Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Sevgi gülləri (albom)
Sevgi gülləri – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 14 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Eldar Mansurova aiddir. Aygün Kazımova albomdakı "Bir daha" mahnısını Samir Bağırovla, "Niyə danırsan ?" mahnısını Səməd Səmədovla duet şəklində ifa etmişdir.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Müqəddəs Fransiskonun gülləri (film, 1950)
Müqəddəs Fransiskonun gülləri (it. Francesco, giullare di Dio) — 1950-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. == Xarici keçidlər == Fransiskonun gülləri — Internet Movie Database saytında.
Zaqatalanın qızıl gülləri (film, 1972)
Gölyeri
Gölyeri — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd sovetinin Gölyeri kəndi Şıxlar kənd sovetinin tərkibinə verilmişdir.
Gülgəzli
Gülgəzli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, Gülgəz adlı bir qadının övladı tərəfindən salındığı üçün kənd belə adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Rafil Hüseynov – Masallı Rayon İcra Hakimiyyətinin başçısı. Rafael İsgəndərov – komediya aktyoru. == Təhsilin vəziyyəti == Gülgəzli kənd orta məktəbi 1946-ci ildən etibaren fəaliyyətə başlamışdır. Gülgəzli məktəbinin yetişdirdiyi onlarla savadlı şagirdlər bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirlər.
Gülmərz
Aşağı Gülmərz (Urmiya)
Külyeri
Külyeri - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndindən şərqdə, Püsyan-Xanlıqlar yolunun sol tərəfində arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin mərkəzi qismi alçaq təpə şəklindədir. Ərazinin böyük bir qismi əkin sahə- sinin altında qalmışdır. Yaşayış yeri hər tərəfdən su kanalları və əkin sahələri ilə əhatə olunmuşdur. Mədəni təbəqənin dağılması nəticəsində şirli və şirsiz keramika məmulatı yerin üzərinə yayılmışdır. Aşkar olunmuş tapıntılar inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Yaşayış yerində aparılan araşdırmalar zamanı onun ərazisində xeyli bad qırıqları və kül qalıqları izlənmiş, çəhrayı və boz rəngdə bişirilmiş keramika məmulatı toplanmışdır.
Qolqəti
Qolqəti (əvvəlki adı: Yuxarı Qolqəti) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Yuxarı Qolqəti kəndi Qolqəti kəndi, Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi Qolqəti kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Qulşərif
Qulşərif (tatar. Qolşərif, Колшәриф) — XVI əsr dini rəhbərlərindən biri, imam, şair. 1552-ci ilin oktyabrında Qazan şəhərindəki Xan sarayının İvan Qroznının qoşunlarından müdafiəsinə rəhbərlik etmiş, şəhər ruslar tərəfindən ələ keçirilən zaman öz silahdaşları ilə birlikdə burada həlak olmuşdur. Qazanda dağıdılmış köhnə məscidin yerində 1990-cı illərdə (1996-2005) tikilən və Tatarıstanın ən böyük məscidi olan Qulşərif məscidi onun şərəfinə adlandırılmışdır. Onun dörd qəzəli "Baqırğan kitabı"na daxil edilmişdir. Qulşərifin ədəbi mirası 1997-ci ildə Qazanda nəşr olunmuş "İ küñel, bu dönyadır" (Ey könül, bu dünyadır) kitabında yer almışdır. Həmçinin, 1889-cu ildə nəşr edilmiş "Qíssai Xöbbi xuca" dastanının da müəllifliyi ona aid edilir. Tatarıstanın milli qəhrəmanı elan olunmuşdur.
Gülgəz
Gülgəz — Azərbaycan şairəsi, bayatıçı == Həyatı == Əsas etibarilə bayatıçı kimi tanıdığımız Gülgəz adlı sənətkarımız haqqında mənbələrdə tərümeyi-hal məlumatına təsadüf olunmur. Hansı əsrdə yaşadığı belə məlum deyildir. Bayatılarına XVIII əsrdə üzü köçürülmüş cünglərdə rast gəlinir. == Bayatıları == Seyvanın qur ucada, Kor möhtac quru cada. Gülgəzin göz yaşından, Qalmadı quru canda Bağında ha səndəli, Sən dəli, ha mən dəli. Gülgəz, yarana dəysin, Təbibin hasand əli. Gülgəzin gül adaşı, Mey daşı, gül a daşı. Yıxar bülbül öyünü, Kim atsa gülə daşı.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Güləzi
Güləzi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Etimologiyası == Güləzi oyk., mür. Keçmiş adı Güləziqışlaq olmuşdur. Əvvəllər Afurca kəndinə məxsus qışlaq yeri idi. Tədqiqatçılara görə, kəndin adı gül (gil) və zi (tat. "yer", "sahil", "kənar") sözlərindən düzəlib (-ə birləşdirici saitdir), "gilli yer" mənasındadır. Kəndin ərazisinin torpağı həqiqətən gillikdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 910 nəfər əhali yaşayır.
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. == Həyatı == Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Ad günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. == Azərbaycanda doğum günü == Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Ageratina burgeri
Ageratina burgeri (lat. Ageratina burgeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Antarktida gölləri
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir. Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir. Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır. Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir.
Avala qülləsi
Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır. == Tarix == === Mənşə === Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı. Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi. Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.
Avstriya quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Azərbaycan Qülləsi
Azərbaycan Qülləsi (ing. Azerbaijan Tower) — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək. == Layihə haqqında == Layihənin təşəbbüskarı "Avesta" şirkətidir.
Azərbaycan gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. == Göllərin tipləri == Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.). == Sarısu və Ağ göl == Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. == Tarixi == Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. == Tarix == Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Başqırdıstan gölləri
Başqırdıstan gölləri — Başqırdıstan respublikası ərazisində yerləşən bütün göllər. == Ümumi xüsusiyyətləri == Başqırdıstan respublikasında irili xırdalı 2.200 göl var. Göllərin 75 %-i respublikanın qərb rayonlarında düzənlik ərazilərdə yerləşir. Çay hövzələrinə görə göllər belə paylanıb: Belaya (Agidel) çayının hövzəsi boyunca - 75%-ə yaxın Dyoma (Kugidel) çayının hövzəsi boyunca - 12% İk çayının hövzəsi boyunca - 8% Ufa (Karaidel) çayının hövzəsi boyunca - 7% Böyük göllər aşağı ön Uralda yerləşir. Bunlar, Asılkul, Kandrıkul (karst-uçqun mənşəlli), Akkul, Ylankul və digər göllərdir. Başqırd Uralsonrası ərazilərində isə Urqun, Bolşoe Uçalı, Karaqaylı, Uzunkul, Yaktıkul, Surtandı, Çebarkul, Atavdı, Yauqul, Muldak, Talkas və digərləri. Bunlardan Akkul axarlı, Atavdı, Muldak, Yauqul isə axarsız göllərdir. Başqırdıstan Respublikasında göllərin çoxu evtrof mənşəllidir. Yaktıkul gölü isə oliqotrof mənşəllidir. Kieşki, Sarvinsk, Şınqakkul gölləri isə təbiət abidəsidir.
Bentonit gilləri
Bentonit gilləri−əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2,Mn+2,Co+2,Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.