Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donskoy
Donskoy — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Dmitri Donskoy
Dmitri İvanoviç Donskoy (rus. Дмитрий Иванович Донской; 12 oktyabr 1350, Moskva, Böyük Moskva Knyazlığı – 19 may 1389, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1359–1389). Dmitrinin hakimiyyəti illərində Moskva knyazlığı rus torpaqlarının birləşməsinin əsas mərkəzlərindən birinə çevrildi və Vladimir Böyük knyazlığı Moskva knyazlarının irsi mülkiyyətinə çevrildi, Tver və Smolensk knyazlıqlarının təsiri buradan çıxdı. Qızıl Orda üzərində mühüm hərbi qələbələr qazanıldı. Ağ daşlı Moskva Kremli də onun dövründə tikildi. Knyazın tərcümeyi-halı və onun hakimiyyəti haqqında məlumatlar XIV əsrə aid anonim ədəbi abidədə "Rusiya çarı Böyük knyaz Dmitri İvanoviçin həyatı və istirahəti haqqında söz"də ətraflı təsvir edilmişdir. Dimitri İvanoviç 1380-ci ildə Qızıl Orda sərkərdəsi Mamay xana Don çayı sahilində Kulikovo döyüşündə qalib gəlib, Qızıl Orda qoşunlarını darmadağın etmişdir. Bu qələbəyə görə ona "Donskoy" ləqəbi verilmişdir.
Donskoy Çulek
Donskoy Çulek, yuxarı və orta axarlarda Donskoy Çulek axarı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Myortvı Dones çayının sağ qolunu təşkil edir. Don deltasından axan əsas qollardan biridir. Uzunluğu 26 km, hövzəsinin sahəsi isə 186 km² təşkil edir. Mənbəyinin hündürlüyü 100,4 metr. Mənsəni isə 0,4 metr təşkil edir. Düşmə meyli 3,9 m/km təşkil edir. == Axını == Çay öz başlanğıcını Tuzlov çayı ilə su ayrıcı yolunu oynayan ərazidən götürür. İnzibati cəhətdən Rostov vilayətinin Myaskinovski rayonu Karpo-Nikolaevka kəndi ərazisindən başlayır. Karpo-Nikolaevka kəndinin cənubundan, Krasnı Krım yolundan başlayır.
Din-le-Ben
Din-le-Ben (fr. Digne-les-Bains, oks. Dinha) — Fransanın ən qədim balneoloji kurortlarından biridir. Provans şəhərində yerləşən Yuxarı Provans Alpları departamentinin prefektur kimi idarə olunur. Əhalisi - 17,6 min (Fransanın ən az yaşayış məntəqələrindən biri). Din, məşhur Napoleon yolunda, Bleon çayının sol sahilində yerləşir. Din şəhəri lavanda ilə məşhurdur. == Tarix == İnsanlar əvvəlki dövrlərdə belə Dinin yerləşdiyi yerdə yaşayırdılar. Dinia adı I əsrində verilmişdir. Burada təşkil edən ilk Romalılar Termlər (hamam) qurmağa başlamışdılar.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Den-Hoorn
Hoornte və ya De Hoorn Şimali Hollandiya əyalətinin Teksel bələdiyyəsi nəzdində yerləşən kənd. Den-Helder şəhərindən 9 km şimalda yerləşir. 2001-ci ildə kəndin əhalisi 443 nəfər olmuşdur.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. == Həyatı == Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc kimi bestsellerlərin müəllifidir. == Həyatı == Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib. Den Braun Fillips-Ekseter akademiyasının nəzdində olan orta məktəbi bitirdikdən sonra, elə həmin akademiyadan da məzun olur. Akademiyanın diplomunu aldıqdan sonra təhsilini Massaçusetsin Amxerst kollecində davam etdirən Den, sonuncu kursunu İspaniyanın Seviliya Universitetində oxuyur və 1986-cı ildə linqvistika üzrə bakalavr dərəcəsi alır.
Den Burq
Den Burq Şimali Hollandiya əyalətində yerləşən şəhərcik. Teksel bələdiyyəsi tabeçiliyində olan ən böyük şəhərdir. Tarixi mərkəz kimi şöhrət qazanmışdır. Şəhərin böyük meydanında hər həftəsonu yarmarkalar təşkil olunur. Bütün bunlara baxmayaraq, Den Burq adanın ən az turist cəlb edən bölgəsidir. 2001-ci il statistikasına istinadən şəhərdə 6.160 nəfər yaşayır. 1.47 min km2 ərazidə təxminən 2.645 yaşayış məntəqəsi mövcuddur. Şəhər Niderland Ali Dəniz Tədqiqatları İnstitutuna ev sahibliyi edir. Şəhərin Kogerstraat küçəsində süni dil olan Esperantonun şərəfinə abidə ucaldılmışdır.
