Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anar Qarazadə
Anar Vidadi oğlu Qarazadə (24 aprel 1996, Nərimankənd, Biləsuvar rayonu – 4 avqust 2014, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı yaralansada, bir gün sonra şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Anar Qarazadə 24 aprel 1996-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Anar Qarazadə 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı ağır yaralandı və avqustun 4-ü Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Elə avqustun 4-ü isə Anar Qarazadə doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qarazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Anar Qarazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Malik Qarazadə
Malik Qarazadə (1939) — şərqşünas alim. == Həyatı == Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M.Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda və Yəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə “Müasir ərəb ədəbi dilində söz sırası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s.
Nicat Qarazadə
Nicat Malik oğlu Qarazadə (24 oktyabr 2002; Zəngələ, Yardımlı rayonu, Azərbaycan — 16 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Yardımlı rayonunun Zəngələ kəndində anadan olmuşdur. Ailəsi ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşmışdır. 2008-2019-cu illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nicat Qarazadə 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçərək burada müddətdən artıq hərbi xidmət edən Nicat Qarazadə 2022-ci ilin martından Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.