taxıl-dən

taxıl-dən
taxıl
taxılbiçən
OBASTAN VİKİ
Taxıl
Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır: əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı; Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur. Çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. Çılpaq dənli bitkilərdə meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym vardır. Meyvə qılafı – (perikarpiy) bir neçə qat toxumalardan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozanlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir. Toxum qılafı – (perispermiy) 2 qatdan ibarətdəir: 1. Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı) və xlorofil (göy-yaşıl) vardır; 2.
Taxıl böcəkləri
Taxıl böcəkləri (lat. Zabrus) — sərtqanadlılar və ya böcəklər dəstəsinin karabidlər (lat. Carabidae) fəsiləsinin əsl karabidlər yarımfəsiləsinə (lat. Carabeinae) aid cinsdir. Cinsə daxil olan növlərin bədəni əsasən enli olub oval formalıdır, az-çox uzunsovdur, yanları çox vaxt paraleldir. Növlərin əksəriyyətinin rəngi qətrana oxşar qaradır, çox vaxt metal parlaqlığı var. Bığcıqları sap şəklındədir, 11 buğumludur, üzərində qıllı məsamələr var. Bığcıqların ikinci buğumu boyca birincinin yarısı qədərdir, üçüncü buğumu isə birincidən demək olar ki, iki dəfə uzundur. Qalan buğumlar təxminən eyni uzunluqda olub, üçüncü buğumdan bir qədər qısadır, azca sıxılmışdır. Sonuncu buğum uzunsov-oval şəklindədir.
Taxıl quyusu
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır.
Taxıl taxtabitisi
Taxıl taxtabitisi (lat. Trigonotylus ruficornis Geoffr.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bu növ korcalar Miridae fəsiləsinə məmsub olub, geniş yayılmışdır. Uzunluğu 5.7–6.3 mm – dir. Yumurta mərhələsində qışlayır. Payızda yarpaqların toxumaları arasında 6 – 10 dənə yumurta qoyur. Erkən yazda yumurtadan çıxan sürfələr payızlıq dənli bitkilər üzərində qidalanır. İyunun əvvəllərində birinci nəsil yetkin formaya keçir. Bunlar yazlıq dənli bitkilər üzərində qidalanır və yumurta qoyur. İkinci nəslin inkişafı da dənli bitkilər üzərində gedir.
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir. XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir.
Açıq sarı dən sovkası
Qarğalarla taxıl sahəsi (tablo)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qara Dəniz Taxıl Təşəbbüsü
Qara Dəniz Taxıl Təşəbbüsü (ing. Black Sea Grain Initiative) Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış sazişdır. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını nəzərdə tutur. 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu əvvəllər Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı. Nəticədə 22 iyul 2022-ci il tarixində İstanbulda saziş imzalandı. Razılaşmanın qüvvədə olma müddəti ilkin olaraq 120 gün müəyyənləşdirilmişdi. İstanbul sazişi 2022-ci il ərzaq böhranının həll edilməsi üçün müəyyən limanlardan taxılın təhlükəsiz ixracı istiqamətində mexanizm formalaşdırdı. Sazişin icrası istiqamətində Türkiyədə BMT-nin də katiblik qismində iştirak etdiyi "Birgə Koordinasiya və Təftiş Mərkəzi" yaradıldı.
70-dən 1-ə... 1-dən 70-ə (film, 2004)
Qarğalarla taxıl sahəsi (rəsm əsəri)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978)
Texniki təbliğat filmi taxıl istehsalının ehtiyat mənbələri barədə söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
SSRİ Ali Sovetində Azərbaycan SSR-dən deputatları
SSRİ Ali Soveti — Sovet İttifaqının ən yüksək orqanı olub. Deputat 4 il müddətinə gizli səsvermə ilə, bərabər və birbaşa seçkilər ilə seçilir. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi. İttifaq və Millətlər Soveti deputatlarının bərabər sayda ibarət idi. İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Respublikasından 32 millət vəkili, hər Muxtar Respublikasından 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər Milli Bölgəsindən bir deputat seçilirdi. SSRİ Ali Sovetinə fəhlələr, kolxozçulər, Sovet intilliqensiyası, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi. Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938–1991-ci illərdə cəmi 710 nəfər seçilib. Azərbaycan SSR Naxçıvan MSSR Dağlıq Qarabağ MV M. Musayev. Azărbaycanlı deputatlar SSRI Parlamentindă 1938–1988. Bakı-2002.
Azərbaycan Premyer Liqasında 100-dən çox qol vuran futbolçuların siyahısı
== O ==