Den Fyurriqal
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Den Kueyl
Den Kueyl — ABŞ-lı siyasətçi. 1989-1993-cü illərdə, Prezident Corc H.U. Buşun hakimiyyəti dövründə ABŞın 44-cü vitse-prezidenti vəzifəsində çalışmışdır.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı. Simmonsun qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Den Stivens
Daniel Conatan Stivens (ing. Daniel Jonathan Stevens; 10 oktyabr 1982, Kroydon, London) — ingilis aktyorudur. O ilk dəfə ITV-nin tanınmış Daunton monastrı (2010-2012) dram serialındakı Metyu Krouli roluna görə beynəlxalq tanınma qazanı. O həmçinin Qonaq (2014) triller filmində Devid, Muzeydə gecə: Məzarın sirri (2014) macəra filmində ser Lancelot, Disneyin Gözəl və bədheybət (2017) filmində Bədheybət/Şahzadə, Marşall (2017) bioqrafiq dramda Lorin Uillis, Miladı icad edən (2017) bioqrafik dramında Çarlz Dikkens və Avroviziya Mahnı Müsabiqəsi: Alovun hekayəsi (2020) filmində rusiyalı təmsilçi Aleksandr Lemtov rolunu ifa edib. 2017-19-cu illərdə FX-in Legion serialinda Devid Heller roluna çəkildi. 2018-ci ildə Netflix-in qorxu-trilleri Apostol filmində rol aldı. == Həyatı == Stivens anadan olanda hər ikisi müəllim olan valideynlər tərəfindən övladlığa götürülüb və Uelsdə və İngiltərənin cənub-şərqində böyüyüb. Onun 1984-cü il təvəllüdlü Ceyson Endrü Stevens adlı bioloji kiçik qardaşıda müxtəlif valideynlər tərəfindən övladlığa götürülüb. Stivens Kentdəki müstəqil məktəb olan Tonbridge məktəbində təqaüdlə təhsil alıb. Orada müəllimi, yazıçı Conatan Smit ilə Makbet-də baş rol üçün dinləmələrdən sonra dramla maraqlandı.
Den Syaopin
Den Syaopin (çin. 鄧小平; 22 avqust 1904[…] – 19 fevral 1997, Pekin) — Çin Kommunist Partiyası Hərbi Şurasının sədri (1976–1989).
Maks Den
Maks Den (ing. Max Dehn; 1878 – 1952) — Alman riyaziyyatçısıdır; eyni böyüklükdə çoxüzlülər haqqında Hilbertin 3-cü problemini həll etmişdir.
Den Reynolds
Den Reynolds (ing. Daniel Coulter Reynolds; 14 iyul 1987, Las-Veqas, Nevada) — amerikalı müğənni, bəstəkar, musiqiçi, multiinstrumentalist və musiqi prodüseri, eləcə də aktyordur. Imagine Dragons rok qrupunun vokalçısı və qurucusu. == Erkən illəri == O,14 iyul 1987-ci ildə Nevada ştatında anadan olub. Altı yaşında artıq fortepianoda və başqa musiqi alətlərində ifa etməyi bacarırdı. Reynolds böyük istedada malik idi, lakin gələcəkdə musiqiçi olmaq haqqında düşünmürdü. Tələbəlik illərində o, dostları - Endryu Tolman və Brittani Tolmanla birlikdə musiqi qrupu yaratdı. Vaxt keçdikcə oğlanların hobbisi daha da böyüdü və qrupa yeni üzvlər qoşuldu: Wayne Sermon, Ben McKee və Daniel Platzman . == Karyera == === Imagine Dragons (2008) === Den Reynolds zərb alətləri, akustik gitara, piano və saksafonda ifa edən vokalçıdır. İmagine Dragons qrupu yarandıqdan sonra 2011-ci ilin noyabrında Interscope Records ilə müqavilə bağladılar və prodüser Alex Da Kid ilə işləməyə başladılar.
Den Vilson
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur. Vilson müxtəlif insanlarla əməkdaşlıq etdi.Pink, Celine Dion, Leon Bridges, Mitski, Claud, Halsey, Weezer, Panic daxil olmaqla bir sıra məşhur sənətçilər Diskotekada, Səhər Gödəkçəm, Dierks Bentley, John Legend, Joy Oladokun, Laufey və bir çox başqaları. 2012-ci ildə Wilson Swift-in dördüncü studiya albomu Red üçün Taylor Swift ilə birlikdə yazdığı "Treacherous" mahnısının prodüseri oldu və nəticədə əlavə olaraq İlin Albomu Grammy nominasiyası qazandı. 2021-ci ildə Wilson "Treacherous"un yenidən yazılmış versiyasını prodüser etdi Swift-in ikinci yenidən yazılmış albomu, Red (Taylor's Version). 10 noyabr 2023-cü ildə Vilson "Kəpənək" üçün İlin Mahnısı üçün Grammy nominasiyaları aldı,Jon Batiste ilə yazdığı mahnı və "White Horse" üçün ən yaxşı ölkə mahnısıChris Stapleton ilə birlikdə yazdığı. 2024-cü ilin yanvarında Vilson American Symphony sənədli filmi üçün Jon Batiste ilə birlikdə yazdığı "It Never Went Away" mahnısı Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Akademiya Mükafatına namizəd oldu. Semisonic-in lideri olmaqla yanaşı, Vilson 2017-ci ildə Re-Covered buraxılışı da daxil olmaqla bir neçə solo səs yazısı buraxdı. O, eyni zamanda Minneapolis psixikalı rok qrupu Trip Shakespeare-in üzvü idi.
