Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dortnu
Dortnı (hal-hazırda: Antaraşat erm. Անտառաշատ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. Qafan şəhərindən 7 km şimalda yerləşən kənd 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Adı == Toponim qıpçaq mənşəli «durt» (>dort) etnonimi əsasında yaranmışdır. F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el «dördnu» adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə dəyişdirilərək Antaraşat (erm. Անտառաշատ) edilib.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Bartelemi Derblo
Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625, Paris – 8 dekabr 1695, Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır. Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir.
Derəli (Salmas)
Deyr Əli (fars. ديرعلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (85 ailə).
Dərili (Xudafərin)
Dərili (fars. دریلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (84 ailə).
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Marselen Bertlo
Pyer Ejn Marselen Bertlo (fr. Pierre Eugène Marcellin Berthelot; 25 oktyabr 1827[…], Keçmiş VII arondisman[d] – 18 mart 1907[…], Paris) — fransız kimyaçısı, akademik, dövlət xadimi. 1827-ci ildə anadan olmuşdur. 1854-cü ildə stearin, palmitin, olein və digər yağların analoqlarını sintez etmişdir. Həmin ildə etileni hidratlaşdırmaqla etil spirtini, 1851-ci ildə benzol, fenol, naftalini, 1862-ci ildə su və karbon (II) oksiddən qarışqa turşusunu almışdır. Asetilen əsasında bir sıra aromatik karbohidrogenləri almağa nail olmuşdur.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Vertyu və Moir cütlüyü həmdə Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.
Urtlu (Pərsabad)
Urtlu (fars. اورتلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (36 ailə).
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Gerhard Ertl
Gerhard Ertl (10 oktyabr 1936[…], Ştutqart[…]) — alman kimyaçısı, Fritz Haber İnstitutunun [[[Almaniya]]da] Maks Plank Cəmiyyətinin rəhbəri (1986–2004 il), fəxri professor, Kimya üzrə Volf mükafatı laureatı (1998 il), 2007-ci il Kimya üzrə "Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə" Nobel Mükafatı. == Bioqrafiyası == Gerhard Ertl 10 oktyabr 1936-cı ildə Ştutqartda anadan olub. 1955–1957-ci illərdə Ştutqart Texniki Universitetində, 1957–1958-ci illərdə Paris Universitetində və 1958–1959-cu illərdə Münhen Lüdviq Maksimilian Universitetlərində təhsil alıb. Fəlsəfə doktoru adına layiq görüldükdən sonra 1965–1968-ci illərdə Münhen Texniki Universitetində assistent və müəllim kimi fəaliyyət göstərmişdir. 1968–1973-cü illərdə Gerhard Ertl Hannover Texniki Universitetində professor və direktor olub. O, həmçinin 1973–1986 illərdə Münhendəki Lüdviq Maksimilian Universitetinin Fiziki Kimya İnstitutunun professoru olub. 1970–1980-ci illərdə alim Kaliforniya Texnologiya İnstitutunda, Viskonsin-Milvaukee Universitetində və Berklidəki Kaliforniya Universitetində mühazirələr oxuyub. 1986-cı ildə Berlin Azad Universitetində və Berlin Texniki Universitetində professor olmuşdu. 1986-cı ildə Gerhard Ertl 2004-cü ilə qədər rəhbərlik etdiyi Maks Plank Cəmiyyətinin Fritz Haber İnstitutunun direktoru vəzifəsini keçdi.1996-cı ildə Berlin Humboldt Universitetinin də professoru olmuşdu. == Elmi araşdırmaları == Gerhard Ertl ammonyakın dəmir üzərində katalitik sintezinin molekulyar mexanizmini (Haber-Bosch prosesi) və palladiumda dəm qazının katalitik oksidləşməsini ətraflı öyrənmişdir.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.