Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Öykü Gürman
Öykü Gürman (4 avqust 1982, İstanbul) — Türk pop və flamenko müğənnisi, aktrisa. 2007-ci ildə əkiz qardaşı Berk ilə birlikdə Öykü və Berk qrupunu qurdu. Qrup 2010-cu ildə Öykü Gürman 2015-ci il avqustun 4-də Yavuz Bingöllə ailə qurub, 2016-cı il aprelin 15-də boşanıb. dağıldı. O, Aralıq dənizi və Ərəb musiqisini qarışdıraraq musiqi yaradan sənətkardır. Onlar əkiz qardaşı Berk ilə YouTube-də "Evler Önü Boyalı Direk" adlı mahnını oxuyub paylaşaraq tanınıblar. Bu video 2008-ci ilin may ayına kimi 10 milyon 800 min dəfə, albom etdikdən sonra çəkdirdikləri kliplər isə 6 milyon 850 min dəfə izlənilib, lakin onların videoları 2008-ci ilin avqustunda silinib. İlk albomları olan "Kısmet"-də cəmi 10 mahnı var. Onlar Berk imzası olan mahnılarla yanaşı, xalq mahnılarını da flamenko ilə qarışdıraraq alboma daxil ediblər. Debüt etdikdən sonra TRT1 ekranlarında "Boyalı Direk" adlı musiqili və söhbət proqramına ev sahibliyi ediblər.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Əbdürrəhman Nafiz Gürman
Əbdürrəhman Nafiz Gürman (türk. Abdurrahman Nafiz Gürman; 1882, Bodrum, Muğla ili – 6 fevral 1966, İstanbul) — Türk əsgər və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 5-ci Qərargahının rəisi idi. 1903-cü ildə Hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Eyni ildə daxil olduğu Hərbi Akademiyanı 1906-cı ildə bitirərək Qərargah komandiri oldu. Müxtəlif bölüylərdə Birlik komandiri, Tabur komandiri və Qərargah komandiri kimi vəzifələri yerinə yetirdi. Afrika Qruplarının Qərargah komandiri olduğu vaxtlarda 8 mart 1919-cu il — 8 oktyabr 1919-cu illər arasında fransız və italyanlar tərəfindən əsir alındı. Əsirlikdən azad olduqdan sonra Əskişəhər Cəbhə Komandirliyi və 1-ci korpusun qərargah rəisi vəzifələrinin ardından 8 fevral 1921-ci ildə Anadoluya döndü. Müxtəlif qərargahlarda və bölüklərdə xidmət etmişdir. 1926-cı ildə general-mayor rütbəsinə yüksəldi.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
German Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
German Berterame
German Berterame (13 noyabr 1998-ci ildə Villa Mariyada anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan San-Lorenzo klubunda hücumçu kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === San-Lorenzo === Berterame San-Lorenzo akademiyası vasitəsilə inkişaf etmişdir. Berterame öz peşəkar karyerasında debütünü 29 aprel 2017-ci ildə Gimnaziya La Plata klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Qonzalo Berqessionu əvəz etmişdir. Həmin görüşdə San-Lorenzo liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
German Gesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Helkvist
German Avqustoviç Helkvist (23 sentyabr (5 oktyabr) 1894, Balaxanı, Bakı qəzası – 21 oktyabr 1968, Moskva) — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlər akademiyasının Sibir şöbəsinin müxbir üzvü. == Bioqrafiya == Helviks 1894-cü il 5 oktyabrda Balaxanıda anadan olub. 1919-cu ildə Tomskda Geolkomda kollektor kimi işləməyə başladı. 1923-cü ildə Tomsk Politexnik Universitetinin dağ bölməsini bitirib. Azərbaycanda neft çıxarmayla bağlı müəssisələrdə işləyirdi: geoloq, geoloji-kəşfiyyat bürosu direktorunun köməkçisi (Bakı, 1924—1932), Prikurinski (Azneft) rayonunun baş geoloqu (1932—1936), "Mayneft" trestinin baş geoloqu (Nefteqorsk, 1936 — 1939). 1927 — 1930-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deyib. 1930—1931-ci illərdə ABŞ-da ezamiyyətdə olub. 1939-cu ildən mərkəzi orqanlarda baş geoloq işləyirdi (1939—1941), geoloji bölmənin müdiri, xalq komissarının böyük referenti, baş geoloq (1941 — 1949), SSRİ neft sənayesi nazirliyində nazirin baş məsləhətçisi (1949—1950). 1950-ci ildən 1957-ci ilədək Ümumittifaq neft-qaz elmi-tədqiqat institutunda, neft və qaz yataqlarının kəşfiyyatı laboratoriyasının müdiri işləmişdir.
German Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Krupkin
German Krupkin — XX əsrin ən yaxşı violonçel ifaçılarından biri, Azərbaycan Simfonik Orkestrinin əsasını qoyanlardan biri. == Həyatı == Mərhum violonçelist evli idi və iki oğul övladı var idi. Yaxınları onu Qrişa çağırırdı. Həyat yoldaşı Yevgeniya Krupkina mahir piano ifaçısı idi və opera teatrında çalışırdı. == Fəaliyyəti == XX əsrin ən yaxşı violonçel ifaçılarından olan German Krupkin Leopold Rostropoviçin tələbəsi olmuşdur. Musiqiçi Niyazi ilə birlikdə filarmoniyada Azərbaycan Simfonik Orkestrinin əsasını qoymuşlar. Azərbaycan kinosunda musiqi tərtibatçısı kimi 40-a yaxın filmdə çalışmışdır. Həmçinin, Azərbaycan televiziyasında bir neçə televiziya tamaşasına musiqi tərtibatı vermişdir.
German Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
German Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.
German Mqaloblişvili
German Andreyeviç Mqaloblişvili (gürc. გერმანე ანდრიას ძე მგალობლიშვილი; 1884, Quriya – 1937) — sovet və gürcü siyasətçisi, 1931–1937-ci illər ərzində Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri olmuşdur. 1921-ci ildən RK(b)P-nin üzvü olmuşdur, 1920-ci illərin ikinci yarısında Gürcüstan SSR maliyyə xalq komissarı idi. 1930-cu il noyabrın 20-dən 1931-ci il oktyabrın 13-dək Gürcüstan Kommunist Partiyasının (bolşeviklərin) MK siyasi bürosunun üzvlüyünə namizəd idi. 1931-ci ilin sentyabrın 22-dən 1937-ci ilin iyulunadək Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri vəzifəsində çalışmışdır. Daha sonra həbs edilərək 1937-ci ildə ya vəfat etmişdir yada qətlə yetirilmişdir.
German Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
German dilləri
German dilləri – Hind-Avropa dil ailəsinin bir qolu.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.