Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Gustav Mahler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. == Həyatı == Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. == Əsərləri == === Kitabları === Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. === Məqalələri === "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.
III Qustav
III Qustav (24 yanvar 1746[…] – 29 mart 1792[…]) — XVIII əsrdə (1771-ci ildən ölümünə qədər) İsveç kralı. == Həyatı == III Qustav kral Adolf Fredriklə Prussiya şahzadəsi Luiza Ulrikinin ailəsində dünyaya gəlmişdir.
Mustay Kərim
Mustay Kərim (1919-2005) — Başqırdıstanın xalq şairi. "Gənclik" nəşriyyatının çap etdiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir. Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: "Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən". Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır. Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şeirin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Qaston Braun
Qaston Alfanso Braun (ing. Gaston Alfonso Browne; 9 fevral 1967, Villa[d]) — Antiqua və Barbudanın hazırkı Baş naziri. Braun 9 fevral 1967-ci ildə Antiqua və Barbudada Villa məntəqəsində anadan olub. Özünün sözlərinə görə, gənclik həyatı son dərəcə ağır keçib. Uşaq ikən "Gray's Farm"-də kasıb və ahıl ata nənəsi ilə birlikdə yaşayıb. Nənəsinin ölümündən sonra adanın başqa səmtindəki yoxsul bir ərazidə böyüyüb. Orta təhsilini ümummilli qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra Villada yerləşən ibtidai məktəbdə, daha sonra Şahzadə Marqaret Məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra Qaston İngiltərədəki "City Banking College"-ə daxil oldu və burada Bank və Maliyyə ixtisası üzrə təhsilini davam etdirmişdir. Daha sonra alaraq Mançester Universitetini magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə Antiqua və Barbudadakı "Swiss American Banking Group"-da menecer vəzifəsində başlamışdır.
Qaston Dumer
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Qaston Dumerq
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Qaston Orleanski
Qaston Orleanski (1608-1660)
Qustav Dadela
Qustav Dadela (7 mart 1995) — Polşalı peşəkar kişi BMX velosipedçisi. Qustav Dadela Polşanı beynəlxalq yarışlarda təmsil edir. Qustav Dadela 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 1:07.376 saniyəlik nəticəsi ilə 88-ci yeri tutdu.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Qustav Eyfel
Qüstav Eyfel (fr. Gustave Eiffel; 15 dekabr 1832[…], Dijon – 27 dekabr 1923[…], Paris) — fransız mühəndis, memar və metal strukturlar mütəxəssisi. Qüstav Eyfel 1887-1889-cu illərdə inşa edilən və Fransanın simvolu sayılan Parisdəki Eyfel qülləsinin memarı olmuş, Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.
Qustav Kaybott
Qüstav Kaybott (fr. Gustave Caillebotte; 1848—1894) — fransız kolleksiyaçısı və rəssamı, impressionizm cərəyanının nümayəndəsi. "Filateliya atalarından" biridir. Qüstav Kaybott 1848-ci il avqustun 18-də Parisdə, Paris cəmiyyətinin yuxarı siniflərinə aid bir ailədə anadan olmuşdur. Atası Marsial Kaybott (fr. Martial Caillebotte) (1799-1874) toxuculuq istehsalını miras almış, eyni zamanda Senat Ticarət Tribunalında hakim vəzifəsini icra etmişdir. Marsial Kaybott Qüstavın anası Seleste Dofrenlə (fr. Céleste Daufresne, 1819-1878) evlənmədən əvvəl iki ailə həyatı qurmuşdur. Qüstav ilə yanaşı, daha iki oğlu olub – Rene (1851-1876) və Marsial (1853-1910). Kaybott 1868-ci ildə Lui Yüksək Liseyində hüquq fakültəsini bitirmiş və 1870-ci ildə təcrübə üçün lisenziya almışdır.
Qustav Klimt
Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[…], Vyana, Avstriya-Macarıstan – 6 fevral 1918[…], Vyana, Avstriya-Macarıstan[…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi. Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olmuşdur. Atası Ernst Klimt qravüraçı və zərgər idi və çox az qazanırdı. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi. 1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada memar rəssamlıq təhsili alır. Klimt asanlıqla mühafizəkar təlim prinsiplərini qəbul elədi, yaradıcılığının erkən vaxtlarının işlərini akademik kimi səciyyələndirmək olar. 1877-ci ildə atası kimi qravüraçı olmaq istəyən qardaşı Ernst də məktəbə qəbul oldu.
Qustav Kurbe
Qüstav Kurbe (fr. Gustave Courbet; 10 iyun 1819[…] – 31 dekabr 1877[…], La-Tur-de-Peylts[d]) — fransız rəssam. O, XIX əsrdə Fransanı realizm cərəyanı ilə tanış etdi. Kurbe həyata baxışını belə açıqlayırdı: Kurbe realizm cərəyanının yaradıcısı və termini ədəbiyyata gətirən ilk rəssam olaraq şöhrət qazanmışdır. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla maraqlanırdı. O, həm də sosial mövzulara toxunurdu. Diqqəti kasıbların ağır iş şəraitinə çəkirdi. Onun əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bilmədi. Kurbe realist bir rəssamın vəzifəsinin sosial fərqləri və tarazlığın pozulmasını yox edib, həqiqəti ortaya çıxartmaq olduğuna inanırdı. Kurbe üçün realizm təkcə cizgi və formalarda mükəmməlliyi əldə etməkdən ibarət deyildi.
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Qustav Meyrink
Qustav Meyrink, əsl adı Qustav Mayer (19 yanvar 1868, Vyana, Avstriya – 4 dekabr 1932, Ştarnberq, Bavariya, Almaniya) - Avstriya yazıçısı, tərcüməçi, dramaturq. Ən məşhur əsəri "Qolem" romanıdır. Bu əsər XX əsrin ilk bestsellerlərindən hesab olunur. Meyrinkin yaradıcılığında mistisizm, kabbalistika, romantizm və okkultizm ünsürləri nəzərə çarpır.
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Qustav Vigeland
Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi. Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.
Qustav Vigelann
Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi. Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.