Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Ali Demirel
Əli Dəmirəl (13 mart 1944, İstanbul – 28 iyun 2021, Marmaris, Muğla ili) ― Türk teatr, kino və serial aktyorudur.
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Süleyman Dəmirəl
Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü. 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir. 1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir. 1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Süleyman Demirel Universiteti
Süleyman Dəmirəl Universiteti (türk. Süleyman Demirel Üniversitesi) ya da qısaca SDÜ — Türkiyənin müxtəlif şəhərlərində 22 yeni universitetin quruluşunu təşkil edən 3837 saylı qanunun 11 İyul 1992-ci ildə qüvvəyə minməsi ilə birlikdə Isparta şəhərində Süleyman Demirel Universiteti qurulmuşdur. Bu yeni universitetə İsparta şəhərində doğulmuş, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəlin adı verilmişdir. Süleyman Dəmirəl Universitetinin və Türkiyənin ən inkişaf etmiş fakültələrindən olan Mühəndislik və Memarlıq Fakültəsi 1418 saylı qanuna uyğun olaraq 21 Fevral 1976 tarixində "İsparta Dövlət Mühəndislik və Memarlıq Akademiyası"adı altında qurulmuşdur. Akademiya bir müddət sonra 2547 saylı Qanuna əlavə olaraq çıxarılan 41 saylı Qanun əsasən 1982-ci ildə Antalyanın Akdeniz Universitetinin tərkibinə alınaraq "Isparta Mühəndislik Fakültəsi" adını almışdır. 11.7.1992 tarixində 3837 saylı Qanuna əsasən Süleyman Demirel Universitetinin qurulması ilə Mühəndislik-Memarlıq Fakültəsi adı altında SDÜ'nin tərkibinə girmişdir. Süleyman Dəmirəl Universitetində 18 fakültə, 6 araşdırma intistututu, 35 kafedra mövcuddur.
Süleyman Dəmirəl Universiteti
Süleyman Dəmirəl Universiteti (türk. Süleyman Demirel Üniversitesi) ya da qısaca SDÜ — Türkiyənin müxtəlif şəhərlərində 22 yeni universitetin quruluşunu təşkil edən 3837 saylı qanunun 11 İyul 1992-ci ildə qüvvəyə minməsi ilə birlikdə Isparta şəhərində Süleyman Demirel Universiteti qurulmuşdur. Bu yeni universitetə İsparta şəhərində doğulmuş, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəlin adı verilmişdir. Süleyman Dəmirəl Universitetinin və Türkiyənin ən inkişaf etmiş fakültələrindən olan Mühəndislik və Memarlıq Fakültəsi 1418 saylı qanuna uyğun olaraq 21 Fevral 1976 tarixində "İsparta Dövlət Mühəndislik və Memarlıq Akademiyası"adı altında qurulmuşdur. Akademiya bir müddət sonra 2547 saylı Qanuna əlavə olaraq çıxarılan 41 saylı Qanun əsasən 1982-ci ildə Antalyanın Akdeniz Universitetinin tərkibinə alınaraq "Isparta Mühəndislik Fakültəsi" adını almışdır. 11.7.1992 tarixində 3837 saylı Qanuna əsasən Süleyman Demirel Universitetinin qurulması ilə Mühəndislik-Memarlıq Fakültəsi adı altında SDÜ'nin tərkibinə girmişdir. Süleyman Dəmirəl Universitetində 18 fakültə, 6 araşdırma intistututu, 35 kafedra mövcuddur.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Mişel Cenneke
Mişel "Şelli" Cenneke 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanmış Avstraliyalı atlet və modeldir. 2010-cu ildə Avstraliya Atletika Çempionatında qalib olaraq Rio Olimpiya oyunlarına vəsiqə qazanmışdır. O, 2012-ci ildə bütün dünya mediasının diqqətini qaçışdan öncə isinmə hərəkətləri edərkən etdiyi rəqslə cəlb etmişdir. Cenneke Avstraliyanın Kenthörst adlanan vilayətində anadan olmuşdur. Orta təhsilini The Hills Grammar School məktəbində almışdır. Müsahibələrinin birində o, hobbilərinə Avstraliya futbolu, Həndbol, Futbol və ağaca dırmanma olduğunu demişdir. O, Sidney Universitetinini elektrik mühəndisliyi və mexaniki birləşdirmə fakültəsini bitirmişdir. 2010-cu ilin martında Avstraliya Gənclər Çempionatında Cenneke 100 metrlik qaçış məsafəsini birinci başa vuraraq Avstraliyada qadınlararası sprint rekordunu qırmışdır. Onun şəxsi ən yaxşı göstəricisi 2015-ci il martın 29-da Brisbendə keçirilmiş Avstraliya Atletlər Çempionatında 12.82 saniyə olmuşdur. 2014-cü ildə o Avstraliya yığmasının Birlik Oyunlarındakı heyətinə daxil edilmişdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
Mişel Dillon
Mişel Dillon (24 may 1973) — Birləşmiş Krallığı təmsil edən triatlonçu. Mişel Dillon, Birləşmiş Krallıq yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nəticədə o, Sidney Olimpiadasını 48 idmançı sırasında 48-ci pillədə başa vurdu.
Mişel Djotodiya
Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb. Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi.
Mişel Ferrero
Mişel Ferrero (it. Michele Ferrero; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı. Mişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir. Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır. İtaliyanın ən varlı adamı idi. 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır. Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.
Mişel Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman (Paris), Fransa) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır.
Mişel Hazanaviçus
Mişel Hazanaviçus (fr. Michel Hazanavicius; 29 mart 1967, Paris) — Fransa rejissoru, ssenaristi və aktyoru. Rejissor Mişel Hazanaviçusun “Aktyor” filmi “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb. Mişel Xazanaviçus həmçinin “ən yaxşı rejissor işi” nominasiyasında da qalib olub. “Aktyor” filmində səssiz kinonun ulduzu Corc Valentin obrazını yaradan Jan Düjarden isə ən yaxşı kişi roluna görə qalib elan edilib. “Aktyor” filmi həmçinin “Ən yaxşı musiqi” və “Kostyumlar üzrə ən yaxşı rəssam işi” nominasiyalarında da qalib olub. Qeyd edək ki, “Aktyor” 1929-cu ildən bəri Oskar mükafatı alan ilk səssiz filmdir.
Mişel Kelli
Mişel Kelli (d. 7 noyabr 1974) — Kanadanı təmsil edən skeletonçu. Mişel Kelli, Kanadanı 2002 və 2010-cu illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Mişel Kelli, 2002-ci ildə Kanada yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Mişel Kelli, 1-ci gedişdə 53.76 saniyə, 2-ci gedişdə isə 53.56 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 10-cu yerdə başa vurdu. Mişel Kelli, 2010-cı ildə Kanadanın Vankuver şəhərində baş tutan XXI Qış Olimpiya Oyunlarınada qatıldı. Mişel Kelli, 1-ci gedişdə 54.73 saniyə, 2-ci gedişdə 55.49 saniyə, 3-cü gedişdə 55.56 saniyə, 4-cü gedişdə isə 55.01 saniyə nəticə göstərdi və yarışları 20 idmançı sırasında 13-cü yerdə başa vurdu.
Mişel Kofando
Mişel Kofando (d. 18 avqust 1942-ci il) - Burkina-Faso dplomatı, Burkina-Fasonun 1982-1983-cü illərdə xarici işlər naziri, sonradan BMT-də daimi nümayəndəsi olub (1998-ci ilədək). 17 noyabr 2014-cü ildə xüsusi şuranın iclasında Burkina-Fasonun müvəqqəti prezidenti seçilib.
Mişel Kretu
Mişel Kretu (fr. Michael Cretu) və ya Mixay Kretsu (rum. Mihai Creţu), Curly M.C. kimi də tanınır (18 may 1957, Buxarest, Rumıniya) — Rumıniya musiqiçisi, Enigma musiqi layihəsinin yaradıcısı və ideyavericisi. Öz peşəkar karyerası boyu bir çox musiqiçilərlə birgə işləmişdir. "Enigma"nı yaratmamışdan əvvəl Sandra Kretu, Frenk Farian, Boney M, Mirey Matye, Peter Kornelius, Mayk Oldfild və s. müğənni və musiqi qrupları ilə çalışmışdır. Sonralar onun tərəfdaşları Frenk Peterson, Devid Feyrsteyn, Yens Qad, Angel Х, Andre Tanneberger, Jam & Spoon, Peter Ries, Rut-ənn Boyl və Endryu Donalds olmuşlar. 2001-ci ilə onun prodüseri və müəllifi olduğu musiqi albomlarının ümumi tirajı 100 milyon nüsxəni keçmişdir. Mixay Kretsu Buxarestdə dünyaya gəlib. Onun atası mühəndis, anası iqtisadçı olublar.
