Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Qolqat
Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı «Qovluqat»dır. Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay», «dərə, vadi» mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Dalmat birəotu
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray güman ki, 1309–1424-cü illər arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dollar (ABŞ)
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. == Tarixi == == Baxış == ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Dollar (astana)
Dollar astanası (başq. ҡыҫыҡ) — Katun çayının Manjerok kəndi ərazisindən keçək hissəsində yerləşir. Çayın axdığı bu hissədə suyun dərin olmasına baxmayaraq astanalar böyük dalğalar əmələ gətirir. Astananın sahilində düşərgə və tualet olmasınsa baxmayaraq bunlar pulludur. Dəfələrlə astanada Rusiyanın fristayl üzrə kubok yarışları keçirilmişdir.
Dollar (dəqiqləşdirmə)
Valyutalar
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ni də yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Dolqan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Dolğan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həm də rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Ksavye Dolan
Xavier Dolan (Xavier Dolan-Tadros) (20 mart 1989 Monreal, Kvebek) - Kanada əsilli fransız aktyor və kinorejissor. == Həyatı == Aktyor və müğənni olan Geneviève Dolan ilə Manuel Tadrosun oğludur. "J'ai tué ma mère" Dolanın ilk filmidir. Film avtobioqrafikdir. Bu film 2009 Kann Film Festivalında 3 mükafat aldı. "Les Amours Imaginaires" ikinci filmidi.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Oljas Süleymanov
Oljas Ömər oğlu Süleymenov (18 may 1936, Almatı, Qazaxıstan SSR, SSRİ) — şair, yazıçı-ədəbiyyatşünas, Qazaxıstanın ictimai-siyasi xadimi, səfir. Oljas Süleymenov 18 may 1936-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində anadan olub. Dünyanın 22 mütəfəkkiri sırasına daxil olub. 25 aprel 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülmüşdür. "Otan" ordeni Dostluq ordeni (Rusiya, 2007) V dərəcəli knyaz Müdrik Yaroslav ordeni (Ukrayna) "Şöhrət" ordeni (Azərbaycan, 21 iyun 2006) "Xidmətlərinə görə" ordeni (İnquşetiya, 7 avqust 2004) Qazaxıstanın Dövlət ödülü laureatı Ümumsovet Lenin komsomolu ödülü laureatı "Türk dünyasına qatqılarına görə" uluslararası ödülü (Türkiyə) "Şərəf" ordeni (Azərbaycan, 18 may 2020) "Köçərilər və Rusiya" ("Кочевники и Русь") adlı ilk məqalələri (1962) "Темные места "Слова о полку Игореве" ("İqor alayı haqqında dastan"-da qaranlıq yerlər) "Аз и Я" (Almatı, Jasuşı, 1975) Az-ya / rus dilindən tərc. ed. N. Səfərov; ön sözün müəllifi. C. Bəydili (Məmmədov).- B.: Şərq-Qərb, 2007.- 270, [2] s. Язык письма Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine(Yazı dili) / Roma, San Paolo, 1998) / Tatar elektron kitabxanasında Улыбка бога Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine (Tanrının gülümsəməsi) / Roma, San Paolo, 1998)/ Tatar elektron kitabxanasında "Пересекающиеся параллели" (введение в тюркославистику). Almatı, 2001.
Oljas Süleymenov
Oljas Ömər oğlu Süleymenov (18 may 1936, Almatı, Qazaxıstan SSR, SSRİ) — şair, yazıçı-ədəbiyyatşünas, Qazaxıstanın ictimai-siyasi xadimi, səfir. Oljas Süleymenov 18 may 1936-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində anadan olub. Dünyanın 22 mütəfəkkiri sırasına daxil olub. 25 aprel 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülmüşdür. "Otan" ordeni Dostluq ordeni (Rusiya, 2007) V dərəcəli knyaz Müdrik Yaroslav ordeni (Ukrayna) "Şöhrət" ordeni (Azərbaycan, 21 iyun 2006) "Xidmətlərinə görə" ordeni (İnquşetiya, 7 avqust 2004) Qazaxıstanın Dövlət ödülü laureatı Ümumsovet Lenin komsomolu ödülü laureatı "Türk dünyasına qatqılarına görə" uluslararası ödülü (Türkiyə) "Şərəf" ordeni (Azərbaycan, 18 may 2020) "Köçərilər və Rusiya" ("Кочевники и Русь") adlı ilk məqalələri (1962) "Темные места "Слова о полку Игореве" ("İqor alayı haqqında dastan"-da qaranlıq yerlər) "Аз и Я" (Almatı, Jasuşı, 1975) Az-ya / rus dilindən tərc. ed. N. Səfərov; ön sözün müəllifi. C. Bəydili (Məmmədov).- B.: Şərq-Qərb, 2007.- 270, [2] s. Язык письма Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine(Yazı dili) / Roma, San Paolo, 1998) / Tatar elektron kitabxanasında Улыбка бога Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine (Tanrının gülümsəməsi) / Roma, San Paolo, 1998)/ Tatar elektron kitabxanasında "Пересекающиеся параллели" (введение в тюркославистику). Almatı, 2001.
Pip dolma
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.