Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Yuxarı Dəngüz (Bükan)
Yuxarı Dəngüz (fars. دنگوزعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (24 ailə).
Dandun
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir. İllik yük dövriyyəsi 11 milyon tondur. == Ümumi məlumat == Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir.
Dangam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Danqam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Danquşu
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Daşoguz
Daşoğuz (türkməncə: Daşoguz, köhnə adı: Daşhovuz) — Türkmənistanın şimalında yerləşən şəhər. Daşoğuz vilayətinin mərkəzidir. == Demoqrafiya == Şəhərin əhalisi 1999-cu ildə 166,500 nəfər idi. Hal-hazırda burada 220,000 nəfər yaşayır . Əhalinin çoxu türkmən və özbəklərdir. Eyni zamanda şəhərdə az sayda ruslar,tatarlar və qazaxlar da yaşayır.
Doqquz
9 (doqquz) — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Səkkizdən sonra, ondan əvvəl gəlir. Ən böyük bir rəqəmli ədəddir. Ümumi məlumat: Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək deyil ki, doqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-fərqlidir. Dünyada türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın törəməsidir. Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı haqqında xəbərlər vardır. Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək çaxacaq.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Mangus
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqus
Daşoğuz
Daşoğuz (türkməncə: Daşoguz, köhnə adı: Daşhovuz) — Türkmənistanın şimalında yerləşən şəhər. Daşoğuz vilayətinin mərkəzidir. == Demoqrafiya == Şəhərin əhalisi 1999-cu ildə 166,500 nəfər idi. Hal-hazırda burada 220,000 nəfər yaşayır . Əhalinin çoxu türkmən və özbəklərdir. Eyni zamanda şəhərdə az sayda ruslar,tatarlar və qazaxlar da yaşayır.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cü ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Kanigüz (Sərdəşt)
Kanigüz (fars. ‎كاني گوز‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (14 ailə).
Novdeh Xandüz
Novdeh Xandüz- İranın Gülüstan ostanının Azadşəhr şəhristanının Çeşməsaran bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,095 nəfər və 562 ailədən ibarət idi.
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. == Elmdə == == Dində == 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qanqut döyüşü
Qanqut döyüşü (isv. Sjöslaget vid Hangö udd, Şyeclaqet vid Qanne-Udd və ya Slaget vid Rilax, Slaqet vid Rilaks; fin Riilahden meritaistelu, Riilaxden meritaystelu) — 1714-cü il 27 iyulda (7 avqust) Baltik dənizindəki Qanqut burnu (Xanko yarımadası, Finlandiya) ətrafında Rusiya donanması və 10 gəmidən ibarət İsveç heyəti arasında 1700–1721-ci illər Şimal müharibəsi çəvriçəsində baş vermiş dəniz döyüşü. Rusiya donanmasının Rusiya tarixində ilk hərbi dəniz qələbəsi. == Döyüşdən əvvəlki vəziyyət == 1714-cü ilin yazına qədər Finlandiyanın cənubu və demək olar ki, bütün mərkəzi hissələri rus qoşunları tərəfindən işğal edildi. Rusiyanın isveçlilərin tam nəzarətində olan Baltik dənizinə çıxışı məsələsini birdəfəlik həll etmək üçün İsveç donanmasını məğlub etmək tələb olunurdu. 1714-cü il iyun ayının sonunda admiral-general Fedor Matveyeviç Apraksinin komandanlığı altında avarlı gəmilərdən ibarət rus donanması (99 qalera, qayıq və köməkçi gəmilər) Qangutun şərq sahillərində (Tverminn buxtasında) yerləşdi. Bunda əsas məqsəd Abodakı (Qanqut burnundan 100 km şimal-qərbdə) rus qarnizonunu gücləndirmək üçün qoşunlarının sahilə çıxması idi. Rus donanmasının qarşısını Qustav Vattranqın komandanlığı ilə İsveç donanması (15 döyüş gəmisi, 3 freqat, 2 bombardımançı gəmisi və 9 qalera) kəsmişdi. I Pyotr (şautbenaxt Pyotr Mixayloviç) taktiki manevrdən istifadə etdi. O, qaleralarının bir hissəsini 2,5 kilometr uzunluğunda olan bu yarımadanın içi ilə Qanqutun şimalındakı əraziyə köçürmək qərarına gəldi.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Sara Danius
Sara Maria Danius (5 aprel 1962 – 12 oktyabr 2019[…], Stokholm) — keçmiş Nobel ədəbiyyat komitəsi üzvü, tənqidçisi, akademik, pedaqoq və estetikdir. == Həyatı və karyerası == Sara Danius 5 aprel 1962-ci ildə İsveçin Tabi şəhərində anadan olub. Södertörn Universitetində estetika professoru, Uppsala Universitetinin Ədəbiyyat kafedrasında müəllim və Stokholm Universitetində Ədəbiyyat Elmləri professoru olmuşdur. Danius, İsveç Akademiyasının daimi üzvü və ilk qadın katibi idi. 2018-ci ildəki sui-istifadə məsələlərində əsas adlardan biri olan Nobel Ədəbiyyat Mükafatı 2018-ci ildə ləğv edildi və Akademiya yenidən quruldu. == Ölümü == İsveçli tənqidçi, akademik, estetik və pedaqoq olan Sara Danius, 12 oktyabr 2019-cu ildə Stokholmda 57 yaşında, döş xərçəngindən vəfat etdi. == İşləri == Försök om litteratur, Stockholm: Bonnier, 1998. ISBN 9789100567569. Prousts motor, Stockholm: Bonnier, 2000. ISBN 9789100571061.