Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Dandıx | |
---|---|
41°00′43″ şm. e. 47°43′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 159 (2009) nəfər |
Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir.[1]
Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Tikanlı kəndindən köçüb gəlmiş ailələr Dandıx adlı yerdə salmışlar. Danlıq coğrafi termin kimi "bozqır, otsuz yer", "quru yer", "çılpaq yer" mənasındadır. Dan sözünün "quru" mənasına Abşeron yarımadasındakı Danşor gölünün adında da rast gəlmək olar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 159 nəfər əhali yaşayır.
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |