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir.[1]
"Göyçay" SES kiçik su elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.[1]
Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir.[1] Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.[1]
Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.[1]
Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır.[1] Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.[1]