[Nigar xanım:] Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “ ”.
□ Heyran etmək (buraxmaq) – valeh etmək, məftun etmək, heyrət içində buraxmaq.
Oğlanın cəsarəti, bu yad yerdə qorxmaması onu [Zərnigarı] heyran etmişdi.
Heyran qalmaq (olmaq) – valeh olmaq, məftun olmaq; bir şey qarşısında vurulmuşcasına çaşıb qalmaq.
Nə gözəldir, nə qəribə, səfalı; Heyran olur adam görcək bu halı.
Həm də gözəl ney çalır, o qalır yana-yana; Eşidən heyran qalır onun mahnılarına.