Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donqa departamenti
Donqa departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Donqa departamentinin ərazisi 11 126 km2-dır. Donqa departamentinə 4 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Donqa departamentinin əhalisi 542 605 nəfərdir.
Donana Milli Parkı
Donyana Milli Parkı — İspaniyada yerləşən milli park. == Haqqında == Donyana Milli Parkı Quadalkuivir çayı deltasında köçəri quşlar üçün əhəmiyyətli su sahəsindədir. Park Afrikaya köç edən quşların yolu üzərindədir və 360 növ quşa ev sahibliyi edir. Xüsusilə qışlayan quşların sayı 500 000 olaraq təsbit edilmişdir. Park eyni zamanda nəsli tükənməkdə olan İspan vaşağı, Adalbert qartalı, Mərmər çamurcun və Dikquyruk ördək üçün əsas yaşayış sahəsidir. Bölgəyə 2005-ci ildə Vest Trianql, Flud Playn of the Partido Strim və Los Karakols bölgələri daxil edilərək genişlənmişdir.
Onaqa (Mortal Kombat)
Onaqa (ing. Onaga) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Əjdahalar imperatoru" ləqəbi ilə tanınan Onaqa, Şao Kanna Yeraltı dünyanı zəbt etməyə kömək etmişdi.
Bonasa
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Danaya
Danaya bu mənaları ifadə edə bilər:
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Donald
Donald — Kişi adı. Donald Tramp — ABŞ-nin 45-ci prezidenti. Donald Plezens — Böyük Britaniya aktyoru. Donald Knut — Amerikalı kompüter mütəxəssisi. Donald Sazerlend — Kanada aktyoru və prodüseri. Donald Farquharson (siyasətçi) I Donald (Şotlandiya kralı) — Digər Donald Dak (personaj) — "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajı.
Donanma
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. == Tarixi == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Donavia
Donavia — Rusiya ərazisində yerləşən aviaşirkət, Aeroflotun törəmə şirkəti. Zamanında daxili və beynəlxalq reyslər təşkil etmişdir. Hazırda avia şirkət öz fəaliyyətini dayandırmışdır. Avia şirkət əsasən Rostov-na-Donu aeroptu, Soçi aeroptu, Krasnodar aeroportu və Mineralnıe aeroportu ərazisinə uçuşlar həyata keçirirdi. Aviaşirkətin əsas ofisi Rostov-na-Donuda yerləşir. 2009-cu ilə qədər Aeroflot-Don. == Tarixi == Müasir «Donavia» Aeroflotun törəmə şirkəti olaraq 15 iyun 1925-ci ildə təşkil edilmişdir. Müharibəyə qədər ancaq Moskva, Tiflis, Bakı və Xarkova uçuşlar həyata keçirilirdi. Yeni avia texnikasının alınması ilə Qroznı, Mineralnıye Vodı və Oryol şəhərlərinə uçuşlar təşkil edilmişdir. Avia şirkətdə işləyən təyyarəçilər Böyük Vətən müharibəsində fəal fəaliyyət göstərmişlər.
Doniana
Grindelia (lat. Grindelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). == Coğrafiyası == Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. == Tarixi == 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Jonava
Yonava — Litvanın ikinci ən böyük şəhəri. == Adı == Şəhərin adı Litva mənşəli şəxs adındandır. == İdman == ==== Futbol ==== Yonava FK futbol klubu.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Monasa
Monasa (lat. Monasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Odonata
İynəcələr (lat. Odonata) — cücülər sinfinə aid heyvan dəstəsi. İki yarımdəstəsi var: bərabərqanadlı iynəcələr (Zygoptera) və müxtəlifqanadlı iynəcələr (anisoptera). İynəcə çox qısa müddətdə sürətini saatda 50 km-ə çatdırır. Bir həşəratın bu qədər yüksək sürətlə uçması çox təəccüblüdür. Olimpiadalarda 100 m qaçan idmançıların sürəti saatda 39 km-dir. Yaxşı uçmağın digər şərti isə iti görmədir. Əgər mükəmməl görmə sistemi olmasa, uçmaq çox təhlükəlidir. Ona görə, müasir təyyarə və helikopterlərin üstün görmə sistemləri var. İynəcənin də çox üstün görmə sistemi var.
Onaqra
Yağıotu (lat. Epilobium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinə aid bitki cinsi.
Oopaga
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Yonava
Yonava — Litvanın ikinci ən böyük şəhəri. Şəhərin adı Litva mənşəli şəxs adındandır. Yonava FK futbol klubu.
Donqxa
Donqxa (vyet. Đông Hà) — Vyetnamın mərkəzi hissəsində şəhər, Kuanqçi vilayətinin paytaxtı. == Tarixi == Vyetnam müharibəsi zamanı Donqxa Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun ən şimal bazasına ev sahibliyi edirdi. == Coğrafiyası == Hyue şəhərindən 70 km şimal-qərbdə və Laos ilə sərhəddən şimal-şərqdə düz xətt boyunca 40 km məsafədə yerləşir. Hanoydan 580 km və Hoşimin şəhərindən 1,139 km məsafədə yerləşir.
Dionaea
Dionaea (lat. Dionaea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dodaq
Dodaq — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Danaa
Acrisione (lat. Acrisione) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Danaa Colla == Növləri == Acrisione cymosa (J.Rémy) B.Nord. Acrisione denticulata (Hook. & Arn.) B.Nord.