Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Docikko
Docikko (ドジっ娘) — otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan termin ("doci" yapon dilində "kobud səhv" deməkdir). Docikko yapon ranobelərində, animelərində və manqalarında tip personaj kimi istifadə olunur. Bu söz "ドジっ子" kimi də yazıla bilər. Belə yazıldıqda sadəcə qadın yox, kişi personajlar üçün də aid edilə bilər. Ümumi götürüldükdə, bu cür personajlar gözəl, qəşəng, eləcə də şirin və sadəlövh kimi görünürlər, oxucularda onlara qarşı simpatiya yarana bilər. Personaj tez-tez hər gün ev və məktəb fəaliyyətlərində — ev işlərində, idman yarışlarında, hətta adi gəzintidə də uğursuzluğa uğrayır. Personaj addımbaşı yıxılır, əngəllərdən keçə bilmir. Həmişə etdiyi səhvlərə görə onun qanını qaraltsalar da, personaj həmişə öz yaxşı tərəfini göstərir, hər şeyi alt-üst etdiyinə görə peşmançılıq çəkir. Docikkoların etdiyi hərəkətlərə misal kimi pilləkanlardan sürüşmək, içkini yerə tökmək, müştərilərə xidmət edərkən qab-qacaqları sındırmaq və s. göstərmək olar.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Plaçido Dominqo
Plaçido Dominqo (21 yanvar 1941[…], Madrid) – Dünya şöhrətli ispan tenoru, opera müğənnisi.
Santo-Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Santo Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.
Viktor Onisko
Viktor Onisko (ukr. Віктор Онисько ; 17 dekabr 1982, Kiyev – 30 dekabr 2022) — ukraynalı film redaktoru və Rusiya-Ukrayna müharibəsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin hərbçisi. Viktor Onisko Ukraynanın məşhur kino redaktoru olub. O, təkcə Ukraynada deyil, həm də Avropa və ABŞ-da tanınan 20-dən çox Ukrayna filmi və serialı üzərində işləyib. Bunlara "Sevastopol uğrunda döyüş" (2015), "Leninin süqutu" (2017), "U311 Çerkassı" (2019), "Soyuqqanlılıq" (2019) və "Yüksələn şahin” (2019) daxildir. "Leninin süqutu" İvan Frankonun tarixi romanı əsasında çəkilib. Martın 4-də Onisko hərbi komissarlığa gəlib. O, müharibədə "Tarantino" kod adını daşıyırdı. O, Xerson, Donetsk və Luqansk vilayətləri ərazisində hərbi əməliyyatlarda iştirak edib. O, 30 dekabr 2022-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Santo-Dominqo stadionu
Santo-Dominqo stadionu — İspaniyanın El-Exido şəhərində 2001-ci ildə çox məqsədli olaraq inşa edilən stadion. Stadionda əsasən futbol yarışları keçirilir. İspaniyanın Polideportivo Ejido komandasının oyunlarını keçirdiyi stadion 7.870 tamaşaçı tutumuna malikdir.
Xuan Dominqo Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895[…] – 1 iyul 1974[…]) — Argentina hərbçisi və dövlət xadimi, 1946–1955 və 1973–1974-cü illərdə Argentina prezidenti. 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ. Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə — İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. 1941–1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943–1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944–1945); sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
İtalo-disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
Domino's Pizza
Domino's Pizza — 1960-cı ildə ABŞ-də yaradılan fast food şəbəkəsi.
Domino Recording Company
Domino Recording Company (və ya Domino Records) — Londonda mərkəzli Britaniyanın müstəqil səsyazma şirkəti.
Lusi Domisi Paris
Paris (v. 67) — Domisiya Lepidanın köləsi, sonradan azad insan, aktyor. == Həyatı == Paris öz azadlığını satın ala biləcək qədər varlanmışdır. O, azadlığını əldə etdikdən sonra Lusi Domisi Paris (lat. Lucius Domitius Paris) adını almışdır. Bunun müqabilində Domisiya Lepida azad edilmiş kölələrdən biri olan Atimet vasitəsilə nüfuzlu və məşhur anası Aqrippinanın onu vəzifədən salmaq üçün plan hazırladığına dair uydurmalarına Neronu inandırmaqda istifadə etmək üçün ona təsir etmişdir. Bununla belə, Paris teatrsevər Neronun rəğbətini o qədər yüksək tutmuşdu ki, hətta plan uğursuzluğa düçar olanda belə, sui-qəsdçilər arasında yalnız o cəzalandırılmamışdı və hətta az sonra imperator tərəfindən "azad doğulmuş" elan edilmişdir. Beləliklə, Domisiya onu azad etmək üçün aldığı məbləği geri ödəməli olmuşdur. Buna baxmayaraq, Neron sonradan Parisi özünə rəqib aktyor kimi görməyə başlamışdır. E.ə.
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
Mir-Xan domino oyunu
Avro disko ifaçılarının siyahısı
Avro disko ifaçılarının siyahısı - bu siyahıda Avro disko janrında ifa edən bütün ifaçıları və onların hit mahnıları vardır.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. == Məzmun == Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...