Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Desibel
Desibel (en. decibel), (ru. децибел), (tr. desibel) — səs gurluğunun ölçü vahidi. Belin 0,1 hissəsidir: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in (Alexander Graham Bell) şərəfinə adlandırılıb. Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum (etalon) səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: dB = n log (x/r), burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur.
Dəlilər
Dəlilər (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Qəmərli) — Qərbi Azərbaycannın Qəmərli rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Osmanlı imperiyası) — Osmanlı imperiyası qoşunları yüngül nizami süvari birləşmələr.
Dəlitərə
Dəlitərə (lat. Hypecoum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. == Alınması == Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). == Quruluşu == Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Ali Demirel
Əli Dəmirəl (13 mart 1944, İstanbul – 28 iyun 2021, Marmaris, Muğla ili) ― Türk teatr, kino və serial aktyorudur.
Amaranthus delilei
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Dikduran dəlitərə
Dikduran dəlitərə (lat. Hypecoum erectum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Dəlilər (Ağsu)
Dəlilər — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəlilər Ağsu rayonunun Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osm. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Dəlilər (Saatlı)
Dəlilər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəlilər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəlilər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Dəlilər bələdiyyəsi
Dəlilər bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Dəlilər bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Nazikmeyvə dəlitərə
Nazikmeyvə dəlitərə (lat. Hypecoum leptocarpum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Süleyman Dəmirəl
Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü. == Həyatı == 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir. 1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir. 1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. == Futbol üzrə Avropa çempionatı 2008 == Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Əmrah Çəlikəl
Əmrah Çəlikəl (türk: Emrah Işık Çelikel) — "Qarabağ" futbol klubunun direktoru. == Həyatı == Əmrah Çəlikəl 1976-cı ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Deniel Kaneman
Deniel Kaneman (ing. Daniel Kahneman; 5 mart 1934, Tel-Əviv) — İsraildə anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı və psixoloq. == Həyatı == Deniel Kaneman Yerusəlim Yəhudi Universitetində psixologiya və riyaziyyat üzrə təhsil almışdır. Sonra isə Berkli Kaliforniya Universitetində psixologiya təhsilinə davam etdi. Deniel Kaneman Anna Trismenlə evlidir. == Fəaliyyəti == Deniel Kaneman Gözləmə nəzəriyyəsini Emos Tverski ilə birlikdə quran iki təcrübi psixoloqdan biridir. Fərdlərin riskli və qeyri-müəyyən şəraitlərdə qərar və seçim proesesləri ilə bağlı suallar meydana gətirərək cavablarını da vermiş, minlərlə qərar nümunəsi təkmilləşdirmişlər. Deniel Kaneman fərdlərin nəticələri dəqiq olan hadisələri şişirdərək bunlara nəticələri dəqiq olmayan hadisələrdən daha çox önəm verdiyini qəbul etmişdir. Yəni insanlar qarışıq, riskli hadisələrdə, qərar verərkən hər zaman məntiq və ağılla hərəkət etmirlər. Məqbul qərarlar qəbul etməyən insan modeli iqtisadiyyat sahəsində ümumiliklə qəbul olunmuş, rasional və məntiqli hərəkət edən, öz mənafeyini güdən insan modeli ilə ziddiyət yaratmışdır.
Deniel Kreyq
Deniel Kreyq (2 mart 1968[…], Çester, Çeşir[d]) — ingilis aktyoru. == Həyatı == Deniel Kreyq 1968-ci il martın 2-də İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft:Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Colinin rəqibi olan Ceyms Bond rolunun gələcək ifaçısı ilə tanış olur. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal Kazino” filmindəki 007 nömrəli agent Ceyms Bomd rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur.
Deniel Makfadden
Deniel Makfadden (ing. Daniel Little McFadden) (29 iyul 1937[…], Roli[…]) — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir. == Həyatı == Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı.
Deniel Redklif
Deniel Ceykob Redkliff (ing. Daniel Jacob Radcliffe; 23 iyul 1989[…]) — Britaniyalı teatr və kino aktyoru. Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyoru. 2001-ci ildən 2011-ci ilədək Emma Uotson və Rupert Qrint ilə birlikdə 8 Harri Potter filmində oynayaraq məşhurlaşmışdır. == Həyatı == === İlk İlləri === Daniel, Londonda Alan Redklif və Marsia Qrişemin ailəsində anadan olmuşdur. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol almışdır. Anası yəhudidir və Vestklif-Esseksdə böyümüşdür. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırmışdır.
Deniel Redkliff
Deniel Ceykob Redkliff (ing. Daniel Jacob Radcliffe; 23 iyul 1989[…]) — Britaniyalı teatr və kino aktyoru. Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyoru. 2001-ci ildən 2011-ci ilədək Emma Uotson və Rupert Qrint ilə birlikdə 8 Harri Potter filmində oynayaraq məşhurlaşmışdır. == Həyatı == === İlk İlləri === Daniel, Londonda Alan Redklif və Marsia Qrişemin ailəsində anadan olmuşdur. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol almışdır. Anası yəhudidir və Vestklif-Esseksdə böyümüşdür. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırmışdır.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Dəlilər (Osmanlı imperiyası)
Dəlilər (türk. deli, osm. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.