Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Devran Nayibov
Devran Nayıbov
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Acay Devgan
Acay Devqan (2 aprel 1969, Yeni Dehli) — tanınmış hind aktyoru.
Acay Devqan
Acay Devqan (2 aprel 1969, Yeni Dehli) — tanınmış hind aktyoru.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. == Toponimikası == Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.
Məsudi Dövran
Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır. Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Dəran (Culfa)
Dəran (fars. داران‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 947 nəfər yaşayır (320 ailə).
VII Dövran xan
VII Dövran xan ( fars. خان دوران‎ ; ö. 1739), XVIII əsr Moğol dövlət xadimi və generalı idi. Karnal döyüşündə ölənə qədər Moğol İmperatoru Məhəmməd Şaha xidmət etdi. Nadir şah Əfşarın Böyük Moğol İmperiyasına hücumu zamanı Məhəmməd Şah bütün torpaqlarına qoşun göndərdi və qarşı tərəflə üzləşmək üçün böyük bir qüvvə topladı. İmperatorun çağırışına cavab verən Moğol zadəganlarından biri, Məhəmməd Şahın xahişi ilə Moğol ordusunun faktiki olaraq baş komandanı təyin edilən Dövran xan idi. Səadət Xanın komandanlığı altında Moğol qüvvələrinin bir dəstəsinin gəlişindən sonra, bu möhkəmləndirici sütunun arxa mühafizəçisi döyüşçülərin hücumuna məruz qaldı. Səadət Xan təqibə başladı və döyüşə cəlb edildi. Moğol düşərgəsinə xəbərlər gəldikdən sonra, Məhəmməd Şah Səadət Xanın qoşunlarına kömək etməyi şiddətlə üstün tuturdu, lakin Dövran xan, Səadət xana verilən hər hansı bir yardımın Səadət Xanın məğlubiyyətində daha çox Moğol qoşunlarını əhatə edəcəyini bildirərək ehtiyatlı olmağı tövsiyə etdi. Məhəmməd Şah cəsarətini sorğuladıqdan sonra Dövran xan zirehini geyinib Səadət Xanla əlaqə qurmağa başladı.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Davdan
Davdan Pain (Xudafərin)
Debian
Debian ― Linux-a və ya GNU Hurd-a əsaslanan, yanlız sərbəst yayılan proqram təminatından ibarət olan və ilkin kodu açıq olan əməliyyat sistemidir. Bir çox Linux əməliyyat sistemi Debian əməliyyat sistemi əsasında yaradılmışdır. Hazırda Linux əməliyyat sisteminin ən populyar və önəmli distributivlərindən biridir. “Debian” adı layihənin əsasını qoyan Yan Mördok (Ian Murdock) və onun qız dostu (sonradan arvadı, indi isə keçmiş həyat yoldaşı) Debra Linn’in (Debra Lynn) adlarından yaranıb. Debian heç bir şirkətə məxsus olmayıb, cəmiyyətin məhsuludur. Debian 5.0 lenny-nin bütün paketlərinin yaradılması (323 milyon sətir kod) 8 milyard dəyərində işə barəbər hesab edilir. Debian, quraşdırma zamanı bir və ya bir neçə popular masaüstü mühitlərini seçməyi təklif edir. Defolt mühiti - GNOME-dır. Sistemi quraşdırandan sonra "tasksel" komandası ilə başqa mühitləri quraşdırmaq olar. == Paket idarə edilməsi == Debianda yeni paket lokal sistemdən qurulduğu zaman dpkg paket idarə etmə alətindən istifadə edilir.
Devrim
Devrim (türk. Devrim "inqilab" və ya "çevriliş") — Türkiyə Respublikasının 4-cü prezidenti olmuş Camal Gürsəlin əmri ilə 1961-ci il Respublika günü münasibətilə hazırlanmış 4 nümunəlik avtomobil. Yüngül avtomobillər sinfinə daxil bir avtomiobil olmuşdur. Uzunluğu 4.5 , eni 1.8 m, hündürlüyü 1550 mm olan bir avtomobil. Avtomobilin ümumi çəkisi 1250 kq olmuşdur. Bu avtomobillər 4 ay yarıma hazırlanmış və istifadəyə verilmişdir. Gələcəkdə seriya buraxılışları planlaşdırılırdı. Layihə əsasında yalnız avtomobilin ümumi raması və xarici quruluşu işlənə bilir. Mühərrik və idarəetmə qurğusu isə xaricdən alınır. Cəmi dörd nümunə hazırlanır.
Devrək
Devrək (türk. Devrek) — Zonquldak ilinin ilçəsi. Əhalisi 57.540 nəfərdir. 14 may 1920-ci ildə Zonquldak ilinin ilçəsi statusu almışdır. Məmur Ümid Altay, bələdiyyə başçısı isə Çətin Bozqurddur. == Tarixi == Qədim dövrlərdən bəri dərin köklü bir tarixə sahib olan Devrek bölgənin sosial və mədəni yükünü digər qonşuları ilə birlikdə icra edirdi. Bu çərçivədə, Devrek erkən xalkolit dövründə (e.ə. 5500) məskunlaşma səhnəsi idi və bu vəziyyət erkən tunc dövrünün sonuna qədər davam etdi. Eramızdan əvvəl 2000-ci ildən Yunan dövrünə qədər 'Qaranlıq Əsr' adlandırdığımız bu illərdə heç bir yaşayış məskəninin olmadığı Devrəkin Ellinizm Dövründən bəri tikintiyə məruz qaldığı aydın olur. Buna görə Devrekdə və ətrafındakı ərazilərdə Hitti yaşayış yeri yoxdur.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir. == Əhali == Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Coğrafiya == Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. == Tarix == Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır. Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Fevral
Fevral — Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (4 ildən bir 29) ibarətdir. İlin ən qısa ayıdır. Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Kətran
Kətran - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Erm. SSR AS RH-nin 21.06.1948-cı il fərmanı ilə adı dəyişdirilib Getameç qoyulmuşdur.
Ləzran
Ləzran (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ləzran (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.