Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüstəv Eyfel
Qüstav Eyfel (fr. Gustave Eiffel; 15 dekabr 1832[…], Dijon – 27 dekabr 1923[…], Paris) — fransız mühəndis, memar və metal strukturlar mütəxəssisi. == Həyatı == Qüstav Eyfel 1887-1889-cu illərdə inşa edilən və Fransanın simvolu sayılan Parisdəki Eyfel qülləsinin memarı olmuş, Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Müstəti
Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması. Müstəti olmağın şərtləri bunlardır: 1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa; 2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun. 3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin. 4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır. 5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır. 6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı. Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijor Digər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. == Geologiya == Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. == Ənənə == Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. == İstinadlar == == Əlavə ədəbiyyat == Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Rüşvət
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. == Ölkələrə görə rüşvət == Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq. Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Aleksey Qastev
Aleksey Qastev (rus. Гастев, Алексей Капитонович; 26 sentyabr (8 oktyabr) 1882 və ya 8 oktyabr 1882, Suzdal, Vladimir quberniyası[d] – 15 aprel 1939[…], Kommunarka[d], Moskva vilayəti) — Rus inqilabçısı, həmkarlar ittifaqı xadimi, şair və yazıçı, əməyin elmi təşkili nəzəriyyəçisi və Mərkəzi Əmək İnstitutunun rəhbəri. 1931-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyası (b) üzvü. Proletkult ideoloqlarından biri. Moskvada məşhur "Yazarlar Kooperativi"-ndə yaşayırdı. Ədəbi təxəllüslər - A. Zorin, İ. Dozorov, A. Z., A. Zarembo, A. Nabeqov. == İstinadlar == == Ədəbiyyat == === Rus dilində === Aleksey Qastev // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Andrea Şuster
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.