QURBAN

\[ər.\] сущ. 1. къурбан(д); // Qurban bayramı Къурбанд сувар; qurban etmək (eləmək) къурбанд авун а) ччан гун, ччандилай гъил къачун (са затӀунин рекье); б) масадан хийир патал са затӀунилай (ччандилай, малдилай) гъил къачун, гъил чӀугун; qurban getmək къурбанд фин, къурбанд хьун, ччан эцигун, кьин; qurban kəsmək къурбанд тукӀун; qurban olmaq кил. qurban getmək; 2. са къазадикди кьенвай (ва я зарар чӀугунвай) кас; zəlzələ qurbanları зурзалагдин къурбанар; ** qurban(ın) olum “ччан”, “кьий”, “сивиз кьий” манада; xala qurban ччан халадин, хала кьий ваз; qurban olsun..., qurban olasan къурбанд хьуй...
QURBAĞAOTU
QURBAN-SADAĞA
OBASTAN VİKİ
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Qurban Abbasov
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban Bayramov
Qurban Bayramov (filosof) (1935—1996) — fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov (tənqidçi) (d.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimdə Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980). == İstinadlar == == Mənbə == Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu — texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. == Həyatı == Cəlilov Qurban Nizaməddin oğlu Azərbaycan Respublikasının Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə riyaziyyatçı ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1950-1953-cü illərdə Azərbaycan EA Fizika və riyaziyyat institutunun aspirantı olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Neft Ekspedisiyasında kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1954-cü ildə "Neftdaşıma kontorunun yerdəyişməsi və quyunun sulaşması ilə əlaqəli bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1958-1960-cı illərdə AzETNÇİ-da böyük elmi işçi işləyib. 1960-1961-ci illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri, 1974-1988-ci illərdə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə "Neftdaşıma (neftlilik) kontorunun yerdəyişməsi, quyuların sulaşması məsələləri və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qurban Hacıyev
Qurban Əsəbəli oğlu Hacıyev (19 aprel 1997; Mahamalar, Balakən rayonu — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Qurban Hacıyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Qurban Səlimov
Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır. == Həyatı == Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). == Həyatı == Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Qurban Yaquboğlu
Qurban Yaquboğlu (Bədəlov Qurban Yaqub oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist. == Həyatı == 1968-ci ilin mart ayının 14-də Şamaxı rayonunun Çöl Göylər kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən Xəzər jurnalında silsilə şerləri "jurnal içində kitab" formatında nəçr edilmişdir. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antalogiyasına şerləri (İkinci kitab) daxil edilib. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü almışdır. 2018-ci ilin martında Qurban Yaquboğlu "Mən yoxam" adlı ilk kitabını nəşr etdirmişdir. == Mükafatları == 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi == Həyatı == Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. 1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur. Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.
Qurban Yusifzadə
Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı. == Həyatı == Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur. 1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur.
Qurban İbrahimov
Qurban Namiq oğlu İbrahimov (4 iyun 1998, Kəngərli, Naxçıvan MR, Azərbaycan - 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurban İsmayılov
Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S.Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. 9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Qurban Əhmədov
Əhmədov Qurban Müzamiddin oğlu (20 iyun 1960, Katex, Balakən rayonu) — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, aparıcı elmi işçi, dosent. == Həyatı == Qurban Əhmədov 20 iyun 1960-cı il Azərbacan Respublikası Balakən rayonu Katex kəndində anadan olmuşdur. 1977-ci ildə Katex orta məktəbini qızıl medalla, 1982-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1985-ci ildən AMEA Fizika İnstitutunda fəaliyyətə başlamışdır. 1985-1989-cu illərdə Fizika İnstitutunun aspiranturasında təhsil almışdır. 1992-ci ildə namizədlik dissertasiyasını müdafıə etmişdir. 2013-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. İşlədiyi müddətdə o, laboratoriyada Bi2Te3 – Bi2Se3 nazik təbəqələrinin alınması və onların tədqiqi ilə məşğuldur. Əhmədovun aldığı nazik təbəqələr termofotovoltaik çeviricilər, infraqırmızı sensorlar timsalında praktik əhəmiyyət kəsb edir. Fizika İnstitutunda çalışdığı müddət ərzində 92 məqalə nəşr etdirmiş, 5 patent - ixtira alınmışdır.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Qurban Əliyev
Qurban Həsən oğlu Əliyev (22 iyun 1921, Çita – 30 mart 2008, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), 26 Bakı Komissarları Rayon Partiya Komitəsinin birinci katibi (1961–1971), Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor. == Həyatı == Qurban Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948–1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961–1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971–1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır. O, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur. Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
Abdulla Qurbani
Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı. == Həyatı == Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır. 1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir. 1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır. 1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Afad Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Akif Qurbanov (Əsgər)
Akif Qurbanov — (2 iyul 1968-ci ildə doğulub) — Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Hərbi xidmətini Rusiyada keçirmişdir. Akif Qurbanov 1990-cı illərin əvvəllərində ermənilərin azğınlığına dözə bilməyərək könüllü olaraq cəbhəyə getmişdir. Akif Qurbanov 1994-cü il may ayının 11-də itkin düşmüşdür. == Həyatı == Akif Qurbanov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Çox qabiliyyətli və savadlı bir gənc idi. Gəncə şəhər elektrik-Sənaye Texnikumunda oxumuşdur. Hərbi xidmətini Rusiyada keçirmişdir.
