Gerhard Ertl (10 oktyabr 1936[1][2][…], Ştutqart[4][5][…]) — alman kimyaçısı, Fritz Haber İnstitutunun [[[Almaniya]]da] Maks Plank Cəmiyyətinin rəhbəri (1986–2004 il), fəxri professor, Kimya üzrə Volf mükafatı laureatı (1998 il), 2007-ci il Kimya üzrə "Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə" Nobel Mükafatı.
Gerhard Ertl | |
---|---|
alm. Gerhard Ertl | |
Doğum tarixi | 10 oktyabr 1936[1][2][…] (88 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gerhard Ertl 10 oktyabr 1936-cı ildə Ştutqartda anadan olub. 1955–1957-ci illərdə Ştutqart Texniki Universitetində, 1957–1958-ci illərdə Paris Universitetində və 1958–1959-cu illərdə Münhen Lüdviq Maksimilian Universitetlərində təhsil alıb.
Fəlsəfə doktoru adına layiq görüldükdən sonra 1965–1968-ci illərdə Münhen Texniki Universitetində assistent və müəllim kimi fəaliyyət göstərmişdir. 1968–1973-cü illərdə Gerhard Ertl Hannover Texniki Universitetində professor və direktor olub. O, həmçinin 1973–1986 illərdə Münhendəki Lüdviq Maksimilian Universitetinin Fiziki Kimya İnstitutunun professoru olub. 1970–1980-ci illərdə alim Kaliforniya Texnologiya İnstitutunda, Viskonsin-Milvaukee Universitetində və Berklidəki Kaliforniya Universitetində mühazirələr oxuyub. 1986-cı ildə Berlin Azad Universitetində və Berlin Texniki Universitetində professor olmuşdu. 1986-cı ildə Gerhard Ertl 2004-cü ilə qədər rəhbərlik etdiyi Maks Plank Cəmiyyətinin Fritz Haber İnstitutunun direktoru vəzifəsini keçdi.1996-cı ildə Berlin Humboldt Universitetinin də professoru olmuşdu.
Gerhard Ertl ammonyakın dəmir üzərində katalitik sintezinin molekulyar mexanizmini (Haber-Bosch prosesi) və palladiumda dəm qazının katalitik oksidləşməsini ətraflı öyrənmişdir. O, platin səthlərində vibrasiya reaksiyalarının mühüm hadisəsini kəşf etdi və ilk dəfə olaraq fotoelektron mikroskopdan istifadə edərək reaksiya zamanı baş verən səthin strukturunda və örtüyündə baş verən vibrasiya dəyişikliklərinin şəkilini çəkdi.[6]
1998-ci ildə -Kimya üzrə Volf Mükafatı (G. Ertl 1998-ci ildə Berkli Kaliforniya Universitetindən Qabor Samorja ilə bölüşdüyü "Ümumilikdə elm sahəsinə səthüstü və xüsusən də tək kristal səthdə heterogen katalitik reaksiyaların əsas mexanizmlərini aydınlaşdırılmasına xüsusi töhfələr verdiyinə görə")
2007-ci ildə — Kimya üzrə Nobel mükafatı (Bərk səthlərdə kimyəvi proseslərin öyrənilməsinə görə).
"Leopoldina" Alman Təbiətşünaslar Akademiyasının üzvü (1986 il),[7]
Papa Elmlər Akademiyası (2010),[8]
Avstriya Elmlər Akademiyasının müxbir üzvü (2001 il),[9]
ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2002 il),[10]
Rusiya Elmlər Akademiyasının üzvü (2011 il).[11]
2011/2012-ci tədris ilində Gerhard Ertlin şərəfinə Əsas Elmlər (Kimya) üzrə Beynəlxalq Olimpiada keçirilmişdir.[12]