Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krasnaya Qorka (Arxangel)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 9 km, kənd sovetliyindən (Qızıl Ezem):12 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 11 km.
Krasnaya Qorka (Bakalı)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 24 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (80 %) üstünlük təşkil edir.
Gorxana
Gorxana (fars. گورخانه‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 198 nəfər yaşayır (61 ailə).
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 575 nəfər təşkil edir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Qorşaq
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Lukas Yorkas
Lukas Yorkas (yun. Λούκας Γιώρκας, 18 oktyabr 1986) — Yunan müğənni. == Həyatı == 18 oktyabr 1986-cı ildə anadan olub.
Ponticola gorlap
İribaş xul (lat. Ponticola gorlap) — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır. Xəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır.
Qolkar Partiyası
Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası (ind. Partai Golongan Karya) İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi. Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.
Qornya Maoça
Qornya Maoça (serb-xorv. Gornja Maoča, serb-kiril. Горња Маоча), əvvəllər Karavlasi (serb-kiril. Каравласи) — Bosniya və Herseqovinanın Tuzla kantonunun Srebrenik bələdiyyəsində kənd. Mayevisa dağ silsiləsində yerləşən kəndin adı Azərbaycan dilinə "Yuxarı Maoça" olaraq tərcümə olunur. Qornya Maoça Bosniya və Herseqovinanın şimal-şərqində, Mayevisa dağ silsiləsinin üzərində yerləşir. Kənd əvvəllər Karavlasi olaraq bilinirdi. Bosniya müharibəsi zamanı kəndin serb əhalisi etnik təmizləməyə məruz qalmışdı. Müharibədən sonra, kəndə yerli və əcnəbi vəhhabilər yerləşmişdir. Onların çoxu Bosniya Mücahidininin üzvü idi.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Qorqan (Füzuli)
Qorqan — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan fars sözüdür və canavarlar mənasını daşıyır. Hacılı icmasına qatılan şenliklərdən biri də Qorqan obasıdır. Bəylərbəyilik dönəmində Qorqan qışlaq olub. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qorqan qışlağı ilə bağlı bilgi var. Xanlıq dönəmində qışlaq Hacılı icmasının qoyun yatağı idi. 1870-ci ildə praporşik Almurad bəy Məmmədhüseyn oğlu qohum-əqrəbası ilə bu yurda köçdü. XIX əsrin sonlarında Qorqan qışlağının yiyəsi praporşik Cümşüd bəy Almurad bəy oğlu idi. Qoqan kəndi sovet dövründə həm ayrıca kolxoz, həm də sovxoz kimi fəaliyyət göstərib. Yuxarı Seyidəhmətli, Qorqan və Aşağı Aybasanlıdan ibarət "Mübariz" kolxozu yaradılmışdı.
Qorqan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Qorqan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.
Qorğan (dəqiqləşdirmə)
Bilici Qorğan — Şabran rayonunda kənd. Qorğan — Şabran rayonunda kənd.
Şəhri-Gürkan
XIV əsrin əvvəllərində Xəzər dənizinin suları altında qalmış yaşayış məntəqələrindən biri də Şəhri-Gürkandır. Bu yaşayış yeri Abşeron yarımadasının Gürkan burnunda, hazırda Zirə qəsəbəsindən 5 km şərqdə yerləşir. 1958-ci ildə Şəhri-Gürkan yaşayış yerinin sahilboyu ərazisi, 1987-ci ildə isə həm sahilboyu ərazi, həm də sualtı ərazisi kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Sahilboyu ərazidə araba təkərlərinin izlərinin qalığı, yol qeydə alınmış, XI–XIII əsrlərə aid xeyli şirli və şirsiz saxsı qab qırıqları, aşkarlanmışdır. Əhəngdaşından hazırlanmış üzüməzən qurğu, ip keçirmək üçün dəliyi olan daş əşya və qurğunun fraqmenti toplanmışdır. Sualtı sahədən boyalı qab qırıqları, bir neçə güvəc fraqmentləri, az miqdarda şirli qab nümunələri tapılıb götürülmüşdür. 250 metr şimalda kirjim tipli batmış gəmi aşkarlanmışdır. Azərbaycan arxeologiyası. VI cild. Bakı, 2008.
Ceyms Qorman
Ceyms Patrik Qorman (14 iyul 1958, Melburn) Morgan Stanley-in sədri və CEO-su olan Avstraliya əsilli amerikalı maliyyəçi. O, əvvəllər şirkətdə həmsədr və Strateji Planlaşdırma üzrə həmsədr vəzifələrində çalışıb. == Fəaliyyəti == Qorman Xarici Əlaqələr Şurasının direktoru və Kolumbiya Biznes Məktəbinin Nəzarətçilər Şurasının sədri kimi fəaliyyət göstərir və Maliyyə Xidmətləri Forumunun, Biznes Şurasının və Biznes Dəyirmi Masasının üzvüdür. O, əvvəllər Nyu-York Federal Ehtiyat Bankının direktoru, ABŞ Federal Ehtiyatlar İdarəsinin Federal Məşvərət Şurasının prezidenti vəzifələrində çalışıb. Nyu-York Şəhər Tərəfdaşlığının həmsədri, Metropolitan İncəsənət Muzeyinin Biznes Komitəsinin həmsədri və Vaşinqtonda Qiymətli Kağızlar Sənayesi və Maliyyə Bazarları Assosiasiyasının idarə heyətinin üzvü və sədri (2006) kimi fəaliyyət göstərmişdir.
Sabiha Görkey
Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Sivas seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Xədicə Sabiha Görkey 1888-ci ildə İstanbulun Üsküdar ilçəsində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Darülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir. Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904–1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır.
Orka
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.