Alapayevsk qurbanları
Alapayevsk qurbanları (Alapayevsk şа́xtasının qurbanları) — Sovet höküməti nümayəndələri tərəfindən 18 iyul 1918-ci il gecəsi öldürülən Romanovlar sülaləsi üzvləri və onlara yaxın olan insanlar. Qətil hadisəsi çar ailəsinin edamının ertəsi günü, "Nijnyaya Selimskaya" mədəni yaxınlığında yerləşən Alapayevsk şəhərindən 18 km uzaqlıqda baş vermişdir, qurbanların cəsədləri mədən quyuların birinə atılmışdır. 8 iyun 2009-cu il tarixində Rusiya Baş Prokurorluğu Alapayevsk yaxınlığında öldürülənlərin hamısına bəraət qazandırdı. Xaricdəki Rus Pravoslav Kilsəsi Alapayevsk yaxınlığında öldürülənlərin hamısını (F. Remez istisna olmaqla) övliyalar sırasına keçirdi. Rus Pravoslav Kilsəsi onlardan yalnız ikisini böyük knyaginya Yelizaveta Fyodorovnanı və rahibə Varvaranı müqəddəsləşdirdi. Alapaevsk yaxınlığında öldürülənlərin siyahısına aşağıdakı şəxslər daxildir: böyük knyaginya Yelizaveta Fyodorovna; böyük knyaz Sergey Mixayloviç; imperator qanı knyazı İoann Romanov; imperator qanı knyazı Konstantin Konstantinoviç (kiçik); imperator qanı knyazı İqor Konstantinoviç; knyaz Vladimir Pavloviç Paley (böyük knyaz Pavel Aleksandroviçin Olqa Pistolkors ilə morqanatik nikahdan doğulmuş oğlu); Fyodor Semyonoviç (Mixayloviç) Remez, böyük knyaz Sergey Mixayloviçin müavini; Marfa və Məryəm monastırının bacıları Varvara (Yakovleva), zaviyənişin Yelizaveta Fyodorovna. Bu yer yaxınlığında 1995-ci ildə Rus Kilsəsinin yeni şəhidləri və övliya adına monastır quruldu.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Anna Qurbanova
Anna Qurbanova (24 sentyabr 1986, Moskva) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Qurbanova Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. 2003-cü ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən əslində Dinarə Gimatova olimpiya lisenziyasına sahib olsa da, avqustda Patras şəhərində (Yunanıstan) təlim-məşq toplanışları zamanı Dinarə Gimatovanın ayağı burxuldu və yığmanın məşqçiləri onu 17 yaşlı Anna Qurbanova ilə əvəzlədi. Anna Qurbanova Afina Olimpiadasında avqustun 26-da mübarizə apardı. Anna Qurbanova təsnifat mərhələsinin birinci günündə halqa ilə proqramda 22.775 bal, top ilə proqramda isə 23.525 bal topladı. Təsnifat mərhələsinin birinci günündən sonra Anna Qurbanova 46.300 balla 14-cü pillədə qərarlaşdı. Təsnifat mərhələsinin növbəti günündə Anna Qurbanova gürzlərlə proqramda 22.800 bal, iplə proqramda isə 23.200 bal topladı. Ümumi nəticədə Anna Qurbanova turniri 92.300 balla 24 gimnast sırasında 14-cü pillədə başa vurdu. Karyerası ərzində Anna Qurbanova birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu.