Den Arieli
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967, Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır. == Bioqrafiya == Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır . Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir.
Din-le-Ben (rayon)
Din-le-Ben (fr. Digne-les-Bains) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Provans Alpları. Suprefektura — Din-le-Ben. Rayon əhalisi 2006-cı ildə 54 250 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 22 nəf / km². Rayon ərazisi — 2465 km².
Dmitri Donskoy (roman)
"Dumitri Donskoy" (rus. «Дмитрий Донской») — rus sovet yazıçısı Sergey Borodin (1902—1974) tərəfindən qələmə alınmış tarixi roman (1941). Romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxədən çox olmuşdur. == Təltif və mükafatları == 2-ci dərəcəli Stalin mükafatı. == Ədəbiyyat == Шерстнёва Н. Художественная правда в романах С. Бородина «Дмитрий Донской» и «Звёзды над Самаркандом»: Автореф. канд. дис. == Xarici keçidlər == Сергей Бородин. Дмитрий Донской.
Dmitriy Donskoy (roman)
"Dumitri Donskoy" (rus. «Дмитрий Донской») — rus sovet yazıçısı Sergey Borodin (1902—1974) tərəfindən qələmə alınmış tarixi roman (1941). Romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxədən çox olmuşdur. == Təltif və mükafatları == 2-ci dərəcəli Stalin mükafatı. == Ədəbiyyat == Шерстнёва Н. Художественная правда в романах С. Бородина «Дмитрий Донской» и «Звёзды над Самаркандом»: Автореф. канд. дис. == Xarici keçidlər == Сергей Бородин. Дмитрий Донской.
Başlanğıc (Den Braun)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Cəhənnəm (Den Braun)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Dəb
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) və ya moda — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığı. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. üstünlük göstərə bilər. Dəb anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir.
Dərəköy
Dərəköy (Qızıl Qoç)
Yeniköy
Yeniköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 60 km məsafədə, Arpaçayın sol sahilində yerləşir. Toponim "təzə" mənasında işlənən yeni sözü ilə türk dilində kənd mənasında işlənən "köy" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı dəyişdirilib Xarkov qoyulmuşdur. 1897-ci ilədək kənddə azərbaycanlılar yaşamışdır. 1897-ci ildə xaricdən köçürülən 285 erməni bu kənddə yerləşdirilmiş, azərbaycanlılar qovulmuşdur. Həmin ildə (1897) kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamışdır.
Yeniköy razılaşması
Yeniköy razılaşması — 1912–1914-cü illər arasında Avropa dövlətləri tərəfindən hazırlanmış və Osmanlı imperiyası ərazisində ermənilər üçün iki vilayətin yaradılması, onların ermənilər ilə bağlı məsələlərə müdaxilə edərək iki avropalı baş müfəttişin nəzarəti altında olması haqqında islahat planı. Baş müfəttişlər erməni əhalisinin əsas hissəsinin məskunlaşdığı altı şərq vilayətində ən yüksək vəzifə tutacaq, Ərzurum və Vandakı müvafiq postlarında məskunlaşacaqdılar. İslahat paketi 8 fevral 1914-cü ildə imzalanmışdır. Buna baxmayaraq, razılaşma Osmanlı imperiyası Birinci Dünya müharibəsinə daxil olduqdan bir neçə həftə sonra, 16 dekabr 1914-cü ildə ləğv edilmişdir. Balkan müharibələri Osmanlı ermənilərinin şəraitini yaxşılaşdırmaq üçün yeni planların ortaya çıxarılmasına imkan yaratmışdı. Rusiya hökuməti bütün ermənilərin katolikosunu Qafqaz canişini vasitəsilə ermənilərin məskunlaşdığı Osmanlı vilayətlərində islahatlar üçün Osmanlı hökumətinə müraciət etməyə təşviq etmişdi. İslahat layihəsi Rusiyanın İstanbuldakı səfirliyinin draqomanı Andre Mandelştam və Ermənistan Milli Assambleyasının nümayəndələri tərəfindən tərtib edilmişdir. Bu, Konstantinopolda Fransa, Britaniya və İtaliya səfirlərinin görüşündə təqdim edilmişdir. İslahat paketi 8 fevral 1914-cü ildə vəzir Səid Halim Paşa tərəfindən təmsil olunan Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmışdır. İlk iki müfəttiş kimi Niderland Ost-Hindinin administratoru Lui Konstan Vestenek və Norveç Ordusunun mayoru Nikolay Hoff seçilmişdir.
Dərəköy (Çiftlikköy)
Dərəköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Yalova vilayətinə 19 km, Çiftlikköy rayonundan 14 km məsafədədir.