Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib.
Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.