Aqil Qurbanov
Aqil Qurbanov (15 avqust 1986, Bakı) — Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini. == Həyatı == Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. Ailəlidir. İki övladı var. == Karyerası == 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. 27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini — Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ayxan Qurbanzadə
Ayxan Fariz oğlu Qurbanzadə (25 iyul 1998; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Qurbanzadə 25 iyul 1998-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Fariz Qurbanovun və Yunsirə Qurbanovanın ailəsində anadan olmuşdur. Atası Fariz Qurbanov — Birinci Qarabağ müharibəsi qazisi və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Ayxan 2004–2015-ci illərdə orta təhsilini almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Ailəli idi. == Hərbi xidməti == Ayxan Qurbanzadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ayxan Qurbanzadə səfərbər olmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Azər Qurbanov
Azər Qurbanov (1955, Balakən – dekabr 2023, ABŞ) — Azərbaycan aktyoru. == Həyatı == Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Əslən Gəncə şəhərindən idi. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb. Daha sonra Konservatoriyanın Vokal fakültəsini bitirib. O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ona ən böyük uğuru "Sehrli xalat" filmindəki Pioner Rəşid obrazı gətirib. Azər Qurbanov "Odessa" kinostudiyasının istehsalı olan "Göy quş", "Hakim", "Əcnəbi Qadın", "Külək" filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Azərbaycanda Qurban bayramı (film, 2011)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936)
1920–1936-cı illərdə Azərbaycanda repressiya qurbanlarının siyahısı — 1920–1936-cı illərdə Azərbaycanda repressiya qurbanı olmuş insanların siyahısı. == 1920 == Güllələnənlər arasında Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu da var idi. Yaqub bəy Axmetyev — podpolkovnik Rüstəm Şıxlinski — 1920 iyun 11 Polkovnik Murad xan Naxçıvanski — ştab-rotmistri Teymur xan Xoyski — artilleriya podpolkovniki Bahadır bəy Vəkilov 1920 3 iyul Danyal bəy Həlləcov — Polkovnik Rüstəm bəy Mirzəyev — Polkovnik Firudin mirzə Qovanlı-Qacar — Kapitan Yaqub bəy Əhmədzadə — Kapitan Hüseyn bəy Mirizadə — Kapitan Xuduş Xudaverdiyev — Kapitan İlyas bəy Talışxanlı — podporuçik mayor Hüseyn bəy Şıxlinski 27 iyun 1920 Ələkbər bəy Qalabəyov — prsitav İsmayıl Babayev — praporşik İsfəndiyar bəy Muradov — prsitav 6 iyun 1920 Məcid bəy Vəkilov — doktor 6 iyun 1920 Firidun bəy Köçərli — ədəbiyyatşünas 6 iyun 1920 Nadir bəy Dağkəsəmənski — müəllim 6 iyun 1920 Abuzər bəy Rzayev — mühəndis Mirzə Abbas Abbaszadə — müəllim İsmayıl xan Ziyadxanov — hüquqşünas İslam bəy Qəbulzadə — müəllim Murtuza Muxtarov milyonçu Musa Muxtarov milyonçu Teymur bəy Məlik-Aslanov — mühəndis Nəsib bəy Yusifbəyli Fətəli xan Xoyski Həsən bəy Ağayev Məmmədbağır Şeyxzamanlı may 1920 Qoçu Nəcəfqulu 29 may 1920 Qaçaq Qəmbər Tatoğlu Həsən Hacı bəy Seyidbəyov 29 avqust 1920 İsgəndər bəy Seyfulin Abdulla bəy Ağayev Məmməd bəy Yadigarov Şirin bəy Kəsəmənli Paşa bəy Vəkilov Teymur bəy Zeynalov Yaqub bəy Axmetyev Vəsilə xanım Musabəyova Piri Mürsəlzadə Murtuza Axundzadə Aslan bəy Qardaşov Teymur bəy Cavanşirov Piri Mürsəlzadə Ələkbər xan Şahsuvarov İbrahim bəy Fəttahov Cəfər bəy Axundzadə Cabbar Həşimov 1920 may 1 (Gəncə) === Sürgün olunanlar === Qara bəy Qarabəyov Nəsurulla bəy Aşurbəyli Hüseyn xan Naxçıvanski 1919 yanvar Teymur xan Xoyski Fərhad bəy Ağalarov Məhəmmədəli Pişnamazzadə — Qafqazın VII şeyxülislamı == 1921 == Yanvar ayının 1-dən 1922-ci il yanvar ayının 1-dək güllələnənlər: Kərbəlayi İsmayıl Roman İvanoviç Şerbekov Bəxşi Şirin oğlu Paşayev Mixail Qabarayev Trifel Aron Qriqoryeviç Fyodor Samoylov Qasım Musailov Samidiyani Aleksandr Alavladze İlya Karsiladze Sergey Nedoraşbili Zasima Lantadze Kolistra Qəzənfər Zeynal Əbdül Hüseyn Fətulla oğlu Ağa Cəfər Salmanov Həsən Xan Şah Əli Orucbala Kərbəlayi oğlu Hüseynov Hüseyn Kadat Bala Ağa Bala oğlu Xaçpanov Xristofor Həsənbəyov Əbülfəz İsfəndiyar Məmmədzadə Kaşkarov Cabbar Seyid Əli Seyid Əbdül oğlu Mir Kazımov İsrafil Verdiyev Abbas bəy Usubbəyov İsayev Eyyub Əfəndiyev Xosrofak Xan Əli Tapdıq oğlu Əhliman Mirzəyev Miri Cabbarov Bexqayi Əliyev Əli Baxşı Nəcəf Əli Rza Sadıq Səməd Vəli oğlu Məşədi Əsgər Əlimərdan oğlu (Əsgər Əliyev) Cəlil Məşədi Həsən oğlu Hüseyn Fəttahov Yunus Məmməd Rza Musayev Yusuf Hacıyev Hacı Ağa Kitab Əli Gülhüseyn oğlu Xudaverdiyev İldırım Məmməd Xəlil Şakirzadə Xrıçkova Mariya Tağıyev Məmmədtağı Mehdi oğlu İlyaszadə Həsən Perumova Zoya Pavlovna Qasım oğlu Əsədulla Varonin Mixail Alekseyevic Məhərrəm Səttar oğlu Lobacev Vladimir Korneyeviç Karpov Qriqori Liqura Yevgeni Nikolayevic Temnikov Sergey Vasilyevic Orlovski Yuri Pavlovic Kosenkov İvan Kondratyeviç İsmayılov Tağı İsmayıl Cavadov Bəylər Cəfərov Mirzə Ağa Hacı Bəhmən oğlu İsgəndər oğlu Rüstəm İsgəndər oğlu Əlibaba Hüseyn Əli Abbas Eyvaz oğlu Nurkişi Qusev Mixail Sultanov Bala Ağayar oğlu Abdulla Səməd oğlu İsgəndər Yusuf oğlu Əli Ağamalı İsmayıl Bağır oğlu Nəsib Nəsir oğlu Sultanov Əli İsgəndər oğlu Zaman Mehdi oğlu Həşim Əhməd oğlu Mehdi Osman oğlu Nəsrulla Mehdi oğlu Hacı İsabəy Qulu oğlu Molla Ramazan Hacı Səfər oğlu Saqanidze Denis Haşımov Adil Haşım oğlu Babayev Səfərəli Əbülfəz Kelib Eldar oğlu Bəy Mirzə Xan Mirzə Xan oğlu Ataxan Tat oğlu Heybət Qaçan oğlu Bəşir Zeynal oğlu Əli Abbas oğlu Qədir Məşədi Rza oğlu Səfiyar Molla Qafar oğlu İbad Nəsir oğlu Rzaqulu bəy Kərimbəyli 1921-ci ilin iyununda Azərbaycan Milli Müdafiə İslam Firqəsinin rəhbərlik də daxil olmaqla 230 nəfər fəal üzvü həbs edildi. Həbs edilənlərdən 22 nəfəri güllələndi (əsasən rəhbərlik), 61 nəfər 5 il müddətinə, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi; 14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. == 1922 == Ələsgər Gəngərlinski - 1922 11 iyun Türkiyə Samsun == 1923 == 1923-cü il yanvar ayının 1-dən 1924-cü il yanvarın 1-dək (Az.