Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.[2]
kənd | |
Qolqat | |
---|---|
40°41′05″ şm. e. 44°01′26″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Ərtik rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin digər adı «Qovluqat»dır[4].
Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay»[5], «dərə, vadi»[6] mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün[7] birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1831-ci ildə 17 nəfər, 1873 -cü ildə 13 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır[8].
XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur.