Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quşquna kəsilişi
Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.
Quşqana
Quşqana — Şamaxının Şimal Qərbində, Əsgəran kəndi yaxınlığında XI–XIII əsrlrə aid yaşayış yeri. Sahəsi 3–4 hektardır. Quşqanada arxeoloji tədqiqat aparılmamışdır. Təsərüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilib. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılıb. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
Quzğun
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Leopardus guigna
Kodkod (lat. Leopardus guigna) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Sungun Babacan
Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru. 1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur. Dublaj sənətinə TRT kanalında başlamışdır. 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur. Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir. Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir. "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir. Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.
Yunqun arxetipləri
Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur. Anima və Animus iki bir biri ilə bağlı arxetipdir.
Süngün mis mədəni
Süngün mis mədəni — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Süngün kəndində yerləşir. Bu mədən Qaradağ dağlarındadır. Bu mədəndə misdən başqa molibden, qızıl, gümüş və digər mühüm elementlər yanaşı metalları ilə var.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. == Süjet xətti == Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Mes Sungun Varzqan Futsal Klubu
Mes Sungun Varzeqan İdman Klubu — Varzeqanda yerləşən İran idman klubudur. Bu klubun futzal komandası İran Futzal Premyer Liqasının yarışlarında iştirak edir və 4 çempionatla bu yarışmada ən uğurlu komanda hesab olunur, həmçinin 2018-ci ildə Asiya Futzal Çempionlar Liqasını qazandı və 2019-cu ildə bu turnirdə ikinci yer.
Qanuna tabe vətəndaş (film, 2009)
Qanuna tabe vətəndaş (ing. Law Abiding Citizen) — 2009-cu ildə istehsal olunmuşdur. Filmin rejissoru F. Gary Gray, aktyorları Gerard Butler və Jamie Foxxdur. Filmdə hadisələr Filadelfiya əyalətində cərəyan edir. Filmdə həyat yoldaşı və qızı gözünün qarşısında öldürülən bir adamın günahkarların layiq olduğu cəzalarına məhkum olunması üzərinə ədaləti öz imkanlarıyla bərpa etməsindən söhbət açılır. the-numbers.com Qanuna tabe vətəndaş — Internet Movie Database saytında.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. == Məzmun == Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır.
Üçüncü günün adamı (film, 2017)
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.