is. 1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu.
Dənin ağırlığından sünbüllər başını əyir, biçinçilərə gəl-gəl deyir. Mir Cəlal.
Qarğıdalının da dəninin çox hissəsi sulu karbonlardan ibarətdir.
□ Dən bağlamaq (tutmaq) – dənli bitkilərdə dən əmələ gəlmək, başaq bağlamaq, toxumlanmaq.
Əzizim nədən bağlar; Pərvanə nədən bağlar; Əkmə namərd zəmisin; Nə bitər, nə dən bağlar. (Bayatı).
Dənə düşmək – çox dən yeməkdən xəstələnmək (bəzi ev heyvanları haqqında).
2. Ümumiyyətlə, taxıl, buğda, arpa, düyü və s. dənli bitki məhsulu. Dəyirmanda dənin yox, şahad üstə başımı niyə yarırsan? (
Ata. sözü ).
3. Quş yemi. Quş dənə yığılar, çibin şirəyə. (
Ata. sözü ).
Sənəm qarı balağından çəngə ilə dən götürüb toyuq-cücələrə səpirdi. Ə.Məmmədxanlı.
4. məc. Saç və saqqalda tək-tək ağ tük.
Kiçik bir zeh açdı saçlarına dən; Başda çiçək açar insan hünəri. S.Vurğun.
□ Dən düşmək (saça, saqqala) –
1) tək-tük ağarmaq.
Nə erkən sənə dən düşdü, … Beynimmi qüvvədən düşdü? Ağarma, saçım, ağarma! M.Araz.
Deyirəm gücümü elə vermişəm; Saçıma dən düşsə, qoy düşsün, nə qəm. R.Rza.
Artıq alnım qırışdı, saçlarıma düşdü dən. Ə.Cəmil;
2) ağarmağa başlamaq, yetişməyə başlamaq.
Dağlara çən düşəndə; Sünbülə dən düşəndə; Ruhum qəfəsdə oynar; Yadıma sən düşəndə. (Bayatı).