ÇK-nın Kollegiya İclasının materiallarına əsasən) güllələnən 89 nəfərin siyahısı: Mixailov Georgi Mixailoviç Akopyan Akop Abarsumoviç Ağa Ibrahim Balabəy oğlu Trusanov Qriqori Artemoviç Əliyev Seyid Sevdimli oğlu Məmməd Sadıx Murxuz oğlu Mesədi Azay Mesədi Qasım oğlu Bilal Cəmil oğlu Arzumanov Hacı əbdül Qədirbəy oğlu Müzəfər Ağababa oğlu Xəlil Kərbəlayı Qara oğlu Borisov Georgi Sultanov Ağa bəy Səlim bəy oğlu (Göyçay üsyanında istirakına görə) İsrafilbəyov Pərviz bəy Qasımbəyov Əhməd Sultan oğlu Qasımbəyov Həmid Sultan oğlu Sultanov Rəsul bəy Səlim bəy oğlu Bağır Baba oğlu Üzeyir Murad oğlu Məmməd Ismayıl oğlu Məsədi Ibrahimxəlil Ibad oğlu Ağababa bəy Ağamirzə bəy oğlu İsmayıl Fətulla oğlu Hacı Musa Haçı Isa oğlu, Isa əfəndi oğlu və ya Ismayıl Oskay oğlu Məcid bəy Mirzəbəyov Mirzəbəyov Mirzə bəy Məmməd bəy Mirzəbəyov Arist bəy Səməd bəy oğlu Süleyman bəy Mahmud bəy oğlu Hacı Mahmud bəy Hacı Məmməd oğlu Molla Həmid Əbdülhəşim oğlu Şahlar Nurməmməd oğlu Molla Camal Çələbi oğlu Əli Osman oğlu Əmirəli Fərzəli oğlu Şirin Nəsir oğlu Nəsir Mehdi oğlu Həsən Həsənəli oğlu Əhəd Baxıs oğlu Koberidze Aleksandr Semyonoviç Qasım Yüzbası Aslan oğlu Rotay Nikolay Aleksandroviç Kiladze Vladimir Dmitriyeviç, Mandarov Aleksandr Davidov Mamulaşvili İvan İosifoviç Aykazuni Partov Setoviç Allahverdi Əbdülsalam oğlu Ağabala Almaz oğlu Məmməd İsmayıl oğlu Nəriman Süleyman oğlu Hacı Qalamov Məmmədəli Süleyman Hacı Hüseyn Qoçu Qurban Əhməd Məmməd Nuru oğlu Qardasxan Ağamalı oğlu Hüseynov Məsədi Qəhrəman oğlu Astan Kərbəlayı Ələkbər oğlu Malazani Qriqori Aleksandroviç Hüseynov Sadıq Qəhrəman oğlu Camalov Şirinxan Surət Fəxraba Dubrovski Georgi Andreyeviç Kərimağa Hüseyn oğlu Bağırov Ağa Bala oğlu Əli Ibis Seyid Hüseyn Məmməd Cavad oğlu Deken Yuri Yevgeniyeviç Uspenski Vadim Nikolayeviç Çernikov Valeri Konstantinoviç Ortınov Georgi Rudolfoviç Qriqoryan Nikolay Aleksandroviç Qurbanov Məmməd Bağır Manqil Mixail Qriqoryeviç Məmməd Hüseyn Atam oğlu Matevosov Arusan Qalustyanoviç Sailov Arakel Arutyunoviç Sıxbala Əbdülhəsən oğlu Yusifbəyov Əziz bəy Kakutis Aleksandr Petroviç İbadulla Cahangir oğlu Məmməd Yusif oğlu Cəlal Abbas oğlu Abdulla Qara oğlu Dilbaz ağa Dilbazov İbrahim Məşədi Səfər oğlu Əsəd İbrahim oğlu Dalanki Mahmud oğlu Ryasnov Feodor Pavloviç Camal Asab oğlu Mədət Allahverdi oğlu Kərim Namaz oğlu === Sürgün olanlar === Hüseyn Paşayev Daniyal bəy Şərifov Abdulla Şəfiyev Nəsrulla bəy Rzabəyov Nemətulla bəy Rzabəyov == 1924 == "İstiqlal" qəzetinin 19-cu nömrəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycandan Dağlıq Qarabağı ayırıb ermənilərə verilməsi əleyhinə müsavatçıların bəyanatları və digər bu kimi məqalalər verilmişdir. Bundan təxminən dörd ay sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında xüsusi şuranın 25 aprel 1924-cü il tarixli qərarı ilə Cəfər Cabbarlı istisna olmaqla, iyirmi nəfərə yaxın istiqlalçı, o cümlədən, Hacıbaba Cəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilməklə Murmansk vilayətinə, Solovki ölüm düşərgəsinə sürgün edildi. 1927-ci ilin aprel ayında Moskvadan gələn bir əmrlə ilk qrup "sərbəst" buraxılmışdı. Bu qrupun ən üzvlərindən Nəsrullah İsrafilzadə və Əbdülrəhman Dai Urala sürgün edildilər. Onlar orada üç il yaşadılar. Digərləri SSRİ daxilində istədikləri yerdə yaşamaq haqqını aldılar.
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937–1938) — Respublika Prokuroru tərəfindən Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim edilən arayışda (4 may 1955-ci il) XÜ tərəfindən, yalnız siyasi cinayətlərə görə, 1937-ci ildə, 2846 nəfərin həbs edilməsi, 2215 nəfər haqqında ölüm hökmü çıxarılması haqqında məlumat verilir. 1937-ci il sentyabrın 15-dən 16-na keçən gecə 97 nəfər qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 86 nəfəri Azərbaycanlı idi. 1937-ci il noyabrın 15-dən 16-na keçən gecə 169 nəfər soydaşımız güllələnib Siyahıda cəmi 2556 nəfər qeyd olunmuşdur. == A == Abadov Hacırəhim Xəlil oğlu (16.11.1937*, 29 yaş) Abbasəli Durmuş oğlu (14.1.1938*, 68 yaş) Abbasquluyev Şahlar Şıxəli oğlu (1.3.1938*, 35 yaş) Abbasov Abbas Mehdi oğlu (8.11.1937*, 60 yaş) Abbasov (Məşədi) Abbas Namaz oğlu (18.3.1938*, 64 yaş) Abbasov Abdulla Abbas oğlu (14.1.1938*, 30 yaş) Abbasov (Quluyev) (Məşədi) Abuzər Mehdi oğlu (1.9.1937*, 52 yaş) Abbasov Ağa Ağalar oğlu (14.1.1938*, 35 yaş) Abbasov (Kərbəlayı) Aslan Əbdülqasım oğlu (1.3.1938*, 68 yaş) Abbasov Dadaş Abdulla oğlu (20.11.1937*, 40 yaş) Abbasov Eynulla Fəti oğlu (20.1.1938*, 47 yaş) Abbasov Əbdülxalıq (Hacı) İsmayıl oğlu (1878–16.3.1938*, 60 yaş) Abbasov (Seyid) Əhəd (Seyid) Nəsir oğlu (6.3.1938*, 48 yaş) Abbasov Əkbər Məhəmmədbağır oğlu (18.3.1938*, 35 yaş) Abbasov Ələkbər Məhəmməd oğlu (14.1.1938*, 25 yaş) Abbasov Əsəd Balakişi oğlu (29.11.1937*, 39 yaş) Abbasov Fərman Həsən oğlu (14.1.1938*, 25 yaş) Abbasov Güləsər Əbdülbağı oğlu (14.1.1938*, 25 yaş) Abbasov (Molla) Hacıağa Hüseyn oğlu (1877–20.1.1938*) Abbasov Hüseyn Astan oğlu (16.9.1937*, 52 yaş) Abbasov Xəlil Əli oğlu (8.1.1938*) Abbasov İslam (Molla) Rəşid oğlu (29.3.1938*, 43 yaş) Abbasov Mehbalı Niftalı oğlu (18.3.1938*, 60 yaş) Abbasov Mədəd Abbas oğlu (8.11.1937*, 45 yaş) Abbasov Məhəmməd Cabbar oğlu (29.10.1937*, 33 yaş) Abbasov Məhi Nəsrulla oğlu (14.1.1938*, 27 yaş) Abbasov (Molla) Məhiş Abbasqulu oğlu (16.3.1938*, 50 yaş) Abbasov Misir Dadaş oğlu (4.1.1938*) Abbasov (Kərbəlayı) Mürsəl Abdulla oğlu (29.11.1937*, 70 yaş) Abbasov Osman Xıdır oğlu (29.3.1938*, 70 yaş) Abbasov Poladxan Qubad oğlu (9.9.1937*, 40 yaş) Abbasov (Seyid) Rəsul (Seyid) Nəsir oğlu (16.3.1938*, 65 yaş) Abbasov Rza (Kərbəlayı Molla) İsa oğlu (16.9.1937*, 40 yaş) Abbasov Rza Müseyib oğlu (14.1.1938*, 45 yaş) Abbasov Sultan Əliheydər oğlu (9.9.1937*, 68 yaş) Abbasov (Məşədi) Tarıverdi (Hacı) Rəhim oğlu (18.3.1938*, 60 yaş) Abbasov Üzeyir (Məşədi) Qara oğlu (16.9.1937*, 45 yaş) Abdı Abdı oğlu (20.1.1938*, 33 yaş) Abdinbəyov Əhməd bəy Süleyman bəy oğlu (16.11.1937*, 49 yaş) Abdinov (Molla) Dünyamalı Rəşid oğlu (1.9.1937*, 55 yaş) Abdiyev Yunus Musa oğlu (16.11.1937*, 42 yaş) Abdulağa Cavad oğlu (29.10.1937*, 34 yaş) [Qazı] Abdulxalıq əfəndi Allahverdi oğlu (16.11.1937*, 90 yaş) Abdulxanov Fanrislan (?) Abdulla oğlu (3.1.1938*) Abdulkərimov Fətulla Abdulqədir oğlu (9.9.1937*, 53 yaş) Abdulkərimov (Kərbəlayı) Həmid Yusif oğlu (16.9.1937*, 65 yaş) Abdulkərimov Şihabəddin (Hacı) Kərim oğlu (16.11.1937*, 50 yaş) Abdulla Əhməd (Nəcəf) oğlu (16.9.1937*, 61 yaş) Abdullabəyov İman bəy Tərlan bəy oğlu (18.3.1938*, 38 yaş) Abdullayev Abbas Ağasəf oğlu (29.8.1937*, 60 yaş) Abdullayev Abbas Namaz oğlu (26.8.1937*, 51 yaş) Abdullayev Abdulla Nuru oğlu (27.7.1937*, 25 yaş) Abdullayev Abdulla Teymur oğlu (14.10.1937*) Abdullayev Aman Abdulla oğlu (1900–4.7.1938*) (bax: Şəfiqə Məhəmmədova. Anaların fəryadı. : "Gənclik". 2006, s.252–253) Abdullayev Bahadır Abdulla oğlu (14.1.1938*, 46 yaş) Abdullayev Bəxti Hümbət oğlu (16.3.1938*, 40 yaş) Abdullayev Bəylər bəy Fətulla bəy oğlu (18.3.1938*, 45 yaş) Abdullayev (Hacı) Cəlal Qulaməli oğlu (11.3.1938*, 70 yaş) Abdullayev Əbdül Əhməd Bala oğlu (1.9.1937*, 61 yaş) Abdullayev Əbdül Xəlil oğlu (16.3.1938*, 25 yaş) Abdullayev Əbdüləziz Hafiz əfəndi oğlu (29.11.1937*, 24 yaş) Abdullayev Əhməd Nəsib oğlu (29.3.1938*, 40 yaş) Abdullayev Ələkbər Abdul oğlu (27.7.1937*, 35 yaş) Abdullayev Ələkbər Qulaməli oğlu (14.1.1938*, 49 yaş) Abdullayev Əli Fətulla oğlu (16.9.1937*, 33 yaş) Abdullayev Əliheydər Mirzə oğlu (1895–31.12.1937*) Abdullayev (Şahnigarov) Əli Yolçu oğlu (20.11.1937*, 50 yaş) Abdullayev Əmir Abbas oğlu (8.11.1937*, 40 yaş) Abdullayev Əmir İsmayıl oğlu (16.9.1937*, 42 yaş) Abdullayev Əşrəf Cəfər oğlu (1888–11.3.1938*) Abdullayev Fərəc Müzəffər oğlu (16.11.1937*, 38 yaş) Abdullayev Hacıağa bəy Mirzəməhəmməd oğlu (20.1.1938*, 57 yaş) Abdullayev Hüseyn Qasım oğlu (1.3.1938*, 43 yaş) Abdullayev Hüseyn Məhəmməd oğlu (16.9.1937*, 38 yaş) Abdullayev Xəlil Abbas oğlu (26.8.1937*, 35 yaş) Abdullayev İsa bəy Mahmud bəy oğlu (27.9.1937*, 42 yaş) Abdullayev İsmayıl Nurəhməd oğlu (27.9.1937*, 47 yaş) Abdullayev (Məşədi) Qara Səfiyar oğlu (20.11.1937*, 59 yaş) Abdullayev (Molla) Qasım Əbdülmanaf oğlu (16.3.1938*, 60 yaş) Abdullayev Qəhrəman Yusub oğlu (16.11.1937*, 31 yaş) Abdullayev Qəni Əhəd oğlu (20.11.1937*, 36 yaş) Abdullayev Maqsud Abdulla oğlu (18.3.1938*, 48 yaş) Abdullayev Mehralı (Kərbəlayı) Hüseyn oğlu (16.9.1937*, 60 yaş) Abdullayev Məcid Əlipaşa oğlu (29.10.1937*, 27 yaş) Abdullayev Məhəmməd Hafiz əfəndi oğlu (29.11.1937*, 30 yaş) Abdullayev (Molla) Məhəmməd Hidayət oğlu (29.11.1937*, 52 yaş) Abdullayev (Molla) Məhyəddin Abdulla əfəndi oğlu (1885–11.3.1938*) Abdullayev Məhəmməd Mütəllib oğlu (20.8.1937*, 21 yaş) Abdullayev (Kərbəlayı) Məhəmmədhüseyn (Hacı) Maqsud oğlu (27.9.1937*, 65 yaş) Abdullayev Mənsur Səməd oğlu (11.3.1938*, 40 yaş) Abdullayev Mirəhməd Mirfəttah oğlu (18.3.1938*, 47 yaş) Abdullayev Miri Mirseyid oğlu (29.3.1938*, 45 yaş) Abdullayev Mirsəməd Mirhadı oğlu (29.3.1938*, 49 yaş) Abdullayev Mövsüm Məhəmməd oğlu (6.1.1938*) Abdullayev Muxtar Şəfi oğlu (1.9.1937*, 44 yaş) Abdullayev Muxtar Nağı oğlu (13.10.1937*) Abdullayev Rəşid İsgəndər oğlu (1.9.1937*, 50 yaş) Abdullayev Salman Rüstəm oğlu (16.9.1937*, 57 yaş) Abdullayev Seyidxəlil Şükür oğlu (18.3.1938*, 60 yaş) Abdullayev Sədulla Beydulla oğlu (27.7.1937*, 39 yaş) Abdullayev Sədulla bəy Nurulla bəy oğlu (18.3.1938*, 38 yaş) Abdullayev Sədyar Məhəmməd oğlu (14.1.1938*, 45 yaş) Abdullayev Şahnəzər İman oğlu (26.8.1937*, 75 yaş) Abdullayev Şahverən Rəsul oğlu (20.11.1937*, 59 yaş) Abdullayev Şirin bəy Əbdüsalam oğlu (27.7.1937*, 27 yaş) Abdullayev Şükür (Hacı) Abdulla oğlu (29.11.1937*, 44 yaş) Abdullayev Talıb bəy İsmixan bəy oğlu (27.3.1938*, 51 yaş) Abdullayev Umud Həmid oğlu (3.8.1937*, 70 yaş) Abdullayev Veysəl (Yüzbaşı) Bəndalı oğlu (27.11.1937*, 70 yaş) Abdullayev Yəhya Həsən oğlu (29.3.1938*, 47 yaş) Abdullayev (Molla) Yunus Gülməhəmməd oğlu (20.11.1937*, 65 yaş) Abdullayev Yusif Fətulla oğlu (9.9.1937*, 31 yaş) Abdullayev (Molla) Zəkəriyyə (Molla) Qurban oğlu (1.9.1937*, 70 yaş) Abdulov Kərim Yəhya oğlu (12.10.1937) (bax: Şəfiqə Məhəmmədova. Anaların fəryadı. Bakı: ənclik".
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1939-1954)
Azərbaycanda repressiya qurbanlarının siyahısı (1939–1954) — 1939–1954-cü illərdə Azərbaycanda repressiyaya məruz qalan insanların siyahısı. == 1939 == Ağa Axundov (16 aprel; 15 il iş alıb) Əsəd bəy Axundov (19 aprel) Qafur Əfəndizadə Seyfulla Şamilov (9 iyun) Teymur bəy Aslanov (28 dekabr) Mixail Rayev-Kaminski Yusif Zeynalоv Rəhim Rəhimzadə Zeynal Tağıyev Ələkbər Şahbazov İsmayıl Xanlarov Zeynal Hacıyev Cəlil Vəzirov Qədim Qədimbəyov İsgəndər Məmmədov Şahid Hüseynov Əli bəy Qulubəyov 1939-cu il oktyabrın 29-da bu on bir nəfər barədə son ittihamnamə tərtib olunub, baxılmaq üçün Zaqafqaziya Hərbi Dairəsinin hərbi tribunalına göndərildi. Dekabrın 3-də Tiflisdə hərbi tribunalın hazırlıq iclasında ittihamnamələr yenidəe nəzərədən keçirildi və onlara verilən cəza tədbirləri dəyişilməz olaraq qaldı. Dekabrın 27-də Bakıda Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalarının səyyar sessiyası tərəfindən keçirilən qapalı məhkəmə iclasına işə təkrar baxıldı. Məhkəmədə Zeynal Tağıyevdən və Firuz Süleymanovdan başqa, heç kəs özünü müqəssir saymadı və onların hamısına müxtəlif müddətə iş kəsildi. Teymur bəy Aslanov da 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabi Milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edildi və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi.
Ağa, Cəddinə Qurban (1993)
Ağa, cəddinə qurban (film, 1993)
Ağa, cəddinə qurban qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film Azərbaycanfilm kinostudiyası və "Metropol" kino şirkətinin istehsalıdır. Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır. == Məzmun == Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır.
Ağadadaş Qurbanov
Ağadadaş Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı. == Həyatı == Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir. Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır. Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir. Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir.
Ağazeynal A.Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin "Coğrafiya" ixtisasına daxil olmuş, 1962-ci ildə "İqtisadi coğrafiya" ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A. Qurbanzadə 1974-cü ildə "Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi" mövzusunda namizədlik, 2006-cı ildə isə "Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A. Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996–2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Coğrafiya və ekologiya" kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində "Coğrafi ekologiya" laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Ağazeynal Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin "Coğrafiya" ixtisasına daxil olmuş, 1962-ci ildə "İqtisadi coğrafiya" ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A. Qurbanzadə 1974-cü ildə "Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi" mövzusunda namizədlik, 2006-cı ildə isə "Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A. Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996–2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Coğrafiya və ekologiya" kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində "Coğrafi ekologiya" laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Ağdabanlı şair Qurban
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi. == Həyatı == Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir". Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb.
Aşıq Qurban Ağdabanlı
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi. == Həyatı == Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir". Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb.
Aşıq Qurban Rəhməti
Aşıq Qurban Rəhməti (1970, Takab, Qərbi Azərbaycan ostanı – 8 dekabr 2017, Takab, Qərbi Azərbaycan ostanı) — Cənubi Azərbaycanlı tanınmış aşıq. == Həyatı == Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür. == Yaradıcılığı == Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur. == Ölümü == 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.

Значение слова в других словарях