Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Danny O'Donoghue
Denni O'Donohyu (3 oktyabr 1980, Dublin) — müğənni. == Həyatı == İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Dandıq
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. == Toponimikası == Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Dandıx
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. == Toponimikası == Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Aşağı Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Bidens mannii
Bidens mannii (lat. Bidens mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bulbophyllum mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Casearia mannii
Casearia mannii (lat. Casearia mannii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Daniil Aleksandroviç
Daniil Aleksandroviç (rus. Даниил Александрович; 1261[…], Vladimir – 5 mart 1303, Moskva) — Böyük Moskva knyazlığının ilk udel knyazı (1263-1303), Aleksandr Nevskinin kiçik oğlu; Rurikoviçlərin Moskva xəttinin banisi. == Hakimiyyəti == Daniel qardaşları, knyazlar Dmitri Pereyaslavski və Andrey Qorodetskinin Vladimirin böyük hökmranlığı və Novqorodda hökmranlıq hüququ uğrunda mübarizəsində iştirak etdi. Knyazların daxili çəkişmələrində istər-istəməz iştirak edən knyaz Daniil Aleksandroviç özünü sülhsevər kimi göstərdi. 1282-ci ildə Tver knyazı Svyatoslav Yaroslaviçlə birlikdə Vladimirin böyük padşahlığı uğrunda başqa bir qardaş Demetriyə qarşı vuruşan qardaşı Andreyin qoşunları ilə Moskva qoşunlarını birləşdirdi; lakin Dmitrov şəhərindəki ilk görüşdə rəqiblər barışdı və qan tökülmədi. Moskvaya qayıdan Şahzadə Daniel səmavi himayədarının şərəfinə bir monastır qurdu. Daniel Stylite - Zamoskvoreçyedə, Moskva çayının sağ sahilində, cənub Serpuxov yolunda. Monastır onun adını aldı - Danilovski, sonralar rəsmi olaraq Müqəddəs Danilov Spasski adlandırıldı. 1283-cü ildən knyaz Vladimirin Böyük knyazına çevrilən qardaşı knyaz Dmitrinin tərəfində idi. 1293-cü ildə knyaz Andrey Qorodetski Qızıl Orda komandirlərinin Şimal-Şərqi Rusiyaya yeni kampaniyasının təşəbbüskarı oldu.
Daniil Bernulli
Daniil Bernulli (ing. Daniel Bernoulli; d.8 fevral, 1700 – ö.17 mart, 1782) — isveçrəli alim; riyazi fizikanın əsasını qoymuşdur. == Həyatı == Daniil Bernulli dövrünün təbiətşünaslıq elmlərinin bütün sahələrinin inkişafında böyük xidmətləri olmuşdur. Məşhur "Hidrodinamika" əsərinin müəllifidir (1738-ci il), riyaziyyatçı kimi sıralar nəzəriyyəsi sahələrində işləmişdir. İohann Bernullinin oğludur. == İstinadlar == == Ədəbiyyat == Mangold, Max (1990) Duden — Das Aussprachewörterbuch. 3. Auflage. Mannheim/Wien/Zürich, Dudenverlag. == Xarici keçidlər == "Bernoulli Daniel".
Daniil Mişiyev
Daniil Yevdayeviç Mişiyev (10 mart 1926, Qırmızı Qəsəbə, Quba qəzası) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Daniil Yevdayeviç Mişiyev 1926-cı il martın 10-da Quba şəhəri, Qırmızı Qəsəbədə qulluqçu ailəsində anadan olmuşdur. 1934-cü ildə 1 saylı qəsəbə orta məktəbinə daxil olub, 1944-cü ildə həmin məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Gənc mütəxəssis kimi Quba Konserv zavoduna işləməyə göndərilmişdir. Həmin zavodda iki aydan artıq bir müddətdə mühəndis vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == 1952-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda kiçik elmi işçi kimi işləmiş, 1953-1956-cı illərdə həmin institutun aspirantı olmuşdur. 1959-1968-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.1968-ci ildən indiki AMEA Polimer Materialları İnstitutunda əvvəlcə böyük elmi işçi və 1974-cü ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildə “Müxtəlif katalizatorların iştirakı ilə oksi və alkooksiəvəzolunmuş tsiklik olefin karbohidrogenlərinin alkilləşməsi” mövzusunda namizədlik, 1972-ci ildə isə “Aromatik karbohidrogenlər və onların alkoksitörəmələrinin konyuqə olunmuş ikiqat rabitəli diolefinlərə alkenilləşmə reaksiyalarının tədqiqi və sintez olunmuş maddələrin çevrilmələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildə “Neft kimyası və Neft-kimya sintezi” ixtisası üzrə professor adına layiq görülmüşdür.
Daniil Mordovtsev
Daniil Lukiç Mordovtsev (rus. Дании́л Луки́ч Мордо́вцев, 19.12.1830-23.6.1905)—Rusiya yazıçısı, tarixçisi. == Həyatı == == Yaradıcılığı == Daniil Mordovtsev materializm və sosializmin əleyhinə idi.
Daniya Ramires
Daniya Ramires (8 noyabr 1979, Santo-Dominqo) — Dominikan Respublikasında anadan olmuş aktrisadır. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Maya Herreyra rolu ilə tanınır.
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına rəğmən Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.