Mişel Larok
Mişel Larok (fr. Michèle Laroque; doğ. 15 iyun 1960, Nitsa) — Fransa aktrisası. Mişel Larok 15 iyun 1960-cı ildə Fransanın Nitsa şəhərində anadan olub. Valideynləri Fransa musiqiçisi Klod Larok və Rumıniya rəqqasəsi Doina Trandabur (rum. Doina Trandabur) idilər. O, 1988-ci ildə aktrisa fəaliyyətinə başlayıb. Mişel Larok bir çox film və seriallarda çəkilib. Mişel Larok "Sezar" mükafatına layiq görülüb. Movies starring Michèle Laroque with more than a million of entries in France.
Mişel Leblon
Mişel Leblon (fr. Michel Leblond; 10 may 1932, Reyms – 17 dekabr 2009, Reyms) — Fransa futbolçusu və məşqçi. O, 1956-cı ildə keçirilən Çempionlar Kubokunun ilk finalında ilk qolu vurmağı ilə tanınır. İsveçrədə baş tutan 1954 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur. Millinin heyətinə 2 dəfə salınsa da, ehtiyat oyunçular skamyasını tərk etməmişdir. "Reyms" klubunun əfsanə oyunçusu sayılır. Fransa çempionu: 1953, 1955, 1958, 1960 Fransa kuboku mükafatçısı: 1958 1956 və 1959-cu illərdə FİFA Dünya Kuboku finalçısı.
Mişel Leqran
Mişel Leqran (fr. Michel Legrand) — Fransa bəstəkarı, dirijor və caz pianoçusu. Leqran 1932-ci ilin fevral ayının 24-də Parisdə dünyaya gəlib. Onun bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub. 10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə Oskar, 5 dəfə Qremmi mükafatına, "Şerber çətirləri" filminə yazdığı müsiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb. Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı. Leqran ilk Oskarını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb.
Mişel Ney
Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804). 1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi.
Mişel Obama
Mişel Lavon Robinson Obama (ing. Michelle LaVaughn Robinson Obama; 17 yanvar 1964[…], Çikaqo, İllinoys) — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı, vəkil. Mişel Obamanın qohumu Cənubi Karolinadan olan mülkədarın vəsiyyətnaməsində "zənci qızı Melvina" kimi göstərilib. Mülkədarın ölümündən sonra Melvina Corciya ştatına aparılıb və 15 yaşı olarkən 40 yaşlı ağ kişidən oğlu doğulub. Dolfus Şilds adlandırılan bu uşaq Mişel Obamanın ulu babası olub. 1870-ci ildə aparılan qeydiyyatda Dolfus Şilds və Melvinanın daha 3 uşağı "mulat" kimi qeyd ediliblər. Şilds quldarlıq ləğv ediləndən sonra Alabama ştatına köçüb və uğurlu dülgər olub. 1900-cü ildə onun öz evi olub, 11 il sonra isə şirkət yaradıb. Dolfus Şilds 1950-ci ildə vəfat edib. Onun anası Melvina Şilds isə 1938-ci ildə ölüb.
Mişel Pfayfer
Mişel Meri Pfayfer (29 aprel 1958[…], Santa-Ana, Kaliforniya)– ABŞ-lı aktrisa və prodüser. O, "Qızıl qlobus" da daxil olmaqla bir çox mükafatların sahibidir. Mişel həmçinin 3 dəfə Oskar mükafatında namizədlərdən biri olub. Film karyerasının başlanğıcını 1980-ci ildə rol aldığı The Hollywood Knights ilə etdi, amma ilk dəfə "Scarface" filmindəki performansıyla diqqətləri üzərinə çəkdi. Pfayfer Dangerous Liaisons filmindəki performansıyla Ən Yaxşı Köməkçi Qadın Aktrisa Akademiya Mükafatına və The Fabulous Baker Boys (1989) və Love Field (1992) filmləriylə Ən Yaxşı Qadın Aktrisa Akademiya Mükafatına namizəd göstərildi. Ticari baxımdan böyük uğur əldə edən filmləri isə Batman Returns (1992), What Lies Beneath (2000), və Hairspray (2007) 'dir. Oynadığı digər filmlər arasında Ladyhawke (1985), The Witches of Eastwick (1987), Married to the Mob (1988), The Age of Innocence (1993), Wolf (1994), Təhlükəli düşüncələr (1995), I Am Sam (2001) kimi istehsallar vardır. Çapıqlı üz (film, 1983) / Scarface Ladyhawke (1985) The Witches of Eastwick (1987) Married to the Mob (1988) The Fabulous Baker Boys (1989) Love Field (1992) Batman Returns (1992) The Age of Innocence (1993) Wolf (1994) Təhlükəli düşüncələr (1995) What Lies Beneath (2000) I Am Sam (2001) Hairspray (2007) The Family (2013) Ana!
Mişel Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.