Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Qüsl
Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl. Qüsl 2 növdür: İrtimasi qüsl və tərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur): Baş və boyun yuyulur Bədənin sağ tərəfi bütünlüklə yuyulur Bədənin sol tərəfi bütünlüklə yuyulur Qeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur. İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər. Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.
Busul Xan
Busul Xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buzul Xan olaraq da tanınır. Kayra Xanın sarayına gedən yolu qoruyan gözətçidir. Bunçak Xan ilə birlikdə xatırlanır. Sibir bölgəsi üçün buzlar və buzlu sahələr gündəlik həyatın davamlı bir parçasıdırlar. Bu səbəblə soyuqla bağlı anlayışların mifologiyadakı əks olunmaları çox şişirdilmiş hesab olunmamalıdır. (Bus / Pus) kökündən törəmişdir. Bulandıran, puslandıran mənasını verər. Bir yerə sinmeyi, pusquya yatmağı da ifadə edir. Bus/Pus sözü qədim altaycada buxar mənasını verər və yarı şəffaf bir görünüşü bildirir.
Qusur (Urmiya)
Qusur (fars. ‎قصور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (81 ailə).
Quşlu (Pərsabad)
Quşlu (fars. گوشلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,680 nəfər yaşayır (355 ailə).
Aksiomatik üsul
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulma və tədqiqat üsuludur. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur. Aksiomatik üsulla qurulmuş elmi nəzəriyyə aksiomatik və ya deduktiv nəzəriyyə adlanır. Riyazi nəzəriyyə Aksiomatik üsulla qurulduqda əvvəlcə qurulan aksiomatika üçün ilkin olan anlayışlar verilir. İlkin anlayışlar başqa anlayışlarla izah edilmir və məntiqi əsaslandırılmır. Aksiomatik nəzəriyyənin başqa anlayışları ilkin anlayışlar əsasında məntiqi yolla daxil edilir. Hər başqa anlayış ilkin anlayışlardan təşkil edilmiş predikatın ixtisarlaşdırılmış adıdır. Aksiomatik nəzəriyyənin hökmü onun anlayışları arasındakı məntiqi əlaqəni göstərən formullar olub, məntiqi yolla ilkin anlayışlardan alınmışdır. Aksiomatik nəzəriyyəni başqa elmi nəzəriyyələrdən ayıran əsas əlamət isbat olunan hökmün məntiqi əsaslandırılmasıdır. Aksiomatik üsula görə baxılan nəzəriyyənin bəzi müddəa və təklifləri qurulan aksiomatik nəzəriyyə üçün doğru elan edilir, isbatsız qəbul olunur və aksiomatik nəzəriyyənin aksiomları adlanır.
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Kelaynak quşu
Qu quşu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Simurq quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Simurğ quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Tovuz quşu
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır.
Zümrüd quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
Şeşə quşu
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
Aşağı Qurul (Çaypara)
Aşağı Qurul (fars. قورول سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (51 ailə).
Yuxarı Qurul (Çaypara)
Yuxarı Qurul (fars. قورول عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (41 ailə).
Cənnət Quşu (bürc)
Cənnət Quşu (lat. Apus) — göyün cənub yarımkürəsində bürc.
Dövlət quşu (roman)
Dövlət quşu — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Az sayda yazıçılar hələ sağ ikən klassiklər arasında öz yerini tutur. Orxan Kamal da bu yazıçılardan biridir və bütün bu illər onun dəyərini və oxucusu ilə qurduğu yaxın münasibəti heç vaxt azaltmayıb. Orxan Kamal, bu gün yazılan kimi təzə olan mətnləri təhlil edə bilən dərin müşahidəsi və illər öncəki günümüzü təhlil edə bilən dərin müşahidəsi ilə zənginlikdən yer tutmağa çalışanların ziddiyyətli hekayələrini də danışır. "Dövlət quşu" sevgisi ilə ailəsinin sərvət həsrəti arasında qalan gecəqondudan bir gəncin hekayəsidir. Əsgərlikdən sonra iş tapa bilməyən yaraşıqlı Səyyah Mustafa işsiz dostları ilə günlərini Taşkasaplının kafesində keçirir. O, qonşu qızı Aynuru sevir, amma ona təklif edəcəyi heç nə yoxdur. Evləri ilə üzbəüz torpaq sahəsində mənzil tikintisinə başlayan qara marketçi Zülfikarın eybəcər qızı Hülya bunu görən an Mustafaya aşiq olub. Bu elə bir ehtirasdır ki, Zülfikar Mustafanı qızına ərə verməyə məcbur edir. Gənc bununla razılaşmaq istəmir, amma anasının təzyiqi ilə əvvəlcə qara bazarda işləməyə, sonra qızı ilə evlənməyə razılaşır.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Quahl
Quahl — yeni nəsil ödəniş sistemi və rəqəmsal pul yaratmaq üçün vasitə. İsrailli sahibkar Saar Uilf tərəfindən təsis edilmişdir. Quahl-ın qurulmasındakı məqsəd kağız pulları əvəz etmək yox, yeni ödəniş sistemi yaratmaqdır. Quahl kriptovalyuta olmamasına baxmayaraq, mərkəzdən asılı olmayan pul komissiyası tərəfindən idarə olunur.