Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Saca
Saca — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == == Əhalisi == Kənd əhalisinin sayı 106 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 100%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Dama dama mesopotamica
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). == Həyatı == Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.
I Dara
Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator. Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada Δαρεῖος(Darios), Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır. Dārayava(h)uš == Həyatı == I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi.
Kəllə-paça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
Neo-Dada
Neo-Dada — dünyagörüşü münasibətlərindən fərqli olan müasir incəsənətin müxtəlif üslublarını, meyllərini və əsərlərini, tarixi dadaizmin üsulları və ya üsullarını canlandıran bir müddətdir. Neo-Dadaizm hərəkatı pop-artın ingilis və amerika sənətində ortaya çıxmasına təkan verdi. Avropa qitəsində "Yeni Realistlər" qrupunun sənətçilərinin, Fluksus hərəkatının nümayəndələrinin əsərlərində açıq yazışmalar görürük. Neo-Dada istiqamətində, incəsənətin inkar edilməsi mövqeyi, bədii əsərin gündəlik həyat obyekti ilə əvəz edilməsi və ya absurd hərəkətlə əvəz edilməsi "həyatda məhv etmək arzusu" aydın şəkildə ifadə edilmişdir. Termin amerikalı tənqidçi Barbara Rouz tərəfindən təqdim edildi.
Raca Dahir
Raca Dahir (Sanskrit: राजा दाहिर) (Sind dilində: راجا ڏاھر‎), IAST: Rājā Dāhir; 663 – 712, Hind və ya Nəvabşah[d], Sind əyaləti) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür. == "Şahnamə"də hakimiyyəti dövrü == Şahnamə Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Saqafi soyadlı bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi. == Əməvilərlə müharibə == Şahnamədə qeyd olunur ki, Bəsrə hakimi əl-xərac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər.
Raca Nainqqolan
Raca Nainqqolan (4 may 1988[…], Antverpen, Flamand regionu[d]) — belçikalı peşəkar futbolçudur, İtaliya-nın İnter Milan FK klubunda yarımmüdafiəçi mövqeyində oynayır. == Həyatı == == Karyerası == Ninja ləqəbli, bütün peşəkar karyerasını İtaliyada keçirərək Piacenza, Kalyari FK, Roma FK və İnter Milan FK-da çıxış edib. 300-dən çox A Seriyası oyununda meydana çıxıb. Ardıcıl dörd dəfə A Seriyasında ilin rəmzi komandasında yer alıb. Bir çox mütəxəssis tərəfindən həm hücumda həm də müdafiədə komandasına kömək etmək qabiliyyətinə görə Avropanın ən yaxşı və ən yaxşı orta sahə oyunçularından biri sayılan Nainqqolan sürətli, dinamik, çalışqan, fiziki cəhətdən güclü və çox yönlü yarımmüdafiəçidir. Bir neçə orta xətt mövqeyində oynamaq; yaxşı görmə qabiliyyətinə, keçid məsafəsinə və texnikaya sahib olduğundan tez-tez komandasının müdafiə xəttinin qarşısında oyun qurucu kimi istifadə olunur. Səkkiz ildir Belçika milli futbol komandasında oynayan Nainqqolan, ölkəsi ilə 30 oyuna çıxıb və altı qol vurub.
Raça hersoqluğu
Racha Hersoqluğu(ing. Duchy of Racha)— Racha Hersoqluğu (gürcü: რაჭის საერისთავო, rach'is saerist'avo), Rioni Vadisinin yuxarı hissəsində, Rioni Vadisinin yuxarı hissəsində, qərbindəki Racha əyalətində yerləşən orta əsrlərdə və erkən müasir Gürcüstanda vacib bir krallıq idi. Böyük Qafqaz silsiləsi. və təxminən Eristavs ("hersoqlar") ardıcıllığı ilə idarə olunurdu. 1789 -cu ildə kral tacına təhvil verilməzdən əvvəl 1050. == Tarixi == Racha Dükalığı təxminən 1050-ci ildə təsis edildi. Daha sonra Kakhaberidze kimi tanınan Liparitid qəbiləsinin bir qolu, Gürcüstan kralı IV Baqrat tərəfindən tutuldu. Corciya kraliçası Tamar (1184-1213-cü illər) dövründə mülkləri daha da genişləndi. Kaxaberidze, 1278 -ci ildə VI Davidə qarşı üsyana görə hersoqluğun mülkiyyətindən məhrum edildi, ancaq XV əsrə qədər özlərini Raçada saxladılar. O vaxta qədər, Racha Hersoqluğu, qısa mülkiyyəti təxminən Çxeidze ailəsi ilə əvəzlənən Çarelidze ailəsinin hakimiyyəti altında bərpa edilmiş kimi görünür.
Raça zəlzələsi
Raça zəlzələsi - Gürcüstanın Oni rayonunda 29 aprel 1991-ci ildə Qrinviç vaxtı ilə saat 09:12:48.1-də ardıcıl olaraq üç təkanla qeydə alınmışdır. Onların maqnitudaları Ms=6.1, Ms=5.5, Ms=6.2 olmuşdur. Episentrdə zəlzələnin intensivliyi MSK-64 seysmik cədvəli üzrə 9 balla qiymətləndirilmiş, afterşokları isə aylarla davam etmişdir. Bu zəlzələ 200-dən artıq insan itkisinə səbəb olmuş, 60 000-dən artıq adam evsiz qalmış, ümumilikdə isə 1000 km²-dən artıq əraziyə zərər dəymişdir.
Rosa Çaça
Rosa Çaça (8 dekabr 1982) — Ekvadorlu marafonçu. Rosa Çaça Ekvadoru 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosa Çaça birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 40 dəqiqə 57 saniyəyə qət edərək 118 marafonçu sırasında 83-cü yeri tutdu. Rosa Çaça növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 100-cü yeri tutdu.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb. O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Dama mesopotamica
İran lanı (lat. Dama mesopotamica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
«Кара-коюнлу» (